Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cabir Qorxmaz oğlu İmanov (22 iyun 1976, Bakı – 29 sentyabr 2025, Səbail rayonu) — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü, Azərbaycan Respubl

Cabir İmanov

  • Ana Səhifə
  • Vikipediya
  • Cabir İmanov

Cabir Qorxmaz oğlu İmanov (22 iyun 1976, Bakı – 29 sentyabr 2025, Səbail rayonu) — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü, Azərbaycan Respublikasının əməkdar artisti (2015).

Cabir İmanov
Cabir Qorxmaz oğlu İmanov
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı (1 mart 2019-cu il)
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı (1 mart 2019-cu il)
Doğum tarixi 22 iyun 1976(1976-06-22)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 29 sentyabr 2025(2025-09-29) (49 yaşında)
Vəfat yeri
  • Səbail rayonu, Bakı, Azərbaycan
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Qorxmaz İmanov
Fəaliyyəti televiziya aktyoru, kino aktyoru, kinorejissor, film prodüseri, bəstəkar, rejissor
Təhsili
  • Bakı şəhəri 189–190 nömrəli tam orta məktəb[d] (1983–1993),
  • Azərbaycan Dövlət İqtisad İnstitutu (1993–1997),
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi (1999–2003)
Mükafatları "Tərəqqi" medalı "Hərbi xidmətlərə görə" medalı "Azərbaycan Polisinin 95 illiyi" yubiley medalı "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi" yubiley medalı "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
Azərbaycan Respublikasının əməkdar artisti
IMDb ID3108085
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və fəaliyyəti

Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlmişdir. DTX Mədəniyyət mərkəzinin rəisi olub.

1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olmuşdur.

2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

2020-ci ildə "BYJABA Handmade in Azerbaijan" brendini yaratmışdır. Brend xüsüsən əl işlərindən ibarət milli üslubda məhsulların istehsalı və satışı ilə məşğul olur.

29 sentyabr 2025-ci ildə vəfat etmişdir. Aktyor Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirmişdir. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor ürək tutmasından vəfat etmişdir. Yasamal qəbiristanlığında dəfn edilib.

Şəxsi həyatı

İki dəfə evlənib, dörd övladı var. İkinci dəfə Zara İmanova ilə evlənib. O, iqtisad elmləri doktoru Qorxmaz İmanovun oğlu, aktyor Tahir İmanovun qardaşı və bəstəkar Süleyman Ələsgərovun nəvəsidir.

Təltif və mükafatları

  • Azərbaycan Respublikasının əməkdar artisti
  • "Tərəqqi" medalı
  • "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
  • "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
  • "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi" yubiley medalı
  • "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı
  • "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
  • "Azərbaycan Polisinin 95 illiyi" yubiley medalı
  • "Azərbaycan Polisinin 100 illiyi" yubiley medalı
  • "Hərbi xidmətlərə görə" medalı

Filmoqrafiya

  1. Etimad telefonu (film, 2001) — Tahir
  2. Bir anın həqiqəti (film, 2003) — Əkbər Usubov
  3. Məhəllə (film, 2003) — Elşən (Eliş)
  4. Məhəllə 2 Moskvada (film, 2004) — Elşən (Eliş)
  5. Tam məxfi (film, 2004) — İsrafil
  6. Məşədi İbad-94 (film, 2005)—Qoçu
  7. Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
  8. Bir kəndin sevinci (serial 2012)-serjant
  9. Ölülər XXI əsr (film, 2016)
  10. Ağanatiq (film, 2017) — Ağanatiq
  11. Bəxt üzüyü 2 (film, 2017)
  12. Məhəllə 3 (film, 2019) — Elşən (Eliş)
  13. Ağanatiq 2 (film, 2020) — Ağanatiq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cabir İmanov haqqında məlumat. Cabir İmanov nədir? Cabir İmanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Hind-Avstraliya plitəsi

  • Fevral 27, 2026

    Kvazaq

  • Fevral 24, 2026

    Riyaziyyat

  • Mart 01, 2026

    Matu-Qrosu-du-Sul

  • Mart 01, 2026

    Pantokrator Monastırı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst