Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bulqogi — tam mənasıyla "atəş əti", bir barbekü üzərində və ya sobanın üst qatında marinə edilmiş mal əti və ya donuz ətindən incə dilimlərdən qızardılmış bir x

Bulqogi

  • Ana Səhifə
  • Vikipediya
  • Bulqogi

Bulqogi — tam mənasıyla "atəş əti", bir barbekü üzərində və ya sobanın üst qatında marinə edilmiş mal əti və ya donuz ətindən incə dilimlərdən qızardılmış bir xörək (Koreya tərzi izgara və ya qovrulmuş yemək). Həmçinin evdə bişirilərkən tavada tez-tez qarışdırılır. Xörək üçün mal ətinin kəsilməsində qabırğa və can əti hissəsi tez-tez istifadə olunur. Xörək Koreya yarımadasının şimal hissəsində yaradılmış və Cənubi Koreyada çox məşhurdur. Faktiki olaraq, bulqogi Cənubi Koreyada dəbli restoranlardan tava-hazır dəstləri satılan yerli supermarketlərə qədər hər yerdə yayılmışdır

Bulqogi
Aid olduğu milli mətbəxlər
* Koreya mətbəxi
Mənşəyi
  • Koreya[d]
Təfərrüatları
Tipi Gui (yemək)
Digər mətbəxlərdə
Digər mətbəxlərdə

  1. Neobiani
  2. Qalbi
  3. Yakiniku
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiyası

Bulqogi adı bul ("atəş") və gogi ("ət")-dən ibarət Koreya sözü olan bul-gogi (불기) dan formalaşmışdır. Mürəkkəb söz xörəyin Pxenan vilayətinin (hal-hazırda Şimali Koreyada) incəliyi kimi, Pxenan dialektindən törəmişdir. Koreya yarımadasının 1945-ci ildə Yaponiyanın işğalından azad edilməsindən sonra yemək Pxenyan qaçqınları tərəfindən Cənubi Koreyanın Seul və digər bölgələrində məşhur oldu. Daha sonra ət kömür üzərində birbaşa kabab edilmiş kimi Koreya dili lüğətinin 1947 sayından verilmişdir.

Koreya Milli İnstitutu tərəfindən dərc edilən Standart Koreya dili lüğətində bulqogi sözü nazik dilimlənmiş, marinada qoyulmuş və odun üzərində qızardılmış ət kimi verilmişdir. Bu söz ingilis dilində Merriam-Webster Dictionary və Oxford Dictionary of English kimi ingilis dilində lüğətlərə də daxil edilmişdir. Merriam-Webster, 1961-ci ildə sözün xüsusiyyətini Amerika ingilis dilinin leksikonunda vermişdir.

Tarixi

Bulqoginin Qoguryeo dövründə (E.ə. 37-ci il — eramızın 668-ci illəri) mal ətinin şiş üzərində qızardılmasıyla maekjeok (맥적) adlandırıldığı zaman yaranmasına inanılır. Yemək Joseon Dinasti sülaləsi dövründə "nazik yayılmış" mənasını verən neobiani (너비아니) adlandırılmış və ənənəvi olaraq zəngin və nəciblik üçün hazırlanmışdır.

Hazırlanması və xidmət

Bulqogi, nazik dilimli can ətindən və ya mal ətinin digər kəsiklərindən hazırlanır. Bişirilmədən öncə xörəyin ləzzətini artırmaq üçün ət soya sousu, şəkər, küncüt yağı, sarımsaq, qara bibər və skallion, zəncəfil, soğan və ya göbələk kimi digər komponentlər, xüsusilə ağ düymə göbələyi və ya matsuteyk qarışığı ilə marine edilir. Qarışıqsız, təmiz armud və soğan tez-tez yumşaldıcı kimi istifadə olunur. Bəzən bölgəyə və spesifik reseptə görə dəyişən yeməyə selofan əriştə əlavə olunur.

Bulqogi ənənəvi olaraq manqalda bişirilir, lakin tava-yemək də məşhur olmuşdur. Sarımsağın, dilimlənmiş soğan və doğranmış yaşıl bibərin bütün qarışıqları tez-tez ətlə manqalda bişirilir və ya qızardılır. Bu yemək bəzən kahı və ya digər yarpaqlı bitki ilə xidmət edilir, hansı ki, bişirilmiş ətin bir hissəsini bükmək üçün istifadə olunur, tez-tez ssamjang və ya boşqabın digər tərəfinə qoyulur və sonra birlikdə yeyilir.

Mədəniyyətdə populyarlığı

Bulqogi Koreyada barbekü restoranlarında xidmət edilir və bir çox Cənubi Koreya fast-food restoranlarında bulqogi ətirli fast-food hamburgerləri satılmaqdadır. Hamburger bulqogi sousunda marinadlanır və kahı, pomidor, soğan və bəzən pendir ilə servis edilir. Bu ləzzətli teriyaki burgerinə bənzəyir.

Qalereya

  • Bulqogi, Koreya mal əti manqalda qızartması
    Bulqogi, Koreya mal əti manqalda qızartması
  • Dvaeji-bulqogi (donuz əti bulqogi) düyü ilə
    Dvaeji-bulqogi (donuz əti bulqogi) düyü ilə
  • Bassak-bulqogi (Eanyang- bulqogi üslubu )
    Bassak-bulqogi (Eanyang- bulqogi üslubu )
  • Ttukbaegi-bulqogi (isti qazan bulqogi)
    Ttukbaegi-bulqogi (isti qazan bulqogi)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bulqogi haqqında məlumat. Bulqogi nədir? Bulqogi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Atletizm

  • Fevral 27, 2026

    Hakodate

  • Fevral 27, 2026

    Hiyrə

  • Mart 01, 2026

    Hikmət Babaoğlu

  • Mart 01, 2026

    Amharlar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst