Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sosial sahibkarlıq — sosial problemləri hər hansı xidmət və məhsul istehsal edərək, eləcə də yeni bir model yaradaraq həll etməyi hədəfləyən sahibkarlıq forması

Sosial sahibkarlıq

  • Ana Səhifə
  • Vikipediya
  • Sosial sahibkarlıq

Sosial sahibkarlıq — sosial problemləri hər hansı xidmət və məhsul istehsal edərək, eləcə də yeni bir model yaradaraq həll etməyi hədəfləyən sahibkarlıq forması. İllik qazancından bir miqdar sosial layihələrə dəstək üçün ayıran şirkətlər sosial sahibkarlıq nümunəsi hesab olunmur. Sosial sahibkarlıq mövcud problemlərə sistematik və köklü formada yanaşır və müxtəlif icmaları fərqli cəhətlərdən gücləndirir. Sosial sahibkarlıq yoxsulluq, işsizlik və evsizlik kimi sosial-iqtisadi probelmləri həll etməyi hədəfləyir. Sosial sahibkarlıq konkret bir problemi yönəlir və bu məqsəd konpirasisə gedilmir.

Sosial sahibkarlıqda 4P konsepsiyası (Peope, profit, planet, purpose) əsas götürülür.

Mündəricat

Tarixi

Sosial sahibkarlıq termin olaraq ilk dəfə Bill Drayton tərəfindən işlənilmişdir. Məhəmməd Yunus "Grameen Bank"-ı təsis edərək olduqca mühüm sosial sahikkarlıq ideyasını reallaşdırmış və bu təşəbbüsünə görə 2006-cı ildə "Nobel" sülh mükafatına layiq görülən birinci sosial sahibkar olmuşdur. Məhəmməd Yunus Banqladeşdə əsasən qadınlara mikrokreidtlər verərək onlara öz bizneslərini qurmalarına və beləcə yoxsulluqdan çıxmalarına kömək edib.

Üstünlükləri

Sosial sahibkarlıq sosial fayda yaratmaqla yanaşı həm də sosial sərmayəni gücləndirir. Sosial sahibkarlıq texnoloji və innovasiyalardan istifadə etməklə edir və dayanıqlı iş modelləri yaratdığı üçün gün keçdikcə daha çox diqqət cəzb edir. Sosial sahibkarlığ olduqca fərqli sahələrə və müxtəlif insan qruplarına yönələ bilər. Bununla belə sosial sahibkarlıq daha çox təhsil, ətraf mühit və səhiyyə məsələləri ilə daha çox əlaqəlidir.

Zəif tərəfləri

Sosial sahibkarlığın digər sahibkarlıq növlərinə nəzərən bir neçə zəif cəhətləri mövcuddur. Aşağıdakıalrı qeyd etmək mümkündür:

  • Tək məqsəd iqtisadi qazanc olmadığından bəzən investor marağı cəlb etmək və davamlı qazanc əldə etmək çətin olur. Bu vəziiyəıət biznesin davamlılığıı sual altınada qoyur.
  • Sosial məqsədlər ilə iqtisadi maraqlar arasındakı balansın qorunması.
  • Ölçmə meyarlarının tətbiqi. Bəzən xoşbəxtlik, bərabərlik kimi anlayışları ölçmək olduqca çətin ola bilir.
  • İctimai maarifin və insanların fərqindəlik səviyyəslərinin aşağı olması
  • Zəif böyümə. Qazancın commersiya maraqları ilə yanaşı sosial missiyaya xərclənməsi biznesin böyümə sürətini azalda bilər.

Funksiyalar

Sosial sahibkarlığın aşağıdakı funksiyaları var:

  • Sosial problemləri müəyyənləşdirmək.Yoxsulluq, təhsil, sağlamlıq, ətraf mühit və başqa sahələr ilə bağlı problemlər və insanların həlli yolunda ehtoyacları müəyyənləşdirilir;
  • İnnovativ həlli yollarının seçilməsi. Sosial sahibkarlıq konsepsiyasında müəyyəşləşdirilmiş problemləri həlli yaradıcı, dayanıqlı və praktiki olaraq mümkün olmalıdır;
  • Resursların cəlb edilmsəi. Maliyyə, insan və digər növ kapitallar mümkün dərəcədə toplanmalıdır.
  • İcmaların dəstəklənməsi.

Növləri

Sosial sahibkarlığın qeyri-kommersiya sosial sahibkarlığı və mənfəət üçün sosial sahibkarlıq kimi əsas iki növü var. Bəzən iqtisadi mənfəət güdməyn quruluşlar sosial sahibkarlıq nümunəsi kimi qəbul olunmur.

Əhatətiyinə görə yerli və qlobal sosial sahibkarlığəa bölünür.

İcma sosial sahibkarlığı — təhsil, səhiyyə kimi sahələrə yönəlir.

Nümunələr

  • Sara Rəcəbli — Buta Art & Sweets-in təsisçisi.
  • Lush - 1995-ci ildə qurulan bu sosial bzines veqan və vegeterian tərkibli kosmetik məhsullar (sabun, şampun, krem və s.) sataraq heyvan haqlarının müdafiəçisi kimi çıxış edir.
  • George Fondu
  • Echoing Green
  • NIKA Water Company

Həmçinin bax

  • Sahibkarlıq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sosial sahibkarlıq haqqında məlumat. Sosial sahibkarlıq nədir? Sosial sahibkarlıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Ektaz dövrü

  • Fevral 26, 2026

    Roma mifologiyası

  • Fevral 27, 2026

    Genomika

  • Fevral 27, 2026

    Kür çayı

  • Fevral 27, 2026

    Səfəvi təriqəti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst