Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bozdağ silsiləsi – Azərbaycan Respublikasında dağ silsiləsi. Acınohur ön dağlığının (Böyük Qafqaz) cənub hissəsi. Qanıxçayın (Alazançay) mənsəb hissəsindən başl

Bozdağ silsiləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Bozdağ silsiləsi

Bozdağ silsiləsi – Azərbaycan Respublikasında dağ silsiləsi. Acınohur ön dağlığının (Böyük Qafqaz) cənub hissəsi. Qanıxçayın (Alazançay) mənsəb hissəsindən başlayıb cənub-şərq istiqamətində Girdimançayadək davam edir. Uzunluğu təqribən 150 km, hündürlüyü təqribən 500 m-dir.

Bozdağ silsiləsi
Bozdağ silsiləsi (solda) və Mingəçevir su anbarı
Bozdağ silsiləsi (solda) və Mingəçevir su anbarı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 520 m
Uzunluğu 150 km
Yaranma dövrü Neogen və Antropogen
Süxurları gil, qum, qumdaşı
Yerləşməsi
40°50′ şm. e. 46°45′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Bozdağ silsiləsi xəritədə
Bozdağ silsiləsi
Bozdağ silsiləsi

Mündəricat

Geoloji quruluşu

Silsilə Mingəçevir su anbarının sağ sahili ilə qərbdən şərqə uzanır. O, Mingəçevir şəhərində Kür çayı tərəfindən kəsilərək, iki hissəyə ayrılmışdır. Bozdağ silsiləsinə Qocaşen, Axar-Baxar, Arçandağ, Surxayxan silsilələri və Göy-çay tirəsi daxildir. Bozdağ silsiləsinin ən uca zirvəsi Babaeldağ ilə Qazanlı dağı arasında yerləşmiş 520 m-lik adsız zirvədir. Neogen və Antropogen sistemlərinin gil, qum, qumdaşı, konqlomerat və s. süxurlarından ibarətdir. Tikinti materialları var. Neft və qaz yataqları aşkar edilmişdir.

Coğrafiyası

Bozdağ silsiləsi Əlicançay, Türyançay, Göyçay və Dəvəbatançay çaylarının dərələri ilə kəsilmişdir. Dərə və yarğanlarla parçalanmış cənub yamacları dik və sıldırımlıdır. Qocaşen-Göyçay silsiləsindən cənubda, Girdimançayın cənub axınında Qaraməryəm tirəsi uzanır. Tirənin cənub yamacı çox, şimal yamacı isə az meyillidir. Ən uca zirvəsi Çərmədin dağıdır (350 m). Girdimançay aşağı axında beşə qədər qola ayrılaraq tirəni ayrı-ayrı hissələrə parçalayır.

Torpaq və bitki örtüyü

Silsilənin hər iki yamacında yararsız sahələr geniş yayılmışdır. Silsilədə (xüsusilə cənub yamacında) yararsız torpaq (bedlənd) sahələri çoxdur. İllik yağıntı təqrribən 450 mm-dir. Bitki örtüyü zəif inkişaf etmişdir. Yovşan, şoranotu, müxtəlif otlar, arid meşələrdə ardıc (arçan), yabanı püstə, nar, qaratikan və s. bitir. Yarımsəhra, quru çöl, arid meşə və kolluq landşaftı var. Bəzi yerlərindən qış otlağı kimi istifadə olunur. Şimal yamaclarında taxıl, üzüm, meyvə yetişdirilir. Arçandağda Türyançay Dövlət Təbiət Qoruğu yaradılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bozdağ silsiləsi haqqında məlumat. Bozdağ silsiləsi nədir? Bozdağ silsiləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kürdüstan (ostan)

  • Fevral 25, 2026

    Deni Didro

  • Fevral 27, 2026

    İspaniya Kuboku

  • Fevral 27, 2026

    Məryəm Sultan

  • Fevral 24, 2026

    Nizə

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst