Bernard Hovell Liç (ing. Bernard Howell Leach; 5 yanvar 1887[…], Honkonq – 6 may 1979, Sent-Ayvs[d], Cənub-Qərbi İngiltərə[d]) – yapon dulusçuluq sənətini tədqiq etməsinə görə tanınan ingilis dulusçu, keramikaçı, müəllif, filosof və yazıçı. O, Qərb dünyasını yapon dulusçuluq sənətinin müxtəlif üslubları ilə tanış etmişdir.
| Bernard Liç | |
|---|---|
| ing. Bernard Howell Leach | |
| |
| Doğum tarixi | 5 yanvar 1887[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 6 may 1979 (92 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | keramikaçı, incəsənət xadimi, rəssam, universitet müəllimi[d] |
| Fəaliyyət illəri | 1909-cu ildən |
| Mükafatları | |
Həyatı

Liç Honkonqda doğulmuş, təhsilini İngiltərədə almışdır. Sleyd İncəsənət Məktəbivə London İncəsənət Məktəbində təhsil aldıqdan sonra 1909-cu ildə Yaponiyaya getmiş, Yaponiyanı ofort texnikası ilə tanış etmişdir. Yaponiyada keçirdiyi 2 ilin ardından Kenzan məktəbinin 6-cı nəsildən olan ustasından dulusçuluq sənəti öyrənməyə başlamışdır. Kenzan məktəbi XVIII əsrin əvvəlində Kenzan Korinin qardaşı olan Kenzan Oqata tərəfindən qurulmuş dulusçuluq məktəbi idi. Liç və dostu Kenkiçi Tomimoto Kenzan dulusçuluğunun 7-ci nəslini təmsil etmək üçün sertifikat əldə etmişdirlər. Liç yapon dulusçuluq sənətinin müasir təmsilçisi olan Hamada Şoci ilə də yaxın münasibətlər qurmuşdur.
Liç və Hamada 1920-ci ildə İngiltərəyə gedərək Sent-Ayvsda "Leach Pottery" şirkətini qurmuş, Qərb dünyasında ilk dəfə Asiya stilində olan ənənəvi dulusçuluq sobası tikmişdirlər. Dünyanın müxtəlif yerlərindən olan peşəkar dulusçular və tələbələr dulusçuluq sənətini öyrənmək üçün Sent-Ayvs studiyasına gəlirdilər. 1956-cı ildə studiyanı Liçin üçüncü arvadı olan, Hamada ilə birlikdə Yaponiyada dulusçuluq sənətini öyrənən Cenet Darnell idarə etməyə başlamışdır. Liç 1929-cu ildə İngiltərənin Darlinqton şəhərində kiçik dulusçuluq studiyası da açmışdır.
Liç 18 ilini Yaponiyada keçirmiş, bu ölkəni dəfələrdə ziyarət etmişdir. Onun başlıca məhsulu seladon və Çin üslubunda olan temmoku kimi Asiyada təkmilləşdirilən daş keramikalar idi. Liç Raku üslubunda olan dulusçuluq sənətindən və çay mərasimi üçün istifadə olunan əşyalardan ilham götürmüşdü.
Təltifləri
Liç dulusçuluq sənətindəki yaradıcılığına görə bir çox mükafata layiq görülmüşdür: Amerika Dulusçuluq Cəmiyyəti tərəfindən Binns medalına layiq görülmüş, Milanda Qızıl medalla təltif edilmiş, İngiltərənin Cənub-Qərb Universiteti tərəfindən fəxri doktorantura dərəcəsi almışdır. 1966-cı ildə Yaponiya hökuməti tərəfindən ikinci dərəcəli "Müqəddəs xəzinə" ordeni ilə təltif edilmişdir.
Kitabları
Liç Hamada və Yanaqi Soetsu ilə birlikdə xalq sənətini tanıtmaq üçün hərəkat qurmuş, Yanaqinin xalq incəsənətinin estetikası haqqında olan kitabını "Naməlum sənətçi" (1972) adı altında ingiliscə nəşr etdirmişdir. 1975-ci ildə Hamadanın xatirəsini yad etmək üçün "Hamada, dulusçuluqçı" kitabını yazmışdır. Bu kitablardan əvvəl isə 1940-cı ildə "Dulusçunun kitabı", 1950-ci ildə isə "Dulusçunun portfoliosu" adlı işini nəşr etmiş, bu kitablarda estetik baxışları və dulusçu olması haqqında məlumatlar paylaşmışdır.
Liç növbəti illərdə "Kenzan və onun ənənəsi" (1966), "Dulusçunun sənəti" (1967), "Şərq və Qərbin o tərəfində" (1978) adlı kitablar yazmışdır.
Ədəbiyyat
- Perkins, Dorothy. Encyclopedia of Japan: Japanese History and Culture, from Abacus to Zori. Roundtable Press. 1991. səh. 195. ISBN 0-8160-1934-7. İstifadə tarixi: 26 aprel 2022.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bernard Liç haqqında məlumat. Bernard Liç nədir? Bernard Liç nə deməkdir?