Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəhruz Abdurrəhman oğlu Məhərrəmov (22 avqust 1983 və ya 1983, Ağabağı, Zərdab rayonu) — hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Respubl

Bəhruz Məhərrəmov

  • Ana Səhifə
  • Vikipediya
  • Bəhruz Məhərrəmov

Bəhruz Abdurrəhman oğlu Məhərrəmov (22 avqust 1983 və ya 1983, Ağabağı, Zərdab rayonu) — hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü.

Bəhruz Məhərrəmov
Şəxsi məlumatlar
Doğum adı Bəhruz Abdurrəhman oğlu Məhərrəmov
Doğum tarixi 22 avqust 1983(1983-08-22) (42 yaş) və ya 1983(1983) (42–43 yaş)
Doğum yeri
  • Ağabağı, Zərdab rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti vəkil, siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həyatı

Bəhruz Məhərrəmov 22 avqust 1983-cü ildə Zərdab rayonunun Ağabağı kəndində anadan olub. Rayonun Ağabağı və Gəndəbil kənd məktəblərində, 1996-cı ildən isə Bakı şəhər 194 saylı və paytaxtda məskunlaşmış Zəngilan rayon 24 saylı məktəblərdə təhsil alıb. 2000–2004-cü illərdə BDU Jurnalistika fakültəsində təhsil alıb. 2007–2011-ci illərdə BDU Hüquq fakültəsinin tam ali təhsil kursunu başa vurmuş, 2012–2015-ci illərdə BDU Hüquq fakültəsinin Hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə Doktoranturada təhsil alımış, "Avropa İnsan hüquqları məhkəməsinin qərarlarının milli məhkəmələr tərəfindən tətbiqi" mövzusunda dissertasiya işi müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2018-ci ildə Prezident yanında Ali attestasiya komissiyasının qərarı ilə dosent elmi adı almışdır.

2004–2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sülhməramlı bölüyünün tərkibində İraq respublikasında ABŞ Dəniz Piyadalari korpusunda hərbi xidmətdə olub.

Hazırda BDU hüquq fakültəsinin Hüquq üzrə elmlər doktoru proqramı üzrə doktorantıdır, İnsan hüquqları, İnformasiya hüququ sahəsində elmi araşdırmalar aparır. 2012-ci ildən BDU hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 3 kitab, 7 tədris proqramı, 30-dan artıq elmi məqalənin müəllifidir.

2003-cü ildən "Azad Azərbaycan" teleradio yayım şirkətində, "Avromed company" MMC-də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində, "PAŞA Sığorta" şirkətində məsul vəzifələrdə, o cümlədən hüquq xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.

Hazırda BDU Hüquq fakültəsinin "İnsan hüquqları və informasiya hüququ" UNESCO kafedrasının dosentidir.

Siyasi fəaliyyəti

9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində 66 saylı Biləsuvar seçki dairəsindən VI çağırış, 1 sentyabr 2024-cü il növbədənkənar parlament seçkilərində isə 69 saylı Biləsuvar seçki dairəsindən VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir.

2024-cü il oktyabrın 8-də Azərbaycan — Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bəhruz məhərrəmov sözünün mənası, bəhruz məhərrəmov haqqında məlumat. bəhruz məhərrəmov nədir? bəhruz məhərrəmov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Məhəmmədcəfər Şamlı

  • Fevral 27, 2026

    Hela (komiks)

  • Mart 06, 2026

    1687-ci il

  • Mart 01, 2026

    Seyşel rupisi

  • Fevral 25, 2026

    Qlaukonit

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst