Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsasını 1804–1814 və 1815-ci illərdə hakimiyyətdə olmuş I Napoleon qoymuşdur. 1852-ci ildə III Napoleon Bonapartın hakimiyyətini bərpa etmişdir. I Napoleon, Lüs

Bonapartlar

  • Ana Səhifə
  • Vikipediya
  • Bonapartlar

Bonapartlar (fr. Bonaparte, ital. uonaparte) – fransız imperatorları sülaləsi

Bonapartlar
Maison Bonaparte
Casa di Bonaparte
Ölkə
  •  Fransa
Banisi I Napoleon
Əsası qoyulub 1804-1815
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Əsasını 1804–1814 və 1815-ci illərdə hakimiyyətdə olmuş I Napoleon qoymuşdur. 1852-ci ildə III Napoleon Bonapartın hakimiyyətini bərpa etmişdir. I Napoleon, Lüsyen Bonapart istisna olmaqla bütün qardaşlarını fransız ordusunun işğal etdiyi və ya fransız işğalları nəticəsində yeni yaranmış dövlətlərə başçı təyin etmişdi: Jozef Bonapart (1768–1844) Neapol kralı və İspaniya kralı; Lui Bonapart (1778–1846) Hollandiya kralı; Jerom Bonapart (1784–1860) – Vestfaliya kralı olmuşdur. I Napoleonun bacıları: Eliza (1777–1820) – Lukka və Pyombino şahzadəsi, Toskana böyük hersoginyası; Polina (1780–1825) – Quastal hersoginyası (İtaliyada) 1806 ildən; Karolina (1782–1839), marşal Müratın (1808–1815-ci illərdə Neapol kralı) arvadı. I Napoleonun Mariya Luiza ilə nikahından olan oğlu, tərəfdarlarının II Napoleon adlandırdıqları Fransua Şarl Jozef Bonapart (1811–1832) Reyxştadt hersoqu olmuş, 1814-cü ildən babası Avstriya imperatoru I Fransın sarayında yaşamışdır; siyasi rol oynamamışdır. I Napoleonun qardaşı oğlu Lui Napoleon Bonapart (1808–1873) 1848-cü ilin dekabrında Fransa respublikasının prezidenti, 1852-ci ilin dekabrında III Napoleon adı ilə Fransa imperatoru olmuşdur. 1870-ci il 4 sentyabr inqilabı nəticəsində III Napoleon taxtdan salınmış və Bonapartlar sülaləsinin hakimiyyətinə son qoyulmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bonapartlar haqqında məlumat. Bonapartlar nədir? Bonapartlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 14, 2026

    Teymurilər sülaləsi

  • Fevral 28, 2026

    Su təchizatı

  • Fevral 27, 2026

    Protestantizm

  • Fevral 27, 2026

    Savə şəhristanı

  • Fevral 27, 2026

    Denticipitidae

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst