Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Broun hərəkəti – maye və qazda asılı halda olan və görünən mikroskopik hissəciklərin istilik hərəkətinin riyazi ifadəsidir. Nizamsız və ya xaotik hərəkət edən m

Broun hərəkəti

  • Ana Səhifə
  • Vikipediya
  • Broun hərəkəti

Broun hərəkəti – maye və qazda asılı halda olan və görünən mikroskopik hissəciklərin istilik hərəkətinin riyazi ifadəsidir. Nizamsız və ya xaotik hərəkət edən molekullar Broun hissəciklərinə hər tərəfdən zərbələr endirir. Bu zərbələr bir-birini tarazlaşdırmır. Yekun zərbə qüvvəsi hissəciyin nizamsız hərəkətinə səbəb olur. Broun hərəkəti heç vaxt kəsilmir. Temperatur artdıqca Broun hərəkəti daha da intensivləşir. Broun hissəciklərinin ölçüsü təqribən 1 mikro metr (mkm)-dir.

Molekullarda nizamsız Broun hissəciklərinin istilik hərəkəti

Mündəricat

Broun hərəkətinin kəşfi

Broun hərəkətinin ikiölçülü təsviri

Broun hərəkəti ilk dəfə 1827-ci ildə İngilis botaniki və ya "Botaniklər knyazı" ləqəbi ilə tanınan Robert Broun tərəfindən kəşf edilmişdir. Robert Broun hərəkətini ilk dəfə bitkilərin tozcuğunda tapmışdır. Robert bu hərəkəti mikroskop altında "Clarkia pulchella" bitkisinin çiçək tozunda müşahidə etmişdir. Sonradan Broun hərəkətini başqa alimlərdə müşahidə etmişdir. Əslində, Broun hərəkəti 1670-ci ildə Holland botaniki Antoni van Levenhuk tərəfindən müşahidə edilmişdir. Lakin mikroskop altında bu hərəkət yaxşı müşahidə edilmirdi. Bu səbəbdən Holland alimi Antoni van Levenhuk bu hərəkəti izah edə bilməmişdi. Eynilə bu hərəkəti 1785-ci ildə Holland fiziki və ingilis fiziki, həmçinin, kimyaçısı Yan İnhenhaus spirtin içində müşahidə etmişdir. Broun hərəkəti haqqında tam nəzriyyə ilk dəfə 1905-ci ildə Alman fiziki Albert Eynşteyn, 1906-cı ildə isə polşa fiziki Marian Smulxovski tərəfindən verilmişdir.

Broun hərəkəti haqqında nəzəriyyə

Broun hərəkəti haqqında nəzəriyyəni ilk dəfə 1905-ci ildə Alman fiziki Albert Eynşteyn açmışdır. Albert Eynşteyn sferik Broun hissəciklərinin diffuziya faktoru üçün aşağıdakı düsturu təklif etmişdir: D = R T 6 N A π a ξ , {\displaystyle D={\frac {RT}{6N_{A}\pi a\xi }},} {\displaystyle D={\frac {RT}{6N_{A}\pi a\xi }},}

Broun hərəkətinin eksperimental kəşfi

Albert Eynşteynin sferik Broun hissəciklərinin diffuziya faktoru üçün təklif etdiyi düsturu ilk dəfə Fransız alimi Jan Perren və onun tələbələri tərəfindən 1908–1909-cu illərdə sübut edilmişdir.

Həmçinin bax

  • Robert Broun
  • Broun ağacı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Broun hərəkəti haqqında məlumat. Broun hərəkəti nədir? Broun hərəkəti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səid Nəfisi

  • Fevral 27, 2026

    2000-ci illər

  • Fevral 27, 2026

    Nyu Cersi

  • Fevral 27, 2026

    İt davası

  • Fevral 27, 2026

    Fiume kronu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst