Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cambul vilayəti (qaz. Жамбыл облысы) — Qazaxıstanın cənubunda vilayət. İnzibati mərkəzi Taraz şəhəridir.

Cambul vilayəti

  • Ana Səhifə
  • Vikipediya
  • Cambul vilayəti

Cambul vilayəti (qaz. Жамбыл облысы) — Qazaxıstanın cənubunda vilayət. İnzibati mərkəzi Taraz şəhəridir.

Vilayət
Cambul vilayəti
qaz. Жамбыл облысы
Gerb
Gerb

44° şm. e. 72° ş. u.HGYO


Ölkə  Qazaxıstan
İnzibati mərkəz Taraz
Tarixi və coğrafiyası
Yaradılıb 1939-cu il
Sahəsi 144 264 km² (5,3 %, 10-cu-ci yer)
Saat qurşağı UTC+6
Əhalisi
Əhalisi 1 084 482 nəfər (2014) (6,7 %,6-cı-ci yer)
Əhalinin sıxlığı 7,32 nəfər/km² (6-cı-ci yer)
Etnik tərkib qazaxlar 72,21 %
ruslar 10,75 %
dunqanlar 4,74 %
Anadolu türkləri 2,96 %
özbəklər 2,45 %
digər 6,89 % (2014 il.)
Rəsmi dili qazax dili
Rəqəmsal identifikatorlar
Abreviatura Cam
ISO kodu KZ-31
Telefon kodu +7 7262 xx-xx-xx
Poçt indeksi 08xxxx
Avtomobil nömrəsi H, 08
Rəsmi sayt
Cambul vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

1939-cu il oktyabrın 14-də təşkil olunmuşdur. Vilayət məşhur qazax akını Cambul Cabayevin (1846 - 1945) şərəfinə adlanmışdır.

Coğrafiyası

Sahəsi 144,2 min km2 . 10 rayonu, 4 şəhəri, 13 qəsəbəsi var. Mərkəzi Taraz şəhərdir

Ərazisi, əsasən, düzənlikdir. Şimal hissəsini Bədbəxttala s əhrası tutur. Cənub şərqi, şərqi və cənubu dağlıqdır. Maksimum hündürlük 4000 m. Faydalı qazıntıları: fosforitlər, flüorit, qızıl, mis, uran, əlvan metallar, barit, daş kömür, qaz, tikinti materialları. İqlimi kəskin kontinentaldır. Orta temperatur yanvarda –5 dən –10 °C-yədək, iyulda 20 –27 °C-dir. İllik yağıntı 350–900 mm. Mühüm çayları: Çu, Talas, Assa və s.  Ən boz və şabalıdı torpaqlar yayılmışdır. Söyüd-iydə, ağcaqovaq-küknar meşələri, qamışlıqlar, ağotlu-şırımlı topal və yovşanlı-şoranotlu çöllərlə örtülüdür. 2100 m-dən yüksəkdə subalp və Alp çəmənlikləri var. Heyvanları: ceyran, cüyür, say qak, dağ keçisi, canavar, tülkü, porsuq, gəlincik, qaban, ondatra, sünbülqıran, ərəbdovşanı, dovşan, sürünənlər və s. Göl və çayları balıqla zəngindir. böyük gölləri: Balxaş (cənub-qərb hissəsi), Biylikol, Akkol, Aşikol. Boz-qonur səhra.

Təsərrüfatı

Yerli təbii ehtiyatlar və kənd təsərrüfatı xammalı bazasında kimya, yüngül, yeyinti və tikinti sənayesi müəssisələri fəaliyyət göstərir. Mədən-kimya kombinatı (Qaratau, fosforitlərin hasilatı və emalı üzrə), superfosfat zavodları (Cambul), yüngül sənaye müəssisələrindən xrom, rezin məmulatlar zavodları, dəri-ayaqqabı kombinatı, yunun ilkin emalı, tikiş, qalantereya fabrikləri (Cambul), dəri kombinatı (Georgiyevka); yeyinti sənayesi müəssisələrindən şəkər kombinatı (Cambul), şəkər zavodları (Çu, Oytal), ət, spirt-araq kombinatları, şərab, balıq, pivə zavodları (Cambul), süd və yağ-pendir zavodları (Cambul, Qaratau, Çuvə rayon mərkəzlərində) var. Maşınqayırma və metal emalı müəssisələri – ehtiyat hissələri, kommunal avadanlıq, aqreqat-təmir, texnoloji metal konstruksiyalar, təmir-mexaniki (Cambul, Çu, Luqovaya), avtomobil təmiri (Qranitoqorsk) zavodları ilə təmsil olunmuşdur. Kərpic (Cambul, Mi xaylovka), gips, körpü və dəmir-beton məmulatları, iripanelli evtikmə zavodları, tikinti hissələri və konstruksiyalar (Cambul), tikinti materialları (Cambul, Qaratau) kombinatları, yol əhəngi və dol du rucular (Georgiyevka) zavodu; mebel fabriki (Cambul) fəaliyyət göstərir. Cambul vilayətinin energetikası təbii qaz və qismən də su enerjisinə əsaslanır.Heyvandarlıq və suvarma, qismən dəm yə əkinçiliyi kənd təsərrüfatının əsasını təşkil edir. Bağçılıq, üzümçülük inkişaf etmişdir.

Əhalisi

Cambul vilayəti Qazaxıstanda azərbaycanlıların ən çox yaşadığı bölgələrdən biridir. Burada yaşayan azərbaycanlıların əksəriyyəti 1930-cu illərdə Azərbaycandan sürgün edilən ailələrin övladlarıdır. Bu bölgədə doğulan tanınmış şəxslərdən biri də qarışıq döyüş növləri üzrə peşəkar idmançı, UFC döyüşçüsü Rafael Fizievdir.

İnzibati bölgələri

Vilayət 10 rayona bölünür:

  1. Bayzak rayonu — Sarıkəmər kəndi
  2. Cambul rayonu — Asa kəndi
  3. Jualın rayonu — Momışlı kəndi
  4. Korday rayonu — Korday kəndi
  5. Merke rayonu — Merke kəndi
  6. Moyınkum rayonu — Moyınkum kəndi
  7. Rıskul rayonu — Kulan kəndi
  8. Sarısus rayonu — Canatas şəhəri
  9. Talas rayonu — Karatau şəhəri
  10. Şu rayonu — Şu şəhəri

Vilayət tabeli Taraz və rayon tabeli Karatau, Canatas və Şu şəhərləri.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cambul vilayəti haqqında məlumat. Cambul vilayəti nədir? Cambul vilayəti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rinqo Star

  • Fevral 26, 2026

    Henrix Heyne

  • Fevral 27, 2026

    Raci Şaşmaz

  • Fevral 24, 2026

    Üzeyir Hacıbəyov

  • Fevral 27, 2026

    Qrızlılar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst