Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə s

Bud-çanaq oyanağı

  • Ana Səhifə
  • Vikipediya
  • Bud-çanaq oyanağı

Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat. labrum acetabulare (labrum glenoidale — BNA) bağlanmışdır. Bu dodaq oynaq çuxurunu daha artıq dərinləşdirir və nəticədə sirkə kasasının dairəsi yarım kürədən artıq olur. Bud sümüyünün başı sirkə kasasına uyğun gəlir və oynaq səthi kürənin 2/3 hissəsini təşkil edir. lat. Caput femoris bud başı çuxurcuğundan başqa tamamilə gialin qığırdaqla örtülü olur.

Bud-çanaq oynağı
Oynağı əmələ gətirən sümüklər
Latınca articulatio coxae
Növü Sinovial birləşmə
Oxu Çoxoxlu: frontal, sagital, üfüqi.
Səthi Kürəşəkilli
Sümükləri Bud, qalça
Bağları

Qalça-bud bağı
Qasıq-bud bağı
Oturaq-bud bağı
Dairəvi məntəqə
Bud sümüyü başının bağı

Qrey subyekt 92 333
MeSH Hip
  • bax
  • müzakirə
  • redaktə

Bud-çanaq oynağının yaratdığı hərəkətlər:

  • frontal ox boyu — açma və bükmə;
  • sagital ox boyu — yaxınlaşdırma və uzaqlaşdırma;
  • üfüqi ox boyunca — pronasiya və supinasiya
  • kürəşəkilli oynaq olduğu üçün ona imkan verən dairəvi fırlanma (lat. rotatio) hərəkəti

Bağları

  1. Qalça-bud bağı (lat. ligamentumilipfemorale)
  2. Qasıq-bud bağı (lat. ligamentum pubofemorale , ligamentum pubocapsulare — BNA)
  3. Oturaq-bud bağı (lat. ligamentum ischiofemorale , ligamentum ischiocapsulare — BNA)
  4. Dairəvi məntəqə (lat. zona orbicularis)
  5. Bud sümüyü başının bağı (lat. ligamentum capitis femoris , ligamentum teres femoris — BNA)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bud-çanaq oyanağı haqqında məlumat. Bud-çanaq oyanağı nədir? Bud-çanaq oyanağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    HTTP

  • Fevral 27, 2026

    Bulud texnologiyası

  • Fevral 27, 2026

    Obelisk

  • Fevral 27, 2026

    Muğanlı

  • Fevral 27, 2026

    Mənsur (xəlifə)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst