Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ayşə Cəlilə Hikmət (türk. Ayşe Celile Hikmet Uğuraldım; 1880, Saloniki – 1956, Ankara) — türk rəssamı. O, əsasən nü və portretlər çalışıb. Onun avtoportretləri,

Cəlilə Hikmət

  • Ana Səhifə
  • Vikipediya
  • Cəlilə Hikmət

Ayşə Cəlilə Hikmət (türk. Ayşe Celile Hikmet Uğuraldım; 1880, Saloniki – 1956, Ankara) — türk rəssamı. O, əsasən nü və portretlər çalışıb. Onun avtoportretləri, eləcə də oğlu Nazim Hikmətin, nəvəsi və qardaşı oğlu Oqtay Rüfətin portretləri uğurlu əsərləri sırasındadır.

Cəlilə Hikmət
türk. Ayşe Celile Hikmet Uğuraldım
Doğum tarixi 1880(1880)
Doğum yeri
  • Saloniki, Mərkəzi Makedoniya, Makedoniya və Frakiya, Yunanıstan
Vəfat tarixi 1956(1956) (75–76 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Uşağı
  • Nazim Hikmət
Atası Həsən Ənvər Paşa
Fəaliyyəti rəssam
Nazim Hikmətin anası Cəlilə xanım "Milliyət" qəzetinin 10 may 1950-ci il tarixli nömrəsində.

Həyatı

Cəlilə Hikmət 1880-ci ildə atasının xidmət etdiyi Salonikidə anadan olub. Anası alman əsilli Osmanlı generalı Mehmed Əli Paşanın (Karl Detroit) qızı Leyla xanım , atası dilçi və maarifçi Həsən Ənvər Paşa idi. Cəlilə xanım 3/8 çərkəz, 2/8 polyak, 1/8 serb, 1/8 alman və 1/8 fransız (Hugenotlar) əsilli idi.

O, evdə fərdi repetitorluq yolu ilə təhsil alırdı. Atası sultan II Əbdülhəmidin köməkçisi olduğu müddətdə saray rəssamı Fausto Zonarodan rəsm dərsləri almaq imkanı olub. O, rəsmlərində, öz nəslinin digər qadın rəssamları kimi, portretlərə üstenlük verib. "Hamamda çılpaqlıq" onun ən çox istifadə etdiyi mövzulardan biri olub. O, pastel rənglərin üstünlük təşkil etdiyi, əsasən dostları və qohumlarını təsvir edən rəsmlər çəkirdi. Gəncliyində Cəlilə Ənvər (atasının adı ilə) adı ilə tanınırdı.

1900-cü ildə şair Nazim Paşanın oğlu Hikmət bəylə evlənən Cəlilə xanım Hikmət soyadını götürdü. Hikmət bəy Salonikidə Xarici İşlər Nazirliyində məmur idi. Onların ilk övladları, sonradan Türk poeziyasının ən əhəmiyyətli simalarından biri olacaq Nazim, 1901-ci ildə Salonikidə anadan olub. 1905-ci ildə anadan olan ikinci övladları İbrahim Əli, növbəti il difteriyadan vəfat edib. Ailə Hikmət bəyin işi ilə əlaqədar Hələbə köçərkən, Samiyə adını verdikləri qızları dünyaya gəlib (1907).

O, 1917-ci ildə ailəsindəki ciddi münaqişələr səbəbindən Hikmət bəydən ayrıldı. İlk həyat yoldaşı Hikmət bəydən ayrılmağa hazırlaşarkən, məşhur şair Yəhya Kamal ilə tanış olaraq, böyük bir sevgi münasibəti yaşayan Cəlilə Hikmətin bu münasibəti, istədiyi kimi evliliklə nəticələnmədi. Bu ayrılıqdan sonra, O, İstanbulu tərk edərək Parisə getdi və orada rəssamlıq fəaliyyətini davam etdirdi. İstanbula döndükdən sonra qrup sərgilərində iştirak etdi; fərdi sərgilər keçirdi və dövrün ən fəal qadın rəssamlarından biri oldu. İbrahim bəy adlı qubernatoru ilə qısa müddətli evliliyi olan Cəlilə xanım Soyad Qanunundan sonra "Uğuraldım" soyadını qəbul etdi.

1938-ci ildə o, ordunu Prezident Atatürkə qarşı üsyana təhrik etmək ittihamı ilə 28 il 4 ay həbs cəzasına məhkum edilmiş oğlu Nazim üçün o dövrdə millət vəkili olan Yəhya Kamala ədalət tələb edən bir məktub yazdı, lakin məktubu cavabsız qaldı. 1950-ci ildə həbsxanada on ikinci ilinə qədəm qoyan və aclıq aksiyasına başlayan oğluna dəstək olmaq, onun azadlığa buraxılmasını tələb etmək üçün Qalata körpüsündə pankart asaraq bütün İstanbulda əks-səda salmış imza toplama və özü aclıq aksiyasına başlamışdır.

Ömtrünün son illərində görmə qabiliyyətini itirən sənətçi 1956-cı ildə Ankarada vəfat edib.

Onun həyatı Osman Balcıgilin "Ala gözlü Cəlilə" (2016) adlı kitabında və Əli Yalçınərin "Cəlilə" adlı pyesində təsvir olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəlilə Hikmət haqqında məlumat. Cəlilə Hikmət nədir? Cəlilə Hikmət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Natürmort

  • Fevral 27, 2026

    Dəbilqə

  • Fevral 27, 2026

    Qasırğa

  • Fevral 27, 2026

    Xoruz

  • Fevral 27, 2026

    Arachnida

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst