Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bolşevik — Şimal Torpağı arxipelaqına daxil adaların cənubunda yerləşir. Materikdən Vilkiç boğazı, Oktyabr İnqilabı adası ilə isə Şokalski boğazı vastəsi ayrılı

Bolşevik adası

  • Ana Səhifə
  • Vikipediya
  • Bolşevik adası

Bolşevik — Şimal Torpağı arxipelaqına daxil adaların cənubunda yerləşir. Materikdən Vilkiç boğazı, Oktyabr İnqilabı adası ilə isə Şokalski boğazı vastəsi ayrılır. Sahillərini Kara dənizi və Laptevlər dənizinin suları ilə yuyulur.

Bolşevik adası
rus. Большевик (остров)
Ümumi məlumatlar
Sahəsi 11 312 km²
Uzunluğu
  • 149 km
Eni 79 km
Hündür nöqtəsi 935 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
78°36′33″ şm. e. 102°55′41″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Krasnoyarsk diyarı
Arxipelaq
  • Şimal Torpağı
Akvatoriya
  • Şimal Buzlu okean
Bolşevik adası xəritədə
Bolşevik adası
Bolşevik adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Adanın sahəsi — 11 312 km² (Şimal Torpağı arxipelaqının 30,6 %), ən hüdür nöqtəsi — 935 m təşkil edir. Adanın cənubunda təpəli düzənliklər vardır ki, onun üzəri buzlaqlarla örtülüdür. Qalan hissə isə Tundra biktiləri ilə və Arktik səhralarla örtülüdür.

Dağlar və buzlaqlar

Adanın müəyyən hissəsi buzlaqlarla örtülüdür və onlara misal: Leninqradski, Semyon-Tyan-Şanski, Kropotkina, Muşketova və Aerosemki. Bolşevik adasında bütün Şimal Torpağında yerləşən ən qalın buzlağı (600 m) yerləşir. Buzlaqların çoxu dənizə çatmır.

Sahil xətti

Adanın sahilləri parçalıdır, xüsusi ilə şimalı seçilir. Ən iri körfəzi Axmatovdur. Adanın daxilinə doğru 60 km irəliləyir. Şimalında iki yarımada əmələ gətirir. Digər iri korfəzləri Mikoyana və Telman fiordu. Adanın cənubunda Taymır burnu yerləşir.

Göl və çayları

Adada olan göllər elə də böyük deyildir. Ən iri gölləri Studetoe və Spartakovskoe. Adadan çoxlu saylı çaylar axır və onların böyük qismi Kara dənizi, digərləri isə Lapteflər dənizinə axır. Oblara misal: Seraya, Obrıvistaya, Kamenka, Nora, Laqernaya, Qolişeva, Skalistaya, Razezdnaya və s.

Flora və fauna

Adada Kayrlar, Gümüşü qağayı, qütb qağayısı və s quş növlərinə rast gəlinir. Mövsümdən asılı olaraq Sapsan və qorumma altında olan Çəhrayı qağayı və Ağ qağayı. Adada ümumilikdə 15 növ quş yaşayır. Məməlilər: Ağ ayı, Şimal maralı, Lemminq, su samuru və canavar. Dağ yamaclarında — Qütb laləsi, Daşdələn, Qar daşdələni, Qütb söyüdü kimi bitkilər vardır. Əsasən Tundra bitkiləri üstünlük təşkil edir. İ.N.Safronovun məlumatına görə adada 66 növ bitki vardır.

Araşdırmalar

Bolşevik adası və bütün Şimal Torpağı arxipelaqının digər adaları 1913-cü ildə hidroqraf Boris Andreyeviç Vilkinskinin təmşkil etdiyi ekspedisiya zamanı kəşf edilir.

Bununla belə adaların araşdırılması ancaq 1930–1932-ci illərdə Nikolay Nikolayeviç Urvasev, Georgi Alekseyeviç Uşakovun, S.P.Juravleva və V.V. Xodovanın başçılıq etdiyi ekspedisiya zamanı baş verir.

1979–1983 illərdə adada geoloji axtarış işləri aparılır. Adada qızıl ehtiyatı aşkarlanır. 100 ton ehtiyatın olması ehtimal edilirdi. Studen çayı hövzəsində "Yenisey qızılı" adlı mədən istifadəyə verilir. Buradan 540 kq qızıl çıxarılır. Bu layihədə V. Q. Kuzmin, L.L. Stepanov, V. İ. Lazurenko və başqalarının böyük rolu olmuşdur.

1992-ci ildə C.Belikov, A.Volkov. V.Pridatko, V.Bulavinsev, N Safonova Bolşevik adasında və bütün Şimal Torpağında araşdırmaya başlayırlar. Bu ekspedisiyanın hədəfləri adaları bütünlüklə araşdırmaq olur. O zamana qədər adada aşkarlanmamış quş növləi müəyyənləşdirilir. Onlar arasında Ağ qağayı xüsisi ilə seçilir (Pagophila eburnea).

Adada iki qapalı qütb stansiyası fəaliyyət göstərir (Solneçnays cənub, Pesçanaya şimal). Prima stasiyasında aerodrom vardır.

  • Baranova burnu 79°21′34″ şm. e. 101°52′18″ ş. u.HGYO — 1986-cı ildə təşkil edilmiş və 2013-cü ildə bərpa edilib.
  • Solneçnaya 78°12′00″ şm. e. 103°16′30″ ş. u.HGYO — основана в 1952 году.
  • Prima 79°16′45″ şm. e. 101°37′33″ ş. u.HGYO
  • Pesçanaya 79°25′31″ şm. e. 102°28′40″ ş. u.HGYO

Adının dəyişdirilməsi

Tarmır muxtar vilayətinin duması 1 dekabr 2006-cı ildə çıxardığı qərarda adanın adı Müqəddəs Olqa adlandırılması təklif edilir. Ancaq bu təklif digər instansiyalar tərəfindən təstiqlənmir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bolşevik adası haqqında məlumat. Bolşevik adası nədir? Bolşevik adası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    53 (ədəd)

  • Fevral 27, 2026

    Hektar

  • Fevral 27, 2026

    Sona Hacıyeva

  • Fevral 27, 2026

    Vladimir Dal

  • Fevral 27, 2026

    Qoa

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst