Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Böyükağa Qasımzadə 1916-cı il martın 18-də Bakı quberniyası Bakı qəzasının Maştağa kəndində xırda sahibkar-dəmirçi ailəsində doğulmuşdur. Atası Məmməd kişi 1903

Böyükağa Qasımzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Böyükağa Qasımzadə

Qasımov Böyükağa Məmməd oğlu – şair, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Böyükağa Qasımzadə
Doğum tarixi 18 mart 1916(1916-03-18)
Doğum yeri
  • Maştağa, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 29 avqust 1957(1957-08-29) (41 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti şair

Mündəricat

Həyatı

Böyükağa Qasımzadə 1916-cı il martın 18-də Bakı quberniyası Bakı qəzasının Maştağa kəndində xırda sahibkar-dəmirçi ailəsində doğulmuşdur. Atası Məmməd kişi 1903-cü ildə Bakıya köçüb xırdavat dükanı sahibi, sonra adi fəhlə olmuşdur. Böyükağa yeddiillik məktəbi Bakıda bitirib fəhlə fakültəsində (1932), sonra isə sənaye institutunda (1937) təhsil almışdır.

Ədəbi yaradıcılığa 30-cu illərdə başlamış, ilk şerlərini məktəblilərə həsr etmişdir. Onun ilk kitabı – "Murad" poeması 1937-ci ildə çapdan çıxmışdır. APİ-nin dil və ədəbiyyat fakültəsini bitirmişdir (1937-1941). İkinci Dünya müharibəsinin ilk günlərində səfərbərliyə alınmış, hərbi məktəbdə kursant, 1941-ci ilin dekabrında Cənub cəbhəsində atıcı rotasının komandiri, siyasi şöbənin təlimatçısı, Zaqafqaziya cəbhəsində "Döyüşçü" qəzeti redaksiyasında məsul katib işləmişdir (1942-1945). Xüsusi tapşırıqla İrana göndərilmiş (1945-1946), sonra təyyarəçilik məktəbində xüsusi qrupda siyasi rəhbər, hərbi klubda rəis vəzifələrində işləmişdir (1947-1948).

Ordudan tərxis ediləndən sonra "Ədəbiyyat qəzeti"ndə incəsənət şöbəsinin müdiri (1948-1950), daha sonra "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri (1953-1957) olmuşdur. A.S.Puşkin, N.Nekrasov, N.V.Qoqol, T.Şevçenko, İ.Franko, M.Bajan, P.Tıçina kimi sənətkarların və bir sıra xarici ölkə yazıçılarının poetik əsərlərini doğma dilə çevirmişdir. Füzulinin "Yeddi cam" əsərini, M.F.Axundovun "Puşkinin ölümünə Şərq poeması"nı farscadan, "Sasunlu David" eposunu ermənicədən tərcümə etmişdir. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri olmuşdur (1951-1952). Sonra bütün qüvvə və bacarığını yaradıcılıq işinə vermişdir. 1957-ci il avqustun 29-da 41 yaşında vəfat etmişdir.

Əsərləri

Tərcümələri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Böyükağa Qasımzadə haqqında məlumat. Böyükağa Qasımzadə nədir? Böyükağa Qasımzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Soqd vilayəti

  • Fevral 23, 2026

    Şeh

  • Mart 01, 2026

    Altay Göyüşov

  • Fevral 27, 2026

    Sənətşünaslıq

  • Fevral 12, 2026

    Şərqi Avropa

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst