Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Btooom! (ブトゥーム!, Butūmu!?, azərb. Btuuum!‎) – Cunya İnoe tərəfindən yazılan və çəkilən manqa seriyası. 2009-cu ildə "Weekly Comic Bunch" jurnalında nəşr olunmağ

Btooom!

  • Ana Səhifə
  • Vikipediya
  • Btooom!

Btooom! (ブトゥーム!, Butūmu!?, azərb. Btuuum!‎) – Cunya İnoe tərəfindən yazılan və çəkilən manqa seriyası. 2009-cu ildə "Weekly Comic Bunch" jurnalında nəşr olunmağa başlamışdır. Hazırda isə "Monthly Comic Bunch" jurnalında nəşr olunur. 2017-ci ilin mayına qədər 23 cildi nəşr olunmuşdur. Manqa seriyası Ryota Sakamoto adlı gənc, tənha, "Btooom!" adlı video oyunun mahir oyunçularından birinin başına gələn macəralardan bəhs edir. Bir gün Ryota istəmədən "Btooom!" oyununun real versiyasını oynamağa məcbur edilir və uzaq tropik adada Himiko adlı gənc qızla sağ qalma mübarizəsinə başlayır. Onlar öz dünyalarına qayıtmaq üçün yol tapmalıdırlar.

Btooom!
Birinci cildin üzlüyü. Personaj: Ryota Sakamoto.
ブトゥーム!
(Butūmu!)
azərb. Btuuum!‎
Janr döyüş, psixoloji, romantika
Manqa
ManqakaCunya İnoe
NəşriyyatShinchosha
Tərcüməçi nəşriyyat
ŞA
Yen Press
JurnalWeekly Comic Bunch (iyun 2009 – avqust 2010)
Monthly Comic @BUNCH
Demoqrafiyaseynen
Nəşr tarixi19 iyun 2009 – hazırda
Cildlər23 (cild siyahısı)
Anime
RejissorKotono Vatanabe
SsenaristYosuke Kuroda
BəstəkarKeyci İnay
StudiyaMadhouse
Digər lisenziyalar
AVA
Hanabee
ŞA
Sentai Filmworks
BB
MVM Films
KanalTokyo MX, AT-X, SUN, KBS, TVA, BS11
Digər kanallar
CŞA
Animax Asia
Buraxılış tarixi4 oktyabr 2012 – 20 dekabr 2012
Vaxt23 dəq.
Seriyalar12 (seriya siyahısı)
  Anime və manqa portalı

Manqa seriyasının ilk 50 fəsli əsasında Madhouse studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir. Anime 2012-ci ilin 4 oktyabrından 20 dekabrına qədər yayımlanmışdır. Manqa seriyası Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.

Mündəricat

Məzmun

Ryota Sakamoto 22 yaşlı işsiz yapon gəncdir və Yukie adlı anası ilə yaşayır. O, "Btooom!" döyüş oyununun top oyunçularından biridir. Bir gün Ryota özünü uzaq tropik adada oyanır, bura kim tərəfindən gətirildiyini və necə düşdüyünü xatırlamır. Nə baş verdiyini öyrənməyə çalışan Ryota ətrafda gəzir və bir nəfəri görüb kömək istəyir, lakin yad adam ona bombalar atır. Ryota tezliklə başa düşür ki, həyatı təhlükədədir və sevimli oyununun real versiyasını oynamalıdır. Oyunda Ryota digər "Btooom!" oyunçusu Himiko ilə qarşılaşır. İkisi güclərini birləşdirib adada sağ qalmağa çalışırlar.

Personajlar

Əsas

Ryota Sakamoto (坂本 竜太, Sakamoto Ryōta?)
Səsləndirən: Kanata Honqo
Ryota "Btooom!" oyununun 4 ulduzlu elit oyunçusundan biridir. Oyuna anası tərəfindən namizəd göstərilib.
Himiko (ヒミコ?) / Emiliya (エミリア, Emiria?)
Səsləndirən: Suzuko Mimori
Himiko lisey tələbəsi və "Btooom!" oyunçusudur. Ryotanın oyundakı həyat yoldaşıdır. İlk qarşılaşdıqlarında bir-birilərini tanımırlar.

Rəqiblər

Kosuke Kira (吉良 康介, Kira Kōsuke?)
Səsləndirən: Miyuki Savaşiro
Kosuke Kira "Btooom!" oyunçularından biridir. Oyunun 3 ulduzlu oyunçusu olmağa and içib.
Masaşi Miyamoto (宮本 雅志, Miyamoto Masashi?)
Səsləndirən: Takaya Kuroda
Masashi "Btooom!" oyunçusu və müharibə veteranıdır.
Nobutaka Oda (織田 信隆, Oda Nobutaka?)
Səsləndirən: Yuiçi Nakamura
Oda ən təhlükəli "Btooom!" oyunçularından biridir.
Masahito Date (伊達 雅仁, Date Masahito?)
Səsləndirən: Ken Narita
Masahito Şiki Murasaki ilə eyni xəstəxanada işləyən həkim olub.
Kiyoşi Tayra (平 清, Taira Kiyoshi?)
Səsləndirən: Toru Okava
Kiyoşi "Btooom!" oyunçularından biridir və Kansay dialektində danışır.
Hidemi Kinoşita (木下 秀美, Kinoshita Hidemi?)
Səsləndirən: Yoko Hikasa
Hidemi lovğa "Btooom!" oyunçusudur. Nobutaka onu tərk edənə qədər onunla birlikdə döyüşür.
Yoşiaki İmaqava (今川 義昭, Imagawa Yoshiaki?)
Səsləndirən: Toru Nara
Yoşiaki "Btooom!" oyunçusudur. Ryotanı sıxışdırmaq və izləmək istəyəndə onun tərəfindən öldürülür.
Soyçi Natsume (夏目 壮一, Natsume Sōichi?)
Səsləndirən: İssey Futamata
Vəkildir.
Yoşihisa Kira (吉良 義久, Kira Yoshihisa?)
Səsləndirən: Hisao Egawa
Yoşihisa "Btooom!" oyunçularından biri və Kosuke Kiranın atasıdır. Oğlu tərəfindən öldürülür.
Mitsuo Akeçi (明智 光男, Akechi Mitsuo?)
Səsləndirən: Yasuhiro Mamiya

Digər

Şiki Murasaki (村崎 志紀, Murasaki Shiki?)
Səsləndirən: Rica Fukami
Oyunun əvvəlki versiyasını oynamış qadındır. Artıq bir ildən çoxdur ki, bu adada yaşayır.
İsamu Kondo (近藤 勇, Kondō Isamu?)
Səsləndirən: Yasumiçi Kuşida
Kondo "Btooom!" oyunçularından biridir.
Misako Hoco (北条 美沙子, Hōjō Misako?)
Səsləndirən: May Todo
Misako "Btooom!" oyunçusudur. Nobutaka Oda tərəfindən öldürülür.
Tsuneaki İida (飯田 恒明, Iida Tsuneaki?)
Səsləndirən: Cunpey Asaşina
Ryotanın Tyrannos Japan-da işləyən senpayıdır.
Yukie Sakamoto (坂本 幸恵, Sakamoto Yukie?)
Səsləndirən: Ayumi Kida
Ryotanın anasıdır.
Hisanobu Sakamoto (坂本 久信, Sakamoto Hisanobu?)
Səsləndirən: Mitsuaki Madono
Ryotanın ögey atasıdır.
Yoşioka (吉岡?)
Səsləndirən: Hiroyuki İvasaki
Himikonun tanıdığı və güvəndiyi gənc şəxsdir. Musiqi qrupunun üzvü olub və Himikonu dostlarını evə gətirməsi üçün aldadıb.
Miho (ミホ?)
Səsləndirən: Şiori Mikami
Himikonun keçmiş ən yaxşı dostudur.
Arisa (アリサ?)
Səsləndirən: Noriko Ueda
Himikonun keçmiş dostudur.
Yuki (ユキ?)
Səsləndirən: Yukiyo Fucii
Himikonun keçmiş dostudur.

Media

Manqa

Cunya İnoenin müəllifi olduğu manqa seriyası 2009-cu ildə Shinchosha nəşriyyatının "Weekly Comic Bunch" jurnalında nəşr olunmağa başlamışdır. 2011-ci ildə isə "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır. Jurnalın 2014-cü ilin may buraxılışında (20 martda buraxılıb) 21 aprel 2014-cü ildə buraxılacaq iyun buraxılışında manqanın final arkına daxil olacağı açıqlanmışdır.

Shinchosha nəşriyyatı tərəfindən 23 tankobon cildi buraxılmışdır. Həmçinin manqa Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.

Cild siyahısı

№Yapon versiyasının nəşr tarixiYapon ISBNİngilis versiyasının nəşr tarixiİngilis ISBN
1 9 oktyabr 2009978-4-10-771516-626 fevral 2013 ISBN 978-0-316-23267-8
2 9 yanvar 2010978-4-10-771537-128 may 2013 ISBN 978-0-316-24534-0
3 8 may 2010978-4-10-771563-020 avqust 2013 ISBN 978-0-316-24535-7
4 9 oktyabr 2010978-4-10-771593-719 noyabr 2013 ISBN 978-0-316-24536-4
5 9 iyun 2011978-4-10-771622-418 fevral 2014 ISBN 978-0-316-24542-5
6 9 sentyabr 2011978-4-10-771633-027 may 2014 ISBN 978-0-316-24543-2
7 7 yanvar 2012978-4-10-771647-726 avqust 2014 ISBN 978-0-316-24544-9
8 8 iyun 2012978-4-10-771665-118 noyabr 2014 ISBN 978-0-316-33623-9
9 7 sentyabr 2012978-4-10-771680-424 fevral 2015 ISBN 978-0-316-33625-3
10 9 yanvar 2013978-4-10-771693-419 may 2015 ISBN 978-0-316-38047-8
11 9 may 2013978-4-10-771708-518 avqust 2015 ISBN 978-0-316-25885-2
12 9 sentyabr 2013978-4-10-771718-417 noyabr 2015 ISBN 978-0-316-33957-5
13 9 yanvar 2014978-4-10-771733-723 fevral 2016 ISBN 978-0-316-33966-7
14 9 may 2014978-4-10-771746-719 iyul 2016 ISBN 978-0-316-27059-5
15 9 sentyabr 2014978-4-10-771773-315 noyabr 2016 ISBN 978-0-316-50281-8
16 9 yanvar 2015978-4-10-771794-821 fevral 2017 ISBN 978-0-316-50283-2
17 9 may 2015978-4-10-771819-823 may 2017 ISBN 978-0-316-50285-6
18 9 sentyabr 2015978-4-10-771843-322 avqust 2017 ISBN 978-0-316-50287-0
19 9 yanvar 2016978-4-10-771871-614 noyabr 2017 ISBN 978-0-316-41278-0
20 9 may 2016978-4-10-771895-2——
21 9 sentyabr 2016978-4-10-771918-8——
22 7 yanvar 2017978-4-10-771949-2——
23 9 may 2017978-4-10-771980-5——

Anime

Madhouse studiyası tərəfindən anime adaptasiyasının çəkiləcəyi 2012-ci ilin iyununda açıqlanmışdır. 12 seriyalıq anime serialı Yaponiyada 4 oktyabr 2012-ci ildən 20 dekabr 2012-ci ilə kimi göstərilmişdir. Bundan əlavə anime Crunchyroll vasitəsilə Şimali Amerika, Böyük Britaniya, İrlandiya, Avstraliya, Yeni Zelandiya, Skandinaviya, Niderland və CAR-da yayımlanmışdır. Anime 2013-cü ildə Sentai Filmworks tərəfindən Şimali Amerikada buraxılmışdır. Açılış mahnısı Nano tərəfindən ifa olunan "No pain, No game" mahnısı, bağlanış mahnısı isə May'n tərəfindən ifa olunan "Aozora" (アオゾラ?) mahnısıdır. Anime manqa seriyasının ilk 50 fəslini əhatə edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, btooom! sözünün mənası, btooom! haqqında məlumat. btooom! nədir? btooom! nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Vitim çayı

  • Mart 06, 2026

    Almaxanım Əhmədli

  • Mart 01, 2026

    ABD Malik

  • Fevral 24, 2026

    Orhus

  • Fevral 27, 2026

    Əjdaha dağları

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst