Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Buxara döyüşü — Göytürk-Sasani ittifaqı ilə Ağ Hun imperiyası arasında baş vermis döyüşdür. Döyüş sonunda Ağ Hun imperiyası dağıdılmış və torpaqları Ceyhun çayı

Buxara döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Buxara döyüşü

Buxara döyüşü — Göytürk-Sasani ittifaqı ilə Ağ Hun imperiyası arasında baş vermis döyüşdür. Döyüş sonunda Ağ Hun imperiyası dağıdılmış və torpaqları Ceyhun çayı sərhəd olmaqla göytürklər ilə sasanilər arasında paylaşılmışdır.

Buxara döyüşü
Tarix 557
Yeri Buxara, Özbəkistan
Nəticəsi Göytürk-Sasani ittifaqının qələbəsi
Münaqişə tərəfləri

Göytürk xaqanlığı
Sasanilər imperiyası

Ağ Hun imperiyası

Komandan(lar)

İstəmi xaqan
Muğan xaqan

bilinmir

    Mündəricat

    Arxa plan

    Göytürklərin Çindən Aralıq dənizinə uzanan İpək yoluna hakim olmağa başlamasıyla birlikdə qərbdə Ağ Hun imperiyası ilə qonşu halına gəldilər. Ağ Hun imperiyası 350-ci ildən bəri Şimali Əfqanıstan və Məvaraünnəhr bölgələrində mövcudiyyətini davam etdirməkdə və İpək yolu ticarətini əlində tutmaqda idi. Bu bögələri əlində tutmaq üçün də Sasani imperiyası ilə davamlı toqquşma içərisində idilər. Bu dövrdə böyük güc olaraq ortaya çıxan gpytürklər də bu böldələri ələ keçirmək və İpək yolu ticarətini nəzarət altına almaq istəyirdilər.

    Döyüş

    Bunun üçün İstəmi Yabqu komandanlığındakı Göytürk ordusu 556-cı ildə Ağ Hun imperiyasına qarşı hücuma keçdi. Şərqdə Göytürk, qərbdə də Sasani hücumları qarşısında çətin vəziyyətdə qalan Ağ Hun imperiyası 555 və 558-ci illərdə Çindəki Qərbi Vey dövlətinə elçi göndərərək ittifaq təklif etdi. İstəmi Yabqu isə buna cavab olaraq Sasani imperiyası ilə ittifaq qurmaq fikrinə düşdü. Bunun üçün də qızını Sasani imperatoru I Xosrov ilə evləndirdi. Bu qızın adı islami qaynaqlarda Tabəri, Məsudi, Fakim kimi formalarda keçməkdədir. Bu qız daha sonra Sasani imperatriçası oldu. Qurulan Göytürk-Sasani ittifaqı əsasında 557-ci ildə Sasani ordusu qərbdən, Muğan xaqanın komandanlıq etdiyi və böyük ehtimalla İstəmi Yabqunun da olduğu Göytürk ordusu şərqdən hücum etdi və Ağ Hun imperiyası tez zamanda süqut etdi.

    Nəticə

    Yıxılan Ağ Hun imperiyasının torpaqları Ceyhun çayı sərhəd olmaqla göytürklər ilə sasnailər arasında bölündü. Məvaraünnəhr, Fərqanənin bir hissəsi, Qaşqar, Xotan və Qərbi Türkistanın mühüm şəhərləri Göytürk xaqanlığına verildi. Dolayı yolla, İpək yolu ilə, bu yolda ticarət edən soqdlular göytürklərin hakimiyyəti altına girdi.

    Ağ Hun imperiyasının süqut etməsi ilə, Göytürk xaqanlığı qərbdə tam mənası ilə Sasanilər İmperiyası ilə qonşu olarkən, eyni zamanda siyasi olaraq dövrünün iki böyük dövləti olan Sasani imperiyası və Bizans imperiyası ilə müxtəlif siyasi və iqtisadi əlaqələr qurdu və onlarla bir səviyyəyə yüksəldi.

    Həmçinin bax

    • Muğan xaqan
    • Ağ Hun imperiyası
    • Birinci Göytürk xaqanlığı
    • İkinci Göytürk xaqanlığı

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, buxara döyüşü sözünün mənası, buxara döyüşü haqqında məlumat. buxara döyüşü nədir? buxara döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 06, 2026

      Tofiq Bayramov

    • Fevral 27, 2026

      Qədir-Xum

    • Mart 01, 2026

      Tunceli

    • Mart 04, 2026

      Qovaq şibyəyeyəni

    • Fevral 27, 2026

      Phaseolus lunatus

    Trend Mahnılar
    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    • Mart 04, 2026

      Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst