Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bulud Əliş oğlu Qasımov (1 iyul 1947, Nərimankənd, Gədəbəy rayonu) — yazıçı və karikaturaçı rəssam, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü (2006)

Bulud Qasımov

  • Ana Səhifə
  • Vikipediya
  • Bulud Qasımov

Bulud Əliş oğlu Qasımov (1 iyul 1947, Nərimankənd, Gədəbəy rayonu) — yazıçı və karikaturaçı rəssam, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü (2006)

Bulud Qasımov
Doğum tarixi 1 iyul 1947(1947-07-01) (78 yaş)
Doğum yeri
  • Nərimankənd, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti rəssam, yazıçı, jurnalist
Təhsili
  • Bakı Dövlət Universiteti
Janr karikatur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Bulud Qasımov 1 iyul 1947-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. 1966-cı ildə Nərimankənd orta məktəbini, 1968-ci ildə isə Texniki Rəssamlıq Məktəbini saxsı qablar üzrə rəssam ixtisası üzrə bitirmişdir. 1968–1970-ci illərdə Qara dəniz sahilindəki Gəlincik şəhərində sovet ordusu sıralarında rəssam kimi xidmət etmişdir.

1972–1977-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil almışdır. 1978-ci ildən "Sovet kəndi" qəzetində çalışmağa başlamışdır.

1980-ci ildən karikaturaçı rəssam kimi respublika mətbuatında fəal çalışmağa başlayıb. 1981-ci ildən "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq etmişdir.

Bulud Qasımov 1987-ci ildən 2012-ci ilə qədər Bakı şəhəri Zakir Yusifov adına 194 saylı tam orta məktəbində təsviri-incəsənət müəllimi işləmişdir.

2005-ci ildən "Mozalan" satirik jurnalının bədii redaktoru və baş rəssamı işləmişdir. "Molla Nəsrəddin XXI əsrdə" jurnalında rəssam işləyir.

Bulud Qasımov Azərbaycan dövrü mətbuatında o cümlədən "Sovet kəndi", "Kommunist", "Ədəbəyyat və incəsənət", "Mədəniyyət", "Dan ulduzu", "Bütöv Azərbaycan", "Kaspi", "Kredo", "Savalan", "Güzgü" qəzetlərində "Kirpi", "Mozalan", "Günəş", "Bahar", "Molla Nəsrəddin XXI əsrdə" jurnallarında çalışmışdır.

2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. Həmçinin FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Bir çox respublika, Beynəlxalq sərgilərində və müsabiqələrində iştirak edib.

Bulud Qasımov Türkiyədə keçirilən "Aydın Doğan Uluslararası Karikatür Yarışması"nda hər il iştirak edir və əsərləri orada sərgilənir.

Ailəsi

Bulud Qasımovun atasının adı Əliş, anasının adı Qızxanımdır. 3 oğlu, 2 qızı var.

Kitabları

  1. Rəssam Bulud Qasımov — Məni tanıyanlar. Bakı, "Dünya nəşriyyatı", 1998. 48 səh. 1000 tiraj.
  2. Bulud Əlişoğlu. "Şəhid yuxusu", Bakı, "Adiloğlu", 2007. 120 səh. 500 tiraj.
  3. Bulud Əlişoğlu. "İmana inam" (bir ömrün salnaməsi), Bakı, "Qismət", 2012. 112 səh.

Haqqında deyilənlər

Portretin əsas xarakterik cizgisini tapmaq rəssam Buludun məharətidir. Tofiq Mahmud, şair

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bulud qasımov sözünün mənası, bulud qasımov haqqında məlumat. bulud qasımov nədir? bulud qasımov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    İtitala

  • Mart 01, 2026

    Meydança

  • Fevral 26, 2026

    Matteo Riççi

  • Fevral 26, 2026

    Qnostisizm

  • Mart 01, 2026

    Gəgəli bələdiyyəsi

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst