Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Branimir Subaşiç (serbcə: Branimir Subašić; d. 7 aprel 1982, Belqrad) — serb əsilli Azərbaycan futbolçusu, Türkiyənin Manisaspor və Azərbaycan milli futbol koma

Branimir Subaşiç

  • Ana Səhifə
  • Vikipediya
  • Branimir Subaşiç

Branimir Subaşiç (serbcə: Branimir Subašić; d. 7 aprel 1982, Belqrad) — serb əsilli Azərbaycan futbolçusu, Türkiyənin Manisaspor və Azərbaycan milli futbol komandasının hücumçusu.

Branimir Subaşiç
Ümumi məlumatlar
Ləqəbi Bane
Doğum tarixi 7 aprel 1982 (43 yaş)
Doğum yeri Belqrad, YSFR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Serbiya Serbiya
Boyu 182 sm
Çəkisi 75 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub Türkiyə Manisaspor
Nömrəsi 9
Karyerası
Klub karyerası
1997—2002 Yuqoslaviya Jeleznik 9 (0)
2002 → Serbiya Sremçitsa 6 (2)
2002—2003 Belçika Ostende 14 (3)
2003 Fransa Bove Uaz 5 (1)
2003—2005 Ukrayna Çernomorets Odessa 7 (1)
2005 → Rusiya Amkar Perm 6 (1)
2005—2008 Azərbaycan Neftçi Bakı 65 (31)
2008 Serbiya Srvena Zvezda 14 (4)
2009 → Çin Çançun Yatay 24 (3)
2010—2011 Azərbaycan Qəbələ 19 (2)
2011—2013 Azərbaycan Xəzər-Lənkəran 51 (14)
2013 Azərbaycan Qarabağ 8 (1)
2013—2014 Türkiyə Orduspor 34 (9)
2014— Türkiyə Manisaspor 14 (2)
Milli yığma
2007—2013 Azərbaycan Azərbaycan 40 (7)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 12 dekabr 2014 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 31 may 2014 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Branimir Subaşiç 7 aprel 1982-ci ildə Belqradda dünyaya gəlib. 1.80 metr boyu olan forvard karyerasına vətənində — "Zeleznik"də başlayıb. 1998–2000-ci illərdə bu klubun əsas komandasında 10 oyuna çıxıb. 2002-ci ildə "Sremcika"ya icarəyə verilib. "Bane" ləqəbli futbolçu bu komandada 6 oyunda 2 qol vurub. 2002/2003 mövsümündə Belçikanın "KV Oostende" klubunda 14 oyunda 3 dəfə rəqib qapıçıları məyus edib. 2003-cü ildə Fransaya yollanan Branimir "Beauvais Oise"lə anlaşıb. Bu komandada 5 oyuna 1 qol vurduqdan sonra Ukraynaya üz tutub. 2003/05 mövsümlərində "Çernomorets"də 7 oyun keçirib. Bu müddətdə bir qol vuran Subaşiç 2005-ci ili Rusiyanın "Perm" klubunda keçirib. 6 oyunda meydana çıxıb bir qol vuran forvard 2005-ci ildə Azərbaycana gəlib. Onun karyerasının ən parlaq dövrü də məhz ölkəmizlə bağlıdır. Belə ki, 2008-ci ilədək Bakıda qalan "Bane" "Neftçi"də keçirdiyi 65 oyunda 31 qola imza atıb. Bu müddətdə bir dəfə "Birlik Kuboku"nin qalibi olub (2006), bir dəfə turnirin finalında oynayıb, bir dəfə Azərbaycan çempionatının gümüş (2006/07), iki dəfə isə (2005/06, 2007/08) bürünc medal qazanıb.

2008-ci ildə nəhayət Subaşiçin uşaqlıq arzusu həyata keçdi. Uşaq vaxtından "Srvena Svezda"nın şərəfini qorumaq istəyən "Bane" Belqrad təmsilçisi ilə anlaşdı. 11 oyunda meydana çıxıb, 3 qol vurduqdan sonra isə işləri tərs getməyə başladı. "Srvena Svezda"dakı baş məşqçi dəyişikliyi Subaşiçin bu komandadan ayrılması iıə nəticələndi. O, 2009-cu ili Çinin "Çançun Yatay" klubunda icarə əsasında keçirdi. Çin çempionatında meydana çıxdığı 24 oyunda 3 qol vurdu və gümüş medal qazandı. Daha sonra Branimir Serbiyaya qayıdır, lakin əsas heyətə düşə bilmir. Bundan sonra Branimir Azərbaycana qayıdır və 2010-cu ildə Qəbələ futbol klubu ilə 1 illik müqavilə imzalayır. Branimir mövsümə yaxşı başlayır. "Qarabağ" və "Bakı" klubları ilə oyunlarda qol vurur, lakin sonradan Branimir əsas heyətdən kənarda qalır və daha 9 futbolçu ilə birlikdə komandanı tərk edir. 2011-ci ildə Xəzər-Lənkəran klubu ilə 1,5 illik müqavilə bağlayıb. 2011/2012 mövsümündə Xəzər-Lənkəran premyer-liqada 2-ci yeri tutur və gümüş mükafatlara layiq görülür. 2013-cü ildə Branimir Subaşiçin müqaviləsi başa çatır və o Xəzər-Lənkəran klubu ilə yollarını ayırır. Daha sonradan 2013-cü ilin fevral-may aylarında Subaşiç Qarabağın heyətində çıxış edir və Premyer Liqanın gümüş medallarına sahib olur. 2013-cü ilin 18 iyun tarixində Branimir Subaşiç Türkiyənin PTT1 liqasında çıxış edən Orduspor klubuna transfer olunur.

Millidə oyunu

2007-ci ildən millimizə çağırılan Branimir Subaşiç 2009-cu ilə qədər qədər 26 oyunda milli formanı geyininb və 6 qola imza atıb, lakin Serbiyaya gedişindən sonra Branimir milli komandada çıxış etməkdən imtina edib. Azərbaycana qayıdışdan sonra Branimir yenidən Azərbaycan milli komandasının şərəfini qorumaq istədiyini bildirib. 2011-ci ildə Monteneqro millisi ilə oyunda Berti Foqts Branimiri yenidən millinin məşqlərinə dəvət etdi. Sentyabr ayında Belçika və Qazaxıstan ilə keçirilən oyunlarda meydana qayıtmışdı.

Şəxsi həyatı

Branimir Subaşiç 2010-cu ildə evlənib. Bir qızı var.

Uğurları

Azərbaycan Premyer Liqası
  • İkinci yer (3): 2012/2013, 2011/2012, 2006/2007
  • Üçüncü yer (2): 2007/2007, 2005/2006

Çin Superliqası

  • İkinci yer – 2009

Birlik kuboku

  • Birinci yer – 2006

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, branimir subaşiç sözünün mənası, branimir subaşiç haqqında məlumat. branimir subaşiç nədir? branimir subaşiç nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Annotasiya

  • Fevral 27, 2026

    Mikena mədəniyyəti

  • Fevral 27, 2026

    Eratosfen

  • Fevral 27, 2026

    E.ə. 34

  • Mart 01, 2026

    Emulqator

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst