Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abdullayev Zakir Bunyat oğlu (1937, Qaracəmirli, Şamxor rayonu – 26 fevral 2025, Bakı) — geologiya-mineralogiya üzrə elmlər doktoru.

Zakir Abdullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Zakir Abdullayev

Abdullayev Zakir Bunyat oğlu (1937, Qaracəmirli, Şamxor rayonu – 26 fevral 2025, Bakı) — geologiya-mineralogiya üzrə elmlər doktoru.

Zakir Abdullayev
Abdullayev Zakir Bunyat oğlu
Doğum tarixi 1937(1937)
Doğum yeri
  • Qaracəmirli, Şamxor rayonu, Azərbaycan
Vəfat tarixi 26 fevral 2025(2025-02-26) (87–88 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elmi dərəcəsi geologiya-mineralogiya üzrə elmlər doktoru
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları "Tərəqqi" medalı

Mündəricat

Həyatı

Abdullayev Zakir Bunyat oğlu 1937-ci ildə Azərbaycanın Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuşdur. 1959-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1959-1962-ci illərdə Azərbaycan SSR-nin Nazirlər Soveti yanında Geologiya İdarəsində işləmişdir. 1962-ci ildə Azərbaycan SSR EA Kimya İnstitutunun aspiranturasına daxil olur və "Geokimya" İnstitutuna (Moskva ş.) göndərilir. 1968-ci ildə "Kiçik Qafqazın ultraəsasi süxurlarında dəmir fəsiləsi elementlərinin geokimyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-ci ildən 2003-cü ilə qədər Azərbaycan MEA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) "Nadir elementlərin geokimyası" sektoruna rəhbərlik etmişdir. 1992-ci ildə "Kiçik Qafqazın ofiolit assosiasiyasının, bazit-hiperbazit kompleksi" (petrokimya, geokimya və filizliliyin geokimyəvi kriteriləri) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

26 fevral 2025-ci ildə vəfat etmişdir.

Elmi fəaliyyəti

O, petrologiya və maqmatik proseslərin geokimyası sahəsində görkəmli mütəxəssisdir. Onun elmi fəaliyyəti ofiolit assosiasiyasının bazit-hiperbazit kompleksinin və onlardan törənən məhsulların petroloji-geokimyəvi xüsusiyyətlərinin və filizliliyinin tədqiqi ilə bağlıdır. Onun tərəfindən ilk dəfə olaraq bu süxur kompleksinin heterogenliyi müəyyən edilmiş, təsnifatı verilmiş, filizliliyinin geokimyəvi kriterisi işlənib hazırlanmış, nadir elementlərin tapılma formaları təyin olunmuş, hiperbazitlərin serpentinləşmə və listvenitləşməsi zamanı kimyəvi elementlərin miqdari dəyişməsinin təyini üzrə tədqiqatlar aparılmışdır. O, həmçinin Saatlı ən dərin quyusunun açılmış süxurlarında nadir elementlərin yayılmasının qanunauyğunluğunu müəyyən etmişdir. Son illər odadavamlı materiallar əldə etmək məqsədilə seolitəbənzər adsorbentlər və xammal almaq üçün serpentinitlərə perlitin əlavə edilməsi yolu ilə termik və hidrotermal çevrilmələri üzrə təcrübələr aparır.

Z.B.Abdullayevin 140-ə yaxın elmi məqaləsi və 3 monoqrafiyası dərc olunmuşdur.

Təltif və mükafatları

  • "Tərəqqi" medalı ilə təltif olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zakir abdullayev sözünün mənası, zakir abdullayev haqqında məlumat. zakir abdullayev nədir? zakir abdullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Animasiya studiyası

  • Fevral 27, 2026

    Dananq

  • Fevral 27, 2026

    Rondeletiidae

  • Fevral 25, 2026

    Tutuquşu

  • Fevral 27, 2026

    Avstraliya dilləri

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst