Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəni Təmim qəbiləsinin kökü Müzərə bağlıdır. Təmim ibn Murra bin Udda bin Təbihə bin İlyas bin Mudar bin Nizar bin Maad bin Adnanın törəmələridirlər.

Bəni-Təmim

  • Ana Səhifə
  • Vikipediya
  • Bəni-Təmim

Bəni Təmim (ərəb. بنو تميم‎ — tərc. Təmim övladları) — ərəb xalqının qolu.

Tarixi

Bəni Təmim qəbiləsinin kökü Müzərə bağlıdır. Təmim ibn Murra bin Udda bin Təbihə bin İlyas bin Mudar bin Nizar bin Maad bin Adnanın törəmələridirlər.

Peyğəmbərin r vəfatından sonra Məkkə, Mədinə və Quba məscidlərinin camaatından başqa bütün ərəblər mürtəd olmuşdular (İslamdan üz çevirmişdilər). Bəzi ərəblər isə mürtəd olmamış sadəcə olaraq zəkatdan imtina etmişdilər. Hətta belə insanlardan bəziləri deyərdilər: Peyğəmbər r Allahın qulları arasında örtamövqeli olduğu halda ona itaət etmişdik. Əbu Bəkr nə etmək istəyir! Öz hakimiyyətini oğlu Bəkrə miras edəcək! Allaha and olsun! Bu ki, fəlakətdir. Əbu Bəkr t Xalid ibn əl-Validə t bayrağı verərək Tuleyhə ibn Xuveylid əl-Əsədiyə hücum etməsini və onunla işini bitirdikdən sonra əl-Bətah adlı yerdə məskunlaşmış Malik ibn Nuveyraya hücum etməsini əmr etdi.

İkrimə ibn Əbi Cəhlə də bayraq verib onu Museyləmətul Kəzzəbə qarşı döyüşə, ardınca da Şurahbil ibn Həsənəni yolladı. Xalid ibn Səid ibn əl-Ası Şam sərhədlərinə, Amr ibn əl-Ası, Qudaə, Vadiə və əl-Haris qəbilələrinə, Alə ibn əl-Hədramini isə Bəhreynə göndərdi .

Mürtədlik fitnəsi zamanı Bəni Təmim qəbiləsi bir neçə hissəyə ayrılmışdı. Bəziləri mürtəd olmuş (İslamdan imtina etmiş), bəziləri zəkatdan imtina etmiş, bəziləri isə İslamda qalmışdılar. Digər bir qrup isə tərəddüd içində idilər. Vəziyyət belə olduğu halda, əslən ərəb xaçpərəstlərdən olan Səcəh bintul Haris ət-Təğlubiyyə adlı qadın onların yanına gəlir və Peyğəmbərlik iddia edir. Onunla bərabər öz qövmindən bir dəstə qoşun da var idi və o, Mədinəyə hücum etmək istəyirdi. Bəni Təmim qəbiləsinə yetişdikdə onları öz yoluna çağırır və onların əksəriyyəti bu dəvəti qəbul edir və aralarında müharibənin olmayacağına ittifaq edirlər. Bundan sonra Malik ibn Nuveyra onu Mədinəyə hücum etməkdən yayındırdı və bunun əvəzində əvvəl Bənil Yərbu qəbiləsinə sonra isə digər insanlara, sonda isə Mədinəyə qarşı döyüşməyi ona tövsiyə etdi. Səcah öz qoşunu ilə Yəməmə qəbiləsinə hücum edərək oranı Museyləmə əl-Kəzzabın əlindən almaq istəyirdi. Bunu eşidən Museyləmə ondan çox qorxdu. Çünki onun başı Yəməmə döyüşündən əvvəl müsəlmanlarla baş verən toqquşmalara qarışmışdı. Belə halda Museyləmə Səcaha elçilər göndərərək onunla sülh bağlamağı təklif etdi. Səcah bunun əvəzində ondan malik olduğu ərazilərin tam yarısını tələb etməklə razılaşdı.

Məşhur şəxsləri

  • Məhəmməd ibn Əbdülvahhab

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəni-Təmim haqqında məlumat. Bəni-Təmim nədir? Bəni-Təmim nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Toçka-U

  • Fevral 27, 2026

    Yevgeni Bertels

  • Fevral 27, 2026

    Yuvelyan Sumbatov-Topuridze

  • Fevral 27, 2026

    Qızıl marka

  • Fevral 25, 2026

    Filistinlilər

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst