Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Betmen Başlayır (ing. Batman Begins) — 2005-ci ildə "DC Comicsin" uydurma personajı Betmenin komikslərindən uyğunlaşdırılan, rejissoru Kristofer Nolan olduğu, K

Betmen Başlayır

  • Ana Səhifə
  • Vikipediya
  • Betmen Başlayır

Betmen Başlayır (ing. Batman Begins) — 2005-ci ildə "DC Comicsin" uydurma personajı Betmenin komikslərindən uyğunlaşdırılan, rejissoru Kristofer Nolan olduğu, Kristian Beylin Betmen rolunu ifa etdiyi və Maykl Keyn, Liam Nison, Keti Olms, Qari Oldmen, Killian Merfi, Morqan Friman, Tom Uilkinson, Rutqer Auer, Mark Bun Xunior, Ken Vatanabenin rol aldığı ABŞ superqəhrəman filmi. Yeni çəkilən seriyanın ilk filmi Brüs Ueynin yarasadan qorxusu, ailəsinin vəfatı və Betmenə çevrilməsindən bəhs edir. Filmin hekayəsi klassik Betmendən: "Betmen: Birinci il" və "Betmen: Uzun Hellovin" romanlarından ilhamlanmışdır. 1997-ci ildə nümayiş etdirilən "Betmen və Robin" filmindən sonra, bir çox davam filmlər gündəmə gəldi. Kristofer Nolan və Devid Qoyer film üçün çəkilişlərə 2003-cü ildən başladı. Ssenaristlər təməlində humanizm və realizm dayanan daha qaranlıq və real bir hekayəni hədəf aldı. Məqsəd, tamaşaçının Betmen və Brüs Ueynə əhəmiyyət verməsi idi. Çikaqo və İngiltərədə çəkilişləri baş tutan filmdə, kompüter dəstəyi yalnız bir qədər istifadə edildi. Film üçün "Batmobile" və "Yarasa" kostyumu yenidən yaradılıb.

Betmen Başlayır
ing. Batman begins
Janr macəra
döyüş
Əsas mövzu terrorizm, Nindza, قورخو
Rejissor Kristofer Nolan
Prodüserlər Çarlz Roven
Emma Tomas
Lerri Franso
Əsərin müəllifləri DC Comics
Yaradıcı:
Bob Keyn
Ssenari müəllifləri Kristofer Nolan
Devid Qoyer
Hekayə:
Devid Qoyer
Baş rollarda Kristian Beyl
Maykl Keyn
Liam Nison
Keti Olms
Qari Oldmen
Killian Merfi
Morqan Friman
Tom Uilkinson
Rutqer Auer
Mark Bun Xunior
Ken Vatanabe
Operator Uolli Pfister
Bəstəkarlar Hans Zimmer
Ceyms Nyuton Hovard
İstehsalçılar Legendary Pictures
Syncopy Films
Distribütor:
Warner Bros. Pictures
Distribütor InterCom[d], Netflix
İlk baxış tarixi 31 may 2005
(Tokio)
15 iyun 2005
(ABŞ)
17 iyun 2005
(Böyük Britaniya)
Müddət 140 dəqiqə
Büdcə 150 milyon $
Gəlir 374,2 milyon $
Ölkələr ABŞ ABŞ
Böyük Britaniya Böyük Britaniya
Dil İngilis dili
İl 2005
Sonrakı film Qara cəngavər
Rəng rəngli
Çəkiliş yeri İslandiya, Nyu-York, Çikaqo, Uokiqan[d], Kanari-Uorf
IMDb https://www.imdb.com/title/tt0372784/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film maliyyə və tənqidi baxımdan müvəffəqiyyətli oldu. Film 15 iyun 2005-ci ildə ABŞ və Kanadada 3,858 kinoteatrda nümayiş etdirildi. Film ilk həftəsində 48 milyon Amerikan dolları qazandı. Film nümayişdən çıxdıqdan sonra təxminən 370 milyon ABŞ dolları əldə etmişdi. Film haqqında "Rotten Tomatoes" saytında edilən şərhlərin 84%-i müsbət idi. Tənqidçilər "Betmen Başlayır" filminin özündən əvvəl çəkilən Betmen filmlərindən daha qaranlıq olduğu fikrində birləşdi.

Rollarda

  • Kristian Beyl, Brüs Ueyn və ya Betmen rolunda: Səkkiz yaşında olarkən ata və anasının oğru tərəfindən öldürülməsinə şahid olan milyoner, biznesmen. O, illərdir dünyaya səyahət edərək ədalətsizliyə qarşı mübarizə yollarını axtarır və Qoufama qayıdır. Gecələr Brüs Qoufamı qoruyan Betmenə çevrilir. 11 sentyabr 2003-cü il tarixində filmin aktyor heyətində iştirak edən Beylin, Darren Aronofskinin çəkməyi planlaşdırdığı filmdə də "Betmen" rolunu oynaması istənilirdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Betmen Başlayır haqqında məlumat. Betmen Başlayır nədir? Betmen Başlayır nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Ural dağları

  • Fevral 27, 2026

    I Mərvan

  • Fevral 27, 2026

    Riyaziyyat fəlsəfəsi

  • Fevral 27, 2026

    Biosintez

  • Fevral 27, 2026

    Fauna

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst