Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kəndinin adının mənası "Ağaya məxsus bağ" deməkdir. Belə ki, 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürülərkən bu ərazi Ağa adında bir şə

Ağabağı

  • Ana Səhifə
  • Vikipediya
  • Ağabağı

Ağabağı — Azərbaycan Respublikasının Zərdab rayonunun Kəndəbil inzibati ərazi vahidində kənd.

Ağabağı
40°06′38″ şm. e. 47°48′47″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 442 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 6317
Xəritəni göstər/gizlə
Ağabağı xəritədə
Ağabağı
Ağabağı

Mündəricat

Tarixi

Kəndinin adının mənası "Ağaya məxsus bağ" deməkdir. Belə ki, 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürülərkən bu ərazi Ağa adında bir şəxsə verilmişdir. 1853-cü ildən sonra kəndlilər Zərdabı tərk edərək Kür çayı sahilindəki bağlarda məskunlaşdılar. Bunun nəticəsində də yeni kəndlər yarandı. Ağabağı da onlardan biri idi. Ağabağı kəndində bərələr də mövcud olmuşdur. Həsən bəy Zərdabi 6 iyun 1882-ci ildə Kaspi qəzetində yazdığı məqalədə kəndin su altında qaldığını qeyd etmişdir.

Coğrafiyası

Kənd Zərdab şəhərindən 19 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir. Kəndin yaxınlığında "Məhəddin axmazı" var.

İqtisadiyyatı

İqtisadiyyatını heyvandarlıq, pambıqçılıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, quşçuluq, bostançılıq və balıqçılıq təşkil edir. Kənd təbii qazla təmin olunmamışdır.

Təhsil

2010-cu ilin may ayında güclü leysan yağışları və sel suları Ağabağı kənd ibtidai məktəbi binasında qəza vəziyyəti yaranıb. Fövqəladə Hallar Nazirliyi bu səbəblə smeta dəyəri 57 min 726 manat olan 40 şagird yerlik yeni məktəb binası inşa etdirmişdir. Kənddə həmçinin kitabxana da fəaliyyət göstərir.

Tanınmış şəxslər

  • Bəhruz Məhərrəmov — Hüquqşunas və siyasətçi. Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Hüquq üzrə fəlsəfə doktoru, dosent.
  • Səkinə Əliyeva — Şərəf Nişanı laureatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağabağı sözünün mənası, ağabağı haqqında məlumat. ağabağı nədir? ağabağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    İordaniya

  • Mart 03, 2026

    Tata Motors

  • Fevral 27, 2026

    Çiləbörd mahalı

  • Mart 01, 2026

    İmperator pinqvinləri

  • Fevral 24, 2026

    I Farsman

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst