Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Cəfər Abdullah ibn Məhəmməd Əl-Mənsur (ərəb. أبو جعفر عبدالله بن محمد المنصور‎; noyabr 713, Humeyma[d], Əməvilər xilafəti – 7 oktyabr 775, Məkkə, Abbasilər

Mənsur (xəlifə)

  • Ana Səhifə
  • Vikipediya
  • Mənsur (xəlifə)

Əbu Cəfər Abdullah ibn Məhəmməd Əl-Mənsur (ərəb. أبو جعفر عبدالله بن محمد المنصور‎; noyabr 713, Humeyma[d], Əməvilər xilafəti – 7 oktyabr 775, Məkkə, Abbasilər xilafəti) — Abbasilərin ikinci xəlifəsi. Bağdad şəhərinin əsasını qoymuşdur. Eyni zamanda ədib və şair olan əl-Mənsur xəsisliyi ilə tanınmış, vəfatında xəzinədə 600 milyon dirhəm və 4 milyon dinar olduğu qeyd olunmuşdur.

Mənsur
ərəb. أبو جعفر عبد الله بن محمد المنصور‎
Mənsurun təmsili eskiz rəsmi
Mənsurun təmsili eskiz rəsmi
II Abbasi xəlifəsi
10 iyun 754 – 6 oktyabr 775
ƏvvəlkiƏs-Səffah
SonrakıƏl-Mehdi
Şəxsi məlumatlar
Doğum tarixi noyabr 713(0713-11)
Doğum yeri
  • Humeyma[d], Əməvilər xilafəti
Vəfat tarixi 7 oktyabr 775(0775-10-07) (61 yaşında)
Vəfat yeri
  • Məkkə, Abbasilər xilafəti
Dəfn yeri
  • Cənnətül-müəlla
Fəaliyyəti siyasətçi, şair
Atası Məhəmməd ibn Əli
Anası Səlamə Ümmü-Abdullah
Həyat yoldaşı Arva bint Mənsur Əl-Himyari
Uşaqları
  • Mehdi
Ailəsi Abbasilər
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

23 avqust 714-cü ildə Hümeymədə doğuldu. Əməvilərə qarşı tərtiblənən çevrilişin banisi Məhəmməd ibn Əlinin oğlu olan Əbu Cəfər uşaqlıq illərində mükəmməl təhsil aldı. Abbasi birliklərinin Kufəyə girməsindən bir ay sonra — 749-cu ilin oktyabrında digər ailə üzvləriylə birlikdə Kufəyə gəldi. Çox keçmədən burada xəlifə elan edilən qardaşı Əs-Səffaha biat etdi və onun sağ əli olaraq bir çox mühüm vəzifələrdə xidmət göstərdi.

Əməvilərin İraqın mərkəzi olan Vasitdəki canişini ibn Hübeyrənin yeni xəlifəyə tabe olmamasının ardından Əbu Cəfər dərhal bölgəyə göndərildi və şəhər mühasirəyə alındı. Ancaq son Əməvi xəlifəsi II Mərvanın ölüm xəbərinin gəlməsiylə ibn Hübeyrə 11 aylıq mühasirənin ardından təslim olmağa məcbur oldu. Ancaq xəlifənin əmriylə, bağlanan təslim sazişinə zidd olaraq başda ibn Hübeyrə olmaqla, bir çox mühüm Əməvi tərəfdarı edam edildi. Bir çox əyalətlərdə çıxan üsyanları yatırdı və 754-cü ildə həcc əmiri təyin edildi. Xəlifə Əbül Abbas Əs-Səffah qardaşı Əbu Cəfəri birinci, digər qardaşı Musanın oğlu İsanı isə ikinci vəliəhd elan etmişdi. Əbu Cəfər Məkkədə olduğu əsnada xəlifə vəfat etdi (10 iyun 754). Qardaşı oğlu İsa ibn Musanın göndərdiyi məktubla xəbəri alan Əbu Cəfər dərhal yola düşdü və başda Haşimilər olmaqla bir çox tayfanın dəstəyini topladı.

Əl-Mənsur səltənətinin ilk ilində əmisinin üsyanıyla məşğul oldu. Abbasilərin hakimiyyətə gəlişində mühüm rol oynayan əmisi Abdullah ibn Əli qardaşı oğlunun xəlifəliyini tanımadı və böyük bir orduyla paytaxtı tərk etdi. Nüseybin yaxınlığında baş verən döyüşdə məğlub olan Abdullah ibn Əli ələ keçirilərək Bəsrədə həbs olundu və ölümünədək 10 il boyunca burada saxlanıldı.

Əmisinin üsyanından sonra getdikcə nüfuz qazanan və mərkəzi hakimiyyətə qarşı təhlükə yaradan Əbu Müslim əl-Xorasani tərtiblənən sui-qəsdlə qətlə yetirildi (12 fevral 755). Bu hadisənin ardından Xorasanda bir çox üsyan və ayaqlanma baş tutdu və bu üsyanlar illərcə xəlifəni məşğul etdi. Əndəlüsə qaçaraq orada yeni bir dövlət quran Əbdürrəhman ibn Müaviyəylə mübarizə aparsa da, bunun bir nəticə vermədiyini anladı və elçi göndərərək sülh təmin etdi.

758, 765, 766 və 769-cu illərdə həccə gedən Əl-Mənsur 775-ci ildə yenidən həccə gedərkən yolda səhhəti pisləşdi və 7 oktyabr 775-ci ildə Məkkə yolunda vəfat etdi. Dəfn yerinin bilinməməsi üçün 100 ayrı məzar qazıldığı qeyd olunur. Yerinə vəliəhd elan etdiyi oğlu Məhəmməd əl-Mehdi xəlifə elan olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mənsur (xəlifə) haqqında məlumat. Mənsur (xəlifə) nədir? Mənsur (xəlifə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Lotaringiya

  • Fevral 27, 2026

    İçməli su

  • Fevral 27, 2026

    Mirmehdi Seyidzadə

  • Fevral 28, 2026

    Pyer Bulez

  • Fevral 24, 2026

    Reyn

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst