Burun qanaxması (epistaksis) — burun boşluğundan gələn qanın burun dəliklərindən axmasıdır. Burun qanaxmasının ön burun qanaxması və arxa burun qanaxması olmaqla iki növü fərqləndirilir. Ön burun qanaxması ən çox rast gəlinən formadır. Arxa burun qanaxmasına isə nisbətən az rast gəlinir, lakin daha çox tibbi diqqət tələb edir.
| Burun qanaxması | |
|---|---|
| |
| XBT-10 | R04.0 |
| XBT-10-KM | R04.0 |
| XBT-9 | 784.7 |
| XBT-9-KM | 784.7 |
| DiseasesDB | 18327 |
| MedlinePlus | 003106 |
| MeSH | D004844 |
Bəzən daha ağır hallarda qan gözyaşı kanalı ilə yuxarı qalxaraq göz çuxurundan çölə də axa bilir. Təzə və laxtalanmış qanın mədəyə axaraq ürəkbulanma və qusmaya səbəb olduğu hallara da rast gəlinir.
Burun qanaxmaları çox nadir hallarda ölümlə nəticələnir. Məsələn, 1999-cu ildə ABŞ-da 2,4 milyon ölüm hadisəsindən yalnız 4-ü burun qanaxması nəticəsində olmuşdur. Burun qanaxmasından olan ən məşhur ölüm hadisəsi hun hökmdarı Attilanın ölümü olmuşdur. O, öz toyundan sonra keçirilən içkili məclisdən sonra yuxuya getmiş və yuxuda burnundan gələn qanla boğularaq vəfat etmişdir.
Etiologiyası
Burun qanaxmaslarının səbəblərini yerli və sistemli faktorlar olmaqla iki qrupa bölmək olar.
Yerli amillər
Ən geniş yayılan amillər
- Burun travması
- Yad cisimlər (burun qurdalamaq)
- İltihabi proseslər (ORVİ, xroniki sinüzit, allergik rinit və s.)
- Baş travması (məsələn baş nahiyyədən güllə yarası almaq)
Digər rast gəlinə biləcək səbəblər
- Anatomik deformasiyalar (məsələn, Rendu-Osler xəstəliyində telenjiektaziyalar)
- Dərmanların inhalyasiyası (xüsusilə kokain)
- Burun boşluğu şişləri (nazofaringeal karsinoma və s.)
- Alınan havanın aşağı nisbi rütubəti (xüsusilə qışda)
- Burun oksigen kateterinin istifadəsi (burun boşluğunun selikli qişasını qurudur)
- Burun spreyinin istifadəsi (xüsusilə steroid)
- Barotravma
- Cərrahiyyə (burun septumunun plastik əməliyyatı və s.)
Sistemli amillər
Ən geniş yayılmış amillər
- Allergiya
- Arterial hipertenziya və ya yüksək qan təzyiqi
- Soyuqdəymə xəstəlikləri
Digər mümkün amillər
- Dərmanların yan təsirləri (NSAİİ)
- Alkoqol qəbulu (damarların genişlənməsinə səbəb olur)
- Qan xəstəlikləri (anemiya, hemoblastoz, İTP və s.)
- Vitamin C və ya K çatışmazlığı
- Ürək çatışmazlığı
- Sistemik birləşdirici toxuma xəstəlikləri
- Damar xəstəlikləri
Patofiziologiya
Burun boşluğunun selikli qişasında damarların çox olması və həmin damarların zədələnməsi qanaxmalara səbəb olur. Zərər kortəbii və ya travma nəticəsində yarana bilər. Burun qanaxmaları əhalinin 60%-də baş verir. Ən çox 10 yaşa qədər olan uşaqlarda və 50 yaşdan yuxarı insanlarda meydana gəlir. Qadınlara nisbətən kişilərdə bu qanaxmalara daha tez-tez rast gəlinir. Arterial hipertenziya fonunda qanaxma daha uzun çəkir. Antikoaqulyant terapiya və qan xəstəlikləri həm burun qanamasına səbəb ola bilər, həm də onun dəvam etmə müddətini artıra bilər. Yaşlı insanlarda burun selikli qişasının daha quru və incə olması, yaşa bağlı arterial hipertenziyaya meyl və qan damarlarının daralma qabiliyyətinin aşağı olması burun qanaxmalarını daha tez-tez inkişaf edir.
Xəstələrin 90-95% -ində burun qanaxmasının mənbəyi burun çəpərinin ön-aşağı hissəsi (Kiesselbach pleksus), 5-10% hallarda burun boşluğunun orta və arxa hissələridir. Təhlükəli burun qanaxmaları ani başlaması, qısa müddətli olması və çoxlu miqdarda qan itkisi ilə xarakterizə olunur. Belə qanaxma burun boşluğunda iri qan damarının, üz sümüklərinin qırılması, anevrizmanın yırtılması və ya parçalanan bədxassəli şiş nəticəsində yarana bilər. Burun qanaxmaları ağciyər qanaxması (qırmızı, köpüklü qan) və ya yuxarı mədə-bağırsaq traktından qanaxma (tünd, laxtalanmış) ilə də müşahidə edilə bilər.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, burun qanaxması sözünün mənası, burun qanaxması haqqında məlumat. burun qanaxması nədir? burun qanaxması nə deməkdir?
