Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Boyəhmədli — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd.

Boyəhmədli (Ağdam)

  • Ana Səhifə
  • Vikipediya
  • Boyəhmədli (Ağdam)

Boyəhmədli — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd.

Boyəhmədli
40°07′51″ şm. e. 46°51′46″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 81 nəf. (2005)
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ0200
Nəqliyyat kodu 02
Digər
iəd statistik kodu 60905005
iəv statistik kodu 60905018
Xəritəni göstər/gizlə
Boyəhmədli xəritədə
Boyəhmədli
Boyəhmədli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənd 1993-ci il iyunun 26-da Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Mündəricat

Tarixi

Boyəhmədli Azərbaycan Respublikasının Ağdam rayonunda kənddir; rayon mərkəzindən 17 km. şimalda, Qabartı çayının hər iki sahilində, Qarabağ dağ silsiləsinə aid olan Qaraman dağının şərq ətəyində və Qarabağ düzündədir. İqlimi isti, quru subtropikdir. Boyəhmədli, Qarabağın füsünkar dağətəyi kəndlərindən biridir, onun gözəlliyi bədii ədəbiyyatda da öz əksini tapıbdı. Naxçıvan MR Culfa rayonunda da Boyəhmədli adlı kənd var.

1930-cu ilə qədər Boyəhmədli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.

Mədəniyyəti

Boyəhmədli, Qızıllı Kəngərli və Salahlı Kıngərli kəndlərinin arasında ilk tunc dövrünə aid olan Boyəhmədli kurqanları(80-ə yaxın kurqan) var. Kəndin şimalında Papravənd – Boyəhmədli kurqanları, cənubunda isə ilkin orta əsrlərə aid Gavurqala yaşayış yeri və Daş qutusu nekroloqu mövcuddur. Kəndin özündə XIX əsrə aid olan məscid var. İşğala qədər Boyəhmədli kəndində uşaq bağçası, kitabaxana, tibb məntəqəsi, rabitə şöbəsi, müxtəlif ticarət-iaşə obyektləri, şərab zavodu və orta məktəb var idi. Boyəhmədli kənd orta məktəbi XX əsrdə Ağdam rayonu camaatının maariflənməsində böyük rol oynayıb. O vaxt heç də hər kənddə orta məkəb yox idi, ona görə də ətraf kəndlərin uşaqlar bəzən dörd-beş km. yol qət edərək gəlib Boyəhmədli məktəbində təhsil alırdılar. Boyəhmədli orta məktəbi tarixə “yeddi kəndin məktəbi” kimi düşüb.

Əhalisi

İşğaldan əvvəl Boyəhmədli kəndində 1613 nəfər əhali yaşayırdı. Əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılq və üzümçülük idi.

Tanınmış şəxsiyyətləri

  • Göyüşov Ziyəddin Bahadur oğlu — tanınmış filosof, akademik,
  • Göyüşov Rəşid Bahadur oğlu — tarix elmləri doktoru, professor.

Coğrafiyası və iqlimi

Dağlar

Boyəhmədli Ağdam rayonunun Boyəhmədli kəndi yaxınlığında dağ. Hündürlüyü 386 m. Etnotoponimdir.

İstifadə olunan ədəbiyyat

  • Azərbaycan Sovet Ensiklopediyası – 1978-ci il, II cild,
  • Azərbaycan Milli Ensiklopediyası – 2013-cü il, VI cild,
  • Baxşeyiş Abbasoğlu, “Ağdam ağrıları”ı – 2003-cü il.
  • Ramiz Abbaslı “Yedddi kəndin məktəbi”ı – 1996-cı il.
  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, boyəhmədli (ağdam) sözünün mənası, boyəhmədli (ağdam) haqqında məlumat. boyəhmədli (ağdam) nədir? boyəhmədli (ağdam) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Zakir Abdullayev

  • Mart 06, 2026

    Koloss (personaj)

  • Mart 01, 2026

    Kosmos tortu

  • Fevral 27, 2026

    Həşr surəsi

  • Fevral 23, 2026

    V Murad

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst