Bismark (Bismarck) — ABŞ-nin şimalında şəhər, Şimali Dakota ştatının inzibati mərkəzi.
| şəhər | |||
| Bismark | |||
|---|---|---|---|
| ing. Bismarck | |||
| |||
| |||
| 46°48′30″ şm. e. 100°47′01″ q. u.HGYO | |||
| Ölkə | | ||
| Tabesində | Şimalı Dakota | ||
| Başçı | Mayk Seminari | ||
| Tarixi və coğrafiyası | |||
| Əsası qoyulub | 1872 | ||
| Sahəsi | 80.89 km² | ||
| Mərkəzin hündürlüyü | 514 m | ||
| Saat qurşağı |
| ||
| Əhalisi | |||
| Əhalisi | 61,272 nəfər (2012) | ||
| Sıxlığı | 760 nəf./km² | ||
| Rəqəmsal identifikatorlar | |||
| Telefon kodu | +1 701 | ||
| Poçt indeksi | 58501–58507 | ||
| Digər | |||
| bismarcknd.gov | |||
![]() Bismark | |||
Əhalisi
Əhalisi 56,7 min (2005; şəhərətrafı ilə təqribən 100 min) nəfərdir.
Coğrafiyası
Missuri çayının orta axınında, sol sahilindədir. Avtomobil magistralları və dəmiryolları qovşağı. Çay portu. Bələdiyyə aeroportu.
Tarixi
İnşa olunan Şimali Sakit okean dəmiryolunun mühafizəsi üçün hərbi düşərgə kimi 1872-ci ildə salınmışdır. Almaniyadan səmayələrin və gəlmələrin cəlb olunması məqsədilə şəhərə Otto fon Bismarkın adı verilmişdir. 1874-cü ildən qızıl hasilatı rayonunun (Bismark yaxınlığında Blek-Hils dağlarındakı yataq) mərkəzidir. 1875-ci ildən şəhərdir; 1883-cü ildən Dakota ərazisinin, 1889-cu ildən Şimali Dakota ştatının inzibati mərkəzidir.
İqtisadiyyatı
Kənd təsərrüfatı rayonunun maliyyə ticarət mərkəzidir. Bismark aqlomerasiyasında işləyənlərin təqribən 5%-i sənayedə çalışır. Kənd təsərrüfatı maşınları istehsal olunur, yeyinti sənayesi müəssisələri fəaliyyət göstərir. Bismarkın yaxınlığında daş kömür hasil edilir. Bismarkdan şimal şərqdə “Koul-Krik” (1080 MVt) və “Antilop-Valli” (900 MVt) İES-ləri, şimalda Missuri çayı üstündə “Harrison” (518 MVt) SES-i var. Bismarkdan cənubda Standinq-Rok hindi rezervaziyası yerləşir. Siu və şayenn tayfalarının Amerika hökumətinə qarşı mübarizəsinə rəhbərlik edən siuların tayfa başçısı Sittinq-Bull 1890-cı ildə burada öldürülmüşdür.
Qalereya
Peyk görünüşü, may 2007-ci il
Şəhər mərkəzi
Mandan kəndi
1901-ci ildə Mission Revival stilindən istifadə edərək tikilmiş tarixi Şimali Sakit Okean Dəmir Yolu. İyul ayının 2017-ci il tarixindən bina boşdur.
Həmçinin bax
Xarici keçidlər
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bismark (ABŞ) haqqında məlumat. Bismark (ABŞ) nədir? Bismark (ABŞ) nə deməkdir?


