Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Buluğan Xatun, Buluqhan, Bolqana və ya Bulugan — XIII əsrdə yaşamış şahzadə və Elxani hökmdarı Abaqa (1234–1282) xanın əsas arvadı.

Buluğan Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Buluğan Xatun

Buluğan Xatun, Buluqhan, Bolqana və ya Bulugan — XIII əsrdə yaşamış şahzadə və Elxani hökmdarı Abaqa (1234–1282) xanın əsas arvadı.

Buluğan Xatun
Buluğan Xatunun ögey nəvəsi Qazan xan ana südü ilə qidalanır. Fəzlullah Rəşidəddinin əsəri, 14-cü əsrin əvvəlləri
Buluğan Xatunun ögey nəvəsi Qazan xan ana südü ilə qidalanır. Fəzlullah Rəşidəddinin əsəri, 14-cü əsrin əvvəlləri
Doğum tarixi Bilinmir
Doğum yeri Monqol imperiyası
Vəfat tarixi Bilinmir
Vəfat yeri Kür çayı sahili, Elxanilər dövləti
Dəfn yeri Sultaniyyə, Elxanilər dövləti
Həyat yoldaşları
  • Abaqa xan,
  • Arqun xan
Milliyyəti Bayaut tayfası
Fəaliyyəti əsilzadə
Tanınır 2 Elxanın əsas arvadı kimi

Mündəricat

Həyatı

O, monqol tayfalarından biri olan Bayautlara mənsub idi. O, Abaqa xanla onun doqquzuncu arvadı kimi evlənmişdi. Xatun olaraq o, sarayda çox güclü təsirə malik idi. 1282-ci ilin sentyabrında öz vəzirinin həyatını xilas etmişdir. Beləki vəzir Xacə Vəcih əl-Din Faryumadi xana qarşı sui-qəsd təşkil etməkdə ittiham edilirdi, lakin Buluğan Xatun onun həyatını xilas edir. Abaqa xanın 1282-ci ildə ölümündən sonra o, Arqun xanla levirat evliliyinə daxil oldu. Hətta Əhməd Təkudarın hakimiyyəti zamanı belə onun sarayda təsir gücü hələ də güclü idi və onunla hörmətlə davranırdılar.

"Buluqhan"ı ifadə edən Çin heroqlifləri.

Ailəsi

Onun Abaqa xandan doğulma Məlikə Xatun adlı qızı var idi və Noqay Yarquçinin oğlu Tohcam Buğa ilə evləndirilmişdi. Onun özünün oğlanları olmasa da, ilk əri Abaqanın oğlu Arqunun oğlanlarını, yəni özünün ögey nəvələrini böyütmüşdü. Bunlara misal olaraq Qazan xanı və Olcaytunu göstərmək olar. Onların hər ikisi sıra ilə hakimiyyətdə oldu və İslamı qəbul etdi. Arqun Olcaytu dünyaya gələn zaman onu Roma Papası IV Nikolayın şərəfinə vəftiz etmiş və ona Nikolay adı vermişdi.

Ölümü

O, 20 aprel 1286-cı ildə Kür çayının kənarında vəfat etmişdir. Onun cənazəsi Sultaniyyə şəhərinin cənub-qərbində yerləşən Səcəsə aparıldı. Arqun xanın da cənazəsinin burada dəfn edildiyi iddia edilməkdədir. Buluğan Xatunun həm Abaqa, həm də Arqun xanlar dövründə saraydakı təsiri o qədər güclü idi ki, hətta özündən sonra onun yerinə ancaq öz tayfasından kiminsə gətirilməsinə xanı razı saldığı bildirilməkdədir. Beləki onun ölümündən sonra Arqun Xubilay xana xəbər göndərərək Buluğanın qohumlarından birinin ona yeni arvad kimi göndərilməsini istəmişdir. Bu istəyə cavab olaraq Kököçin gəlin olaraq seçildi və Xan Balıqdan, yəni indiki Pekindən yola çıxdı. Onu yolda müşayiət edənlərdən biri də Marko Polo idi. Kököçin Çinin cənub tərəfində yerləşən Quanjou şəhərindən dəniz yolu ilə ilk Sumatra adasına, oradan da Hindistan və Şri-Lanka vasitəsiylə Elxanilər imperiyasına gəldi. Lakin bu zaman, yəni 1293-cü ildə artıq Arqun öldürülmüşdü, buna görə də, Kököçin Qazan xanla evləndi və onun əsas arvadı oldu. O da, iyun 1296-cı ildə vəfat etdi.

Elxanilər dövlətində yaşayan başqa bir Buluğan daha vardır. Bu bəhs etdiyimiz Buluğan məqalədə yazılan Buluğanın ölümündən sonra Arqun xanla evlənmişdir.

Qeydlər

  1. Marko Polo ondan əsərində Bolğara deyə bəhs etməkdədir.
  2. Gələcəkdə Olcaytu kimi tanınacaq hökmdarın ilk adlarından biri də Xorbəndə idi.

Həmçinin bax

  • Elxanilər dövləti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Buluğan Xatun haqqında məlumat. Buluğan Xatun nədir? Buluğan Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Muxtar Şaxanov

  • Fevral 27, 2026

    Hürufizm

  • Fevral 25, 2026

    Cüzeppe Verdi

  • Fevral 27, 2026

    Jujanlar

  • Fevral 24, 2026

    Qurban bayramı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst