Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Buz adam (ing. Iceman) — Marvel Comics tərəfindən yaradılan komiks personajı. Bir mutantdır. İlk dəfə 1963-cü ildə görünmüşdür. Əsas gücü soyuğu idarə edərək bu

Buz-adam (personaj)

  • Ana Səhifə
  • Vikipediya
  • Buz-adam (personaj)

Buz adam (ing. Iceman) — Marvel Comics tərəfindən yaradılan komiks personajı. Bir mutantdır. İlk dəfə 1963-cü ildə görünmüşdür. Əsas gücü soyuğu idarə edərək buz və qar əmələ gətirməkdir. Daha çox İks-adamlar komandası ilə birlikdə olmuşdur. Əsl adı Robert Luis Dreykdir.

Buz adam
Iceman
Nəşriyyat Marvel Comics
Yayım tarixi "İks-adamlar" #1 (sentyabr 1963)
Yaradıcı(lar) Sten Li
Cek Kyorbi
Xüsusiyyətlər
Əsl adı Robert Luis Bobbi Dreyk
Cinsiyyəti kişi[d]
Boyu 173
Çəkisi 65
Növü mutant
Vətəndaşlıq
  •  ABŞ
Komiks bioqrafiyası
Üzvlükləri İks-adamlar
X-Faktor
Müdafiəçilər
Çempionlar
X-Terminators
Bütün Yeni İks-adamlar
Gizli Müdafiəçilər
On iki
Cin Qrey Məktəbi
Partnyorları
  • Mistik (personaj)
Gücləri Temperaturu idarə etmək, buz və qar yaratmaq
Bədənini buza çevirmək
Termal görünüş
Dayanıqlıq

Mündəricat

Həyatı

Nyu York ştatının Floran Park şəhərində yəhudi ananın və katolik irland atanın ailəsində anadan olmuşdur. Güclərini gənc yaşında ikən soyuqdan titrərkən kəşf etmişdir.

Oxuduğu məktəbin zorbası Rokki Biesi ona və qız dostuna hücum çəkərkən Robert panikaya düşmüş və Rokkini donduraraq güclərini ortaya çıxartmışdır. Onun hərəkətlərindən qorxan xalq Dreyklərin evinə hücum çəkmişdir. Bölgənin şerifi Roberti həbs etmişdi.

Şon Eşmor "İks-adamlar: Son dirəniş" filmində Buz adam rolunda

Bundan sonra Professor X (Çarlz Xavier) Skot Sammersi Bobbinin dalınca göndərmişdir və Bobbi Professor X-in məktəbinə qatılmışdır. Burada o, güclərindən istafədə etməyi öyrənmişdir.

Bir müddət İks-adamlarlə Manitoya və Bəlalı Mutantlar Qardaşlığına qarşı döyüşmüşdür. Müxtəlif mutantlarla sevgi münasibəti oldu. Bir dəfə Kiklopsun qardaşı Alekslə birlikdə Lorna Deynə aşiq olmuşdur. Amma sonda Lorna Deyni Aleksə buraxmışdır. İks-adamlardə qalıb döyüşməyə davam etmişdir.

Gücləri

Buzadam bədənin iç və xaricinin temperaturunu dəyişdirə, bədənindən soyuq saça bilir. Buzadam ilk dəfə bədənini tam olaraq buza çevirdikdə bədəni qara bənzər maddə ilə örtülmüşdür. Daha sonra özü üzərində çalışaraq bunu buzla əvəz edə bilmişdir.

Varlıqların yaydıqları temperaturu hiss etməyi də bacarır. Beləliklə canlıların yerini müəyyən edə bilir. Havadakı nəmi buza və qara çevirir. Buna şəkil vermək xəyal gücünə bağlıdır. Buzdan çubuqlar və qalxanlar yarada bilər. Suyu bir toxunuşu ilə buza çevirər.

Bədəni buza çevrilərkən yenidən sağalma qabiliyyətinə malik olur.

Film

Buz adam indiyə qədər 4 filmdə — "İks-adamlar" (2000), "X2" (2004), "İks-adamlar: Son müqavimət" (2006) və "İks-adamlar: Gələcəyin keçmiş günləri" (2014) filmlərində görünmüşdür. Bütün filmlərdə Buz adam rolunu Şon Eşmor canlandırmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Buz-adam (personaj) haqqında məlumat. Buz-adam (personaj) nədir? Buz-adam (personaj) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Həsənriz

  • Fevral 27, 2026

    Qutan

  • Fevral 23, 2026

    Sər-i Pul

  • Fevral 27, 2026

    Mateo Kassierra

  • Mart 01, 2026

    Gözətçi qülləsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst