Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Borsunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd.

Borsunlu (Goranboy)

  • Ana Səhifə
  • Vikipediya
  • Borsunlu (Goranboy)

Borsunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd.

Borsunlu
40°39′06″ şm. e. 46°39′44″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 199 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 3.352 nəf. (2009)
Xəritəni göstər/gizlə
Borsunlu xəritədə
Borsunlu
Borsunlu

Borsunlu regionun qədim yaşayış məskənlərindən biridir. Borsunlu Bələdiyyəsinə, Borsunlu və Qazaxlar kəndləri daxildir. Bu mahalda erkən orta əsrlərdə hun tayfalarından bir hissə də yaşamışdır. Borsunlu "Boris hunlu", yəni "Boris mahalında yaşayan hunlar" mənasındadır. Əslində Borsunlu coğrafi adı Azərbaycanda indiyədək hun etnonimini saxlamış yeganə toponimdir. 1804-cü il tarixli Gəncəbasarın kameral təsvirində 18 ev olmaqla Borsunlu kimi qeydə alınmışdır. Bəziləri kəndin əsasının Gürcüstanın Bolnis rayonundan, digərləri Tərtər rayonunun Borsunlu kəndindən, bir qismi isə XVIII əsrdə qazax zonasından gələnlər tərəfindən qoyulduğunu göstərir. Ola bilsin ki, kəndin adı xəzərlərin borsula tayfasının adı ilə bağlıdır. IV-V əsrlərdə Xəzər dənizinin şimal-qərb sahilində yaşayan türkdilli tayfa olan barsillər (bersillər, basillər, barseltlər) etnik və dil cəhətdən bulqarlar, savirlər və avarlarla yaxın olmuşdur. Borsunlu kəndinin adını həm həmin tayfa ilə, həm də "bol sulu", "boru ilə su gətirilən yer" sözləri ilə bağlayırlar. Bəzi kənd ağsaqqallarının dediyinə görə indiki Türkiyənin Bursa vilayətindən olub məskunlaşan "bursalılar" ola bilər. Kənd əhalisinin işlətdiyi bəzi köhnəlmiş sözlər qədim türk sözləridir.

Borsunlu kəndində aşağıdakı nəsillər var: Hüseynovlar, Abbasqulular, Boyaqçılar, Hümmətlər, Göygəzalılar, Oruclar, Cırdaxanlılar (Tikqaşlılar), Aslanlar, Məşədi Qurbanlar (ilkin), Rəfililər, Məşədi Bayramlar, Rüstəmli, Bəylik Çopurlu,Hacıməmmədlilər, Nağdalılar, Nağılar, Ayağıyalınlılar. Hacı Həsən, Mikayıl Rəfili, Məşədi Saleh, Məşədi Həbibə Qurban qızı Borsunludandır.

Mündəricat

Toponimikası

Borsunlu kəndi Gəncə-Qazax düzənliyindədir. Yerli əhali tərəfindən Borsunnu kimi tələffüz olunur və belə bir məlumat verilir ki, guya vaxtilə Türkiyə ərazisində mövcud olmuş Borus mahalından gələnlər bu kəndi binə etmişlər. Türkiyənin Diyarbəkir əyalətində Borsunqala adlı kənd də qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, kəndin adı türkdilli barsil tayfasının adı ilə bağlıdır. V-VIII əsrlərə aid mənbələrin məlumatına görə, IV əsrdən Xəzər dənizinin şm.-q. sahillərində yaşayan və Xəzər xaqanlığının siyasi həyatında nıühüm rol oynayan barsilərin bir qismi sonralar Azərbaycana köçmüş, Kür çayı boyunca Aranda məskunlaşıb əkinçilik və maldarlıqla məşğul olmuşlar.

Mədəniyyəti

Kənddə 2 orta məktəb, 2 uşaq bağçası və musiqi məktəbi, rabitə şöbəsi, avtomat telefon stansiyası fəaliyyət göstərir. Orta əsr yaşayış yeri olan Kərpicli yaşayış yeri, məscid, Rəfiyevlərin evi, türbələr, kəndin şərqində Kilsə dərəsində küp qəbirlər var. Kənddə Rəfiyevlərin pambıqtəmizləmə zavodu olmuşdur.

Coğrafiyası və iqlimi

Bakı-Qazax avtomobil yolunun üstündə yerləşir. Bakıdan 343 km, rayon mərkəzindən 16 km qərbdə, Bakı-Tbilisi dəmir yolundan 3 km aralı, Gəncə-Qazax düzənliyindədir. Yevlax-Qazax şose yolunun iki hissəyə böldüyü kənd, şimal-şərqdən rayonun Qazaxlar, cənubdan Qazanbulaq, şimal-qərbdən Nadirkənd kənd ilə həmsərhəddir. Sahəsi 2781 ha-dır.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3352 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyəti bitkiçilik və heyvandarlıqdır. Taxıl, tərəvəz və bostan bitkiləri, yem bitkiləri və meyvəçilik bitkiçilikdə əsas sahələri təşkil etməkdədir.

Kənddə Borsunlu kənd məscidi dini icması fəaliyyət göstərir.

Qalereya

  • Borsunlu kəndi
    Borsunlu kəndi
  • Şəhid Qurbanov Cahangirin evi
    Şəhid Qurbanov Cahangirin evi
  • Borsunlu kəndi
    Borsunlu kəndi
  • Borsunlu kəndi
    Borsunlu kəndi
  • Borsunlu Petrol Station
    Borsunlu Petrol Station

Həmçinin bax

  • Goranboy rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Borsunlu (Goranboy) haqqında məlumat. Borsunlu (Goranboy) nədir? Borsunlu (Goranboy) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yəhudi dini

  • Fevral 27, 2026

    Dövlət ateizmi

  • Fevral 25, 2026

    Kenzo Tanqe

  • Fevral 27, 2026

    Etrusk dili

  • Fevral 27, 2026

    Türkman (etnonim)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst