Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bığır — Azərbaycan Respublikasının Göyçay rayonunun Bığır kənd inzibati ərazi dairəsində kənd. Göyçay rayonunun mərkəzi hissəsində, rayon mərkəzindən cənub-şərq

Bığır (Göyçay)

  • Ana Səhifə
  • Vikipediya
  • Bığır (Göyçay)

Bığır — Azərbaycan Respublikasının Göyçay rayonunun Bığır kənd inzibati ərazi dairəsində kənd. Göyçay rayonunun mərkəzi hissəsində, rayon mərkəzindən cənub-şərqdə, Yuxarı Şirvan kanalının sol sahilində, Şirvan düzündə, Cırqurd və Qaraman kəndlərin yaxınlığında yerləşir.

Bığır
40°36′24″ şm. e. 47°51′08″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Bığır xəritədə
Bığır
Bığır
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Əhalisi

Əhalisi 6431 (2022) nəfərdir. Göyçay rayonunda əhalinin sayına görə Bığır ən böyük kənddir. Bığırda müqəddəs övliyalar, qədim qəbiristanlıq vardır. Deyilənə görə, keçmişdə kəndin adına Bığır Murtaz da deyirlərmiş.

Milli tərkibi

1933-cü ilin məlumatlarına görə Bığır kəndində 452 təsərüffatda 2200 nəfər əhali yaşayırdı (1,198 kişi, 1,022 qadın). Əhalinin 98,3% -i Azərbaycan türklərindən ibarət idi.

Toponimikası

Bığır toponimi 1917 və 1933-cü illərdə Buğur variantında qeydə alınmışdır. Tədqiqatçılara görə, Şamaxı rayonundakı Niyaldağın ətəyində yerləşən Buğurt qalası 1537-ci ildə dağıldıqdan sonra əhalinin bir hissəsi köçüb indiki yerdə məskunlaşmışdır. Azərbaycan dilində və dialektlərində "bığır" "üçyaşar erkək dəvə", "buğur" kök, qüvvətli, güclü"; "birlik" mənalarında işlənir. Qədim türk dillərində "buqor, buxur, bokur" sözləri "dağ çıxıntısı", "dağlıq", "əyri" və ya "qozbel" mənasındadır. Bəzi tədqiqtçılara görə "bığır, buğur" – qullə, qala deməkdir.

Belə fikir də var ki, Bığır (Göyçay r-nu) və Buğur (İsmayıllı r-nu) adları eyni mənanı verir. Bığır toponimindəki buğur, bığır, buğır, buğra sözü ikihürgüclü dəvənin adıdır. Göyçay rayonunnan Bığır kənd adı gətirilmə addır. Çinin Sintszyan rayonunda Bığır adlı şəhər, çay, vadi və s. də var.

Bığır sözünü "dəvə", "dəvə yatan yer", "buğa", "dağ dibi" və s. kimi yozanlar da var.

Göyçay SES

Şirvan kanalının kəndin ərazisindən keçən hissəsində 2010-cu ilin fevralında ölkə Prezidenti tərəfindən Göyçay SES-nin təməli qoyulmuş və 6 oktyabr 2015-ci ildə həmin SES-in açılışı olmuşdur.

İqtisadiyyat

Göyçay narı yalnız Azərbaycanda deyil, başqa ölkələrdə də tanınır. Ən yaxşısı əlverişli iqlimi və becərilməsi üçün münbit torpaq olduğundan Bığır kəndindəki narlardır. Parlaq, zəngin, şirin və turş bir dadı var, meyvələri böyük ölçüdə, parlaq tünd qırmızı rəngdədir. Ona görə də onun vətəni, Göyçayın xaricində olan Bığır kəndi haqqında da bilirlər.

1963-cü ildə burada nar yetişdirmək üçün bir sovxoz quruldu. 1990-cı ilin məlumatlarına görə buradakı nar bağlarının sahəsi 677 hektara çatmışdır.

Din

Kənddə Bığır kənd məscidi dini icması fəaliyyət göstərir.

Qalereya

  • Bığır kəndinin girişi
    Bığır kəndinin girişi
  • Bığır kəndinin görünüşü
    Bığır kəndinin görünüşü

Həmçinin bax

  • Bəydövül
  • Cırqurd
  • Məlikkənd (Göyçay)
  • Potu
  • Yenikənd (Göyçay)
  • Çaxırlı (Göyçay)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bığır (Göyçay) haqqında məlumat. Bığır (Göyçay) nədir? Bığır (Göyçay) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Psixodeliya

  • Fevral 27, 2026

    Dolli (qoyun)

  • Fevral 27, 2026

    Qratz

  • Fevral 26, 2026

    Ruanda soyqırımı

  • Fevral 27, 2026

    Kamil Pissarro

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst