Mehmed Camal Əzmi bəy (türk. Mehmet Cemal Azmi Bey, 1868, Ərəbgir – 17 aprel 1922, Berlin) — Osmanlı siyasətçisi, dövlət xadimi, Trabzon vilayətinin valisi.
| Camal Əzmi | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1868 |
| Doğum yeri | |
| Vəfat tarixi | 17 aprel 1922 (53–54 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | sui-qəsd |
| Dəfn yeri | |
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
| Atası | Osman Nuri bəy |
| Anası | Gülsüm Əzmi |
Birinci Dünya müharibəsi dövründə fövqəladə mülki və hərbi səlahiyyətlərlə Trabzon valisi olaraq xidmət göstərən Camal Əzmi müharibədən əvvəl təsis edilən məhkəmə tərəfindən Erməni soyqırımını törətməklə təqsirləndirilərək edam edilmiş və erməni terrorçularının təşkil etdiyi sui-qəsd nəticəsində Almaniyanın paytaxtı Berlin şəhərində qətlə yetirilmişdir.
Mübahisəli bir şəxsiyyət olan Camal Əzmi bir tərəfdən Trabzon valiliyi dövründə minlərlə erməninin öldürülməsiylə təqsirləndirilmiş və "Trabzon qəssabı" adlandırılıb, digər tərəfdən isə Rusiya donanmasının Trabzon şəhərini bombalamasına qarşı durmuş, Osmanlı ordusunu ərzaqla təmin etmək və türk əhalini erməni terrorçu qrupların hücumlarından qorumaq üçün böyük səy göstərən bir şəxs olaraq bilinir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, camal əzmi sözünün mənası, camal əzmi haqqında məlumat. camal əzmi nədir? camal əzmi nə deməkdir?
