Bunud — Azərbaycan Respublikasının Qəbələ rayonunun Bunud kənd inzibati ərazi dairəsində kənd.
| Bunud | |
|---|---|
| 40°55′09″ şm. e. 47°59′09″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 592 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 900 (2009) nəfər |
![]() Bunud | |
Tarixi
Kəndin adı keçən əsrə aid olan bir mənbədə Bunut formasında göstərilmişdir. XIX əsrin ikinci yarısında Vəndam kəndindən əmələ gəlmiş dörd kiçik məntəqədən biri-Buntdan söhbət gedir. Görünür Bunt məntəqəsi yaranmazdan əvvəl Bunut yer adı olub. Naməlum toponimlərdən sayılır və ümumiyyətlə mənası bəlli olmayan bu toponimlər Qafqaz mənşəli adlardır ki, zaman keçdikcə təhrif olunub, ya da Azərbaycan dilinin təsiri altında fonetik dəyişikliyə uğrayıb. Ancaq xalq yaddaşına əsaslansaq hər bir yurd yerinin yaranışı ilə bağlı fərziyyələr səslənir. Bu kəndin də qədim olduğu söylənilir. Hazırda 900 nəfər əhalidən ibarətdir. Əhali heyvandarlıqla məşğul olur, tərəvəz yetişdirir, taxıl sahələri, sarı buğda zəmilərinə xüsusi qulluq edirlər. Elektron ATS-i var.
Toponimikası
Bunud oyk., sadə. Baş Qafqaz silsiləsinin ətəyindədir. XIX əsrin əvvəllərində Vəndam kəndindən yaranmış dörd kiçik məntəqədən (Nohurqışlaq, Seyidqışlaq, Həzrə və Bunud) biridir. Yerli əhali oykonimi Bulud kimi tələffüz edir. Kənd əvvəllər Buludun suyu adlı kiçik çayın sahilində salınmış, sonralar buraya köçürülmüşdür. Adını kəndə vermiş çay da öz adını buludlu nəslindən almışdır.
Coğrafiyası və iqlimi
- Bunud dağətəyi kənddir.
Əhalisi
Təhsilin vəziyyəti
- Bunud kəndində 1 orta məktəb var. Bu məktəb Fövzi Həmidovun adını daşıyır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bunud sözünün mənası, bunud haqqında məlumat. bunud nədir? bunud nə deməkdir?
