Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Boris Tadiç (serb. Борис Тадић; 15 yanvar 1958, Sarayevo) — Serb siyasətçidir. O, 2004-2014-cü illər arasında Serbiya Demokrat Partiyasının, 2004-2012-ci illər

Boris Tadiç

  • Ana Səhifə
  • Vikipediya
  • Boris Tadiç

Boris Tadiç (serb. Борис Тадић; 15 yanvar 1958, Sarayevo) — Serb siyasətçidir. O, 2004-2014-cü illər arasında Serbiya Demokrat Partiyasının, 2004-2012-ci illər arasında isə Serbiya Respublikasının prezidenti olmuşdur.

Boris Tadiç
serb. Борис Тадић
Serbiya Respublikasının Prezidenti
11 iyul 2004 – 5 aprel 2012
ƏvvəlkiPredraq Markoviç[d] (i. e.)
Milan Milutinoviç
SonrakıSlavika Cukic Deyanoviç (i. e.)
Tomislav Nikoliç
Şəxsi məlumatlar
Doğum tarixi 15 yanvar 1958(1958-01-15) (68 yaş)
Doğum yeri Sarayevo, Bosniya və Herseqovina, Yuqoslaviya Sosialist Federativ Respublikası
Fəaliyyəti siyasətçi, psixoloq
Dini şərqi ortodoks xristianlıq

Təltifləri "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı — 2010 "Serb Respublikası" ordeni — 2012
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boris Tadiç 2002-ci ildə Yuqoslaviya Federativ Respublikasının nəqliyyat naziri olmuşdur. Serbiya və Monteneqro parlamentində müdafiə naziri vəzifəsində fəaliyyət göstərmiş və elə həmin il parlamentin spikeri seçilmişdir.

Serbiya Demokrat Partiyasının Baş Assambleyasının katibi, idarə heyətinin vitse-prezidenti və vəkili, 2004-2014-cü illər arasında isə partiyanın sədri vəzifəsində fəaliyyət göstərmişdir.

O, 2004-cü ildə Serbiyada keçirilmiş olan prezident seçkilərinin birinci turunda 27,3% səslə qalib gəlmişdir. 27 iyun 2004-cü ildə keçirilmiş seçkilərin ikinci turunda isə rəqibi olan Tomislav Nikoliçə qalib gələrək Serbiya və Monteneqronun prezidenti seçilmişdir.

2012-ci il aprel ayının 5-də, prezident seçkilərinə bir il qalmış o, prezident postundan istefa verərək növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. 2012-ci il may ayının 6-da keçirilmiş prezident seçkilərinin birinci turunda 25,31% səs yığaraq birinci olmuşdur. O, prezident seçkilərinin ikinci raundunda isə rəqibi olan Tomislav Nikoliçlə növbəti dəfə mübarizə aparmalı olmuşdur. Seçkilərin ikinci turunda 47,31% səs əldə etmiş olsa da, onun rəqibi olan Tomislav Nikoliç 49,54% səs yığaraq birinciliyi əldə etmiş və Serbiyanın prezidenti seçilmişdir.

O, 2014-cü ildə Serbiya Demokrat Partiyasından istefa verərək, özünə Serbiya Yeni Demokrat Partiyası adlı yeni bir siyasi partiya yaratmışdır.

Boris Tadiç ingilis və bir azda fransız dilini bilir. Evlidir və iki övladı var.

Onun boyu 6 fut 2 düym (188 cm) təşkil edir.

Tadiç həyat yoldaşı və qızı ilə

Həmçinin bax

  • Sarayevo
  • Bosniya və Herseqovina
  • Yuqoslaviya Sosialist Federativ Respublikası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Boris Tadiç haqqında məlumat. Boris Tadiç nədir? Boris Tadiç nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Anna Nevil

  • Fevral 27, 2026

    Komnenos sülaləsi

  • Fevral 27, 2026

    Milçəklər (pyes)

  • Fevral 27, 2026

    G20

  • Fevral 27, 2026

    Orchideae

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst