Böyük Ordu Ustadı və ya Böyük Ustad (fr. Grand maître, alm. Großmeister, isp. Gran Maestre) həm ruhani, həm də dünyəvi cəngavər ordusunda, habelə müasir xüsusi hərbi birləşmələrdə habelə xüsusi elm və təhsil təşkilatlarında ən yüksək lider rütbədsi (titulu), habelə bəzi ölkələrdə dövlət tətlifi.
Tarixi ruhani cəngavərlər ordu birləşmələrində
Ruhani cəngavər ordenlərində Böyük Ustad, bir qayda olaraq, auid olduğu ordunun ali ruhanilər məclisi tərəfindən seçilir. Ordunun qayda və nizamnaməsinə görə, ordunun ali ruhaniləri kimi seçilmiş üzvləri Böyük Ustadlarının istənilən əmr və göstərişlərinə şəksiz tabe olmalıdırlar. Eyni zamanda, ruhani cəngavər ordusunda xüsusi mövqeyinə baxmayaraq, Böyük Ustadın səlahiyyətləri ali ruhanilər məclisinin qərarları ilə məhdudlaşdırıla bilər. Böyük Ustad öz səlahiyyətlərinin genişləndirilməsinə gətirib çıxara bilən dəyişiklikləri ordu nizamnamələrinə daxil etmək hüququna malik deyil.
Tarixi dünyəvi ordu birləşmələrində
Müxtəlif Avropa monarxları tərəfindən ən layiqli təbəələrini mükafatlandırmaq və dövlət daxilində öz gücünü möhkəmləndirmək və şiddətləndirmək üçün təsis edilən dünyəvi cəngavərlər orduları da Böyük Ustada malik olublar. Burada Böyük Ustad adətən mpnarxın özü olub və bu titul monarxın ailəsindən miras yolu ilə ötürülüb. XV və XVI əsrlərdən sonra bəzi ruhani cəngavərlər ordularında da (məsələn, Rekonkistanın bitməsindən sonra İspaniya və Portuqaliyada) Böyük Ustad vəzifəsi bu dövlətlərin krallarına məxsus olub.
Masonluqda
Masonluqda Böyük Ustad öz mason yurisdiksiyası daxilində Lojaların ən yüksək vəzifəliai - Ali Zabiti və lideri hesab olunur. O, Böyük Lojaya sədrlik edir və yurisdiksiyasını təşkil edən Lojaların yaradılması səlahiyyətinə malikdir. Ona "Ən Hörmətli Qardaş" deyərək xitab edirlər. Mason Rəhbər Prinsiplərinə (Masonic Landmarks) görə, ona əlavə imtiyazlar verilir və o, səlahiyyət müddəti ərzində bu imtiyazlardan istifadə edib etməməkdə sərbəstdir. Burada Böyük Ustad seçkili vəzifədir və səlahiyyət müddəti bir ildən bir neçə ilə qədər dəyişir. Bəzi yurisdiksiyalarda şəxs Böyük Ustad vəsifəsinə maksimum iki dəfə seçilə bilər. Memfis-Misraim Nizamnaməsinə görə, Böyük Ustad vəzifəsi ömürlükdür. Eyniz amanda, İsveç Mason Ordusunda İsveç Kralı eyni zamanda Böyük Ustad sayılır və bu vəzifəni ömrlük tutur.
Hazırkı ordu (hərbi və ya yarıhərbi) birləşmələrində
Malta Ordu birləşməsi
Malta Suveren Ordu birləşməsinin Böyük Ustadı 1100-cü ildən bəri Ali Ruhanilər Məclisi tərəfindən ömürlük seçilir. Hazırkı Böyük Ustad 81-ci qardaş Con Timoti Danlapdır (ing. John Timothy Dunlap).
Qüds Müqəddəs Qəbir-mühafizə Ordusu
Qüds Müqəddəs Qəbir-mühafizə Ordusu 1847-ci ildə yenidən təşkil edildikdən sonra öz formasını saxlamış qurum kimi, əvvəllər Qüds Latın Patriarxları, sonradan isə bilavasitə Roma papaları idarə olunub.
1949-cu ildən isə Roma papasının müvafiq kuriyasının kardinalı bu Ordunun Böyük Ustadı təyin olmuşdur. Ordunun hazırkı Böyük Ustadı Kardinal Fernando Filonidir.
Müqəddəs Lazarus ordusu
Müqəddəs Lazarius Ordusunun 49-cu Böyük Ustadı Don Karlos Gereda-i-de-Borbon, Markiz de Almazan (isp. Carlos Gereda y de Borbón, Marqués de Almazán) adlı şəxsdir.
Qırmızı Ulduzlu Xaç Cəngavərləri Ordusu
Qırmızı Ulduzlu Xaç Cəngavərləri Ordusunun Böyük Ustadı 20 iyun 2011-ci il tarixindən 48-ci Böyük Hersoq Josef Şedividir.
Respublikalardakı dövlət başçıları
Bəzi müasir Avropa respublikalarında prezidentlər də hansısa cəngavər ordularının Böyük Ustadı rütbəsinin daşıyıclarıdır. Misal üçün, Fransa prezidentləri Fransanın xüsusi təyinatlı Fəxri Legionunun Böyük Ustadı sayılır. Eynilə, Portuqaliyada da oxşar vəziyyət mövcuddur.
Ali elmi və/ya təhsil təşkilatlarında ali titul
Böyük Ustad rütbəsi müasir universitetlərlə əlaqəli akademik qardaşlıqlar da daxil olmaqla, müxtəlif tələbə qardaşlığı (bacılığı) tərəfindən istifadə olunur. "Kappa Sigma" qardaşlığının milli lideri "Ləyaqətli Böyük Ustad" rütbəsini, bu qardaşlığın yerli qurumlarınnın rəhbərləri isə sadəcə "Böyük Ustad" rütbəsini daşıyırlar.
Çində Taişi rütbəsi "Böyük Ustad" kimi təcrümə olunur, ali tituldur və monarxiya dövründə təlimçilərə verilb.
Azərbaycan və Yaxın Şərq ölkələrində incəsənət sahəsində yüksək nailiyyətlər əldə etmiş şəxslərə Böyük Ustad titulu və ya adı verilir.
Həmçinin bax:
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Böyük Ustad haqqında məlumat. Böyük Ustad nədir? Böyük Ustad nə deməkdir?