Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bilal Əhməd (tam adı: Bilal Mahmud oğlu Əhməd; 1884, Pirşağı, Bakı qəzası – 1944, Kirovabad) — Türk İşçi Teatrı və Azərbaycan Dövlət Dram Teatrının ilk baş reji

Bilal Əhməd

  • Ana Səhifə
  • Vikipediya
  • Bilal Əhməd

Bilal Əhməd (tam adı: Bilal Mahmud oğlu Əhməd; 1884, Pirşağı, Bakı qəzası – 1944, Kirovabad) — Türk İşçi Teatrı və Azərbaycan Dövlət Dram Teatrının ilk baş rejissoru və direktoru, Əməkdar artist, dramaturq, yazıçı, tərcüməçi, teatr və kino xadimi, aktyor.

Bilal Əhməd
Bilal Mahmud oğlu Əhməd
Doğum tarixi 1884(1884)
Doğum yeri
  • Pirşağı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1944(1944) (59–60 yaşında)
Vəfat yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi Ciyər xəstəliyi
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ
Uşağı Gülxanım Əhməd
Atası Mahmud Əhməd
Anası Çeşmi Əhməd
Təhsili Leninqrad (Sankt-Peterburq) İncəsənət İnstitutu
Mükafatları Əmək qəhrəmanı

Mündəricat

Həyatı

Bilal Əhməd 1884-cü ildə Bakının Pirşağı kəndində dünyaya gəlib. Atası Kərbəlayı Mahmud öz dövrünün məşhur həkimi olub. Anası Çeşmi xanım isə adlı-sanlı "Məmməd Səfi" nəslindən idi. İlk təhsilini mollaxanada alan Bilal Əhməd ərəb-fars dillərini mükəmməl öyrənir. Daha sonra o, Bakı gimnaziyasına qəbul olur və 1907-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. Gimnaziyada oxuduğu illərdə rus və alman dillərini öyrənir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bilal Əhməd Azərbaycan hökuməti tərəfindən Leninqrad (Sankt-Peterburq) İncəsənət İnstitutuna oxumağa göndərilir.

Repressiya qurbanı olan Bilal Əhməd 1937-ci ildə həbs olunur. Heç bir günahı olmadığı üçün doqquz aydan sonra onu həbsxanadan buraxırlar. Həbsxanadan çıxdıqdan sonra sənətdən uzaqlaşır və başqa işdə işləməyə başlayır. Lakin NKVD tərəfindən daimi nəzarətdə olan Bilal Əhməd, işlədiyi yerdə ermənilər tərəfindən boynuna şər atılaraq yenidən həbs olunur. On il həbs cəzasına məhkum olunan Bilal Əhməd 1944-cü ildə Gəncə həbsxanasında ciyər xəstəliyindən vəfat edir.

Ailəsi

O, Leninqradda Mariya Vasilyevna adlı ziyalı bir xanımla ailə həyatı qurur. Bu izdivacdan bir qız övladı olur. Qızı Gülxanım Cənubi Osetiyada, Sxinvalidə yaşayıb. Uzun müddət orada məktəb direktoru işləyib.

Fəaliyyəti

Ailədə səkkiz uşaq olan Bilal gimnaziyada oxuduğu illərdə imkansızlıqdan işləməyə məcbur olur və Orucov qardaşlarının mətbəəsində işə başlayır. Mürrəttib ixtisasına yiyələnir. O vaxt Süleyman Məlikov, Qulam Məmmədli, Hacıməmməd Qafqazlı, Ağabəy Mahmudov və b. Bilal Əhmədlə birlikdə "Kaspi" mətbəəsində işləmişlər. Hüsxətti gözəl olan Bilal Əhməd dram əsərlərinin üzünü köçürür. suflyorluq və artislik edir. Sankt-Peterburqda institutu bitirdikdən sonra 1924-cü ildə Bakıya qayıdan Bilal Əhməd Türk İşçi Teatrına işə girir. Bilal Əhməd bu teatrda əvvəlcə artist, sonra ədəbi hissə müdiri, ən nəhayət, teatrın direktoru vəzifəsinə qədər yüksəlir. 1933-cü ildə Türk İşçi Teatrı xüsusi qərar ilə Gəncəyə köçürülür. Lakin Bilal Əhmədi bacarıqlı bir teatr təşkilatçısı kimi Şəkiyə - Dram Teatrını yaratmağa göndərirlər. 1933-cü ildə yenidən Bakıya qayıdan Bilal Əhməd Azərbaycan Dram Teatrına baş rejissor və direktor təyin edilir.

O, həm də tərcüməçi kimi fəaliyyət göstərib. Qoqolun, Çexovun, Qriboyedovun və b. əsərlərini Azərbaycan dilinə tərcümə edib. 1925-ci ildə Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə çəkilmiş "Bismillah" filmində Bilal Əhməd aparıcı rollardan biri olan Əhməd rolunda çəkilib. Bilal Əhməd Azərbaycan kinosunun yaradıcılarından biri olub. Teatrda və kinoda xidmətləri nəzərə alınaraq Bilal Əhməd o dövr üçün yüksək ad sayılan Əmək qəhrəmanı (indiki Əməkdar artist) adına layiq görülmüşdür. Bilal Əhmədin ədəbi irsi Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizə olunur.

Həmçinin bax

  • Vüqar Əhməd
  • Almaxanım Əhmədli

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bilal əhməd sözünün mənası, bilal əhməd haqqında məlumat. bilal əhməd nədir? bilal əhməd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Turdus cardis

  • Mart 06, 2026

    Apataki

  • Fevral 27, 2026

    Sosial sahibkarlıq

  • Mart 06, 2026

    Alvara Hefels

  • Mart 02, 2026

    Dienlər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst