Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Belçikalı Klementina Albertina Mariya Leopoldina (fr. Clémentine Albertine Marie Léopoldine de Belgique; 30 iyul 1872, Laken sarayı[d] – 8 mart 1955, Nitsa) — B

Belçikalı Klementina

  • Ana Səhifə
  • Vikipediya
  • Belçikalı Klementina

Belçikalı Klementina Albertina Mariya Leopoldina (fr. Clémentine Albertine Marie Léopoldine de Belgique; 30 iyul 1872, Laken sarayı[d] – 8 mart 1955, Nitsa) — Belçika kralı II Leopoldun qızı, de-yure Fransa kraliçası.

Belçikalı Klementina
fr. Clémentine de Belgique
alm. Clementine von Belgien‎
nid. Clementine van België
Şəxsi məlumatlar
Doğum tarixi 30 iyul 1872(1872-07-30)
Doğum yeri
  • Brüssel, Belçika
Vəfat tarixi 8 mart 1955(1955-03-08) (82 yaşında)
Vəfat yeri
  • Nitsa
Dəfn yeri
  • İmperator kapellası[d]
Atası II Leopold
Anası Avstriyalı Mariya Henretta (Belçika kraliçası)
Ailəsi Bonapartlar
Elmi fəaliyyəti
Elm sahəsi siyasət
Təltifləri "Fəxri legion" ordeninin cəngavər dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

30 iyul 1872-ci ildə Brüsseldə dünyaya gəldi. Atası Belçika kralı II Leopold, anası isə onun xanımı Avstriyalı Mariya Henrettadır. Atasının ən kiçik övladı kimi öz səltənətində dünyaya gəldi və 3 sentyabrda vəftiz edildi. Gənclik illərində əmisi Şahzadə Filippin böyük oğlu Boduenə aşiq olsa da, bu sevgisi qarşılıqlı deyildi. Üstəlik, gənc şahzadə hələ 21 yaşında ikən tutulduğu qrip epidemiyası səbəbilə vəfat etdi. Anasıyla münasibətləri yaxşı deyildi və bu səbəblə, anasının onu 1896-cı ildə Bavariya taxt-tacının vəliəhdi Şahzadə Ruprextlə evləndirmək istəyini qəbul etmədi.

Anasının ölümündən sonra Fransa taxt-tacının Bonapartist iddiaçısı və de-yure kralı Şahzadə Napoleon Viktor Bonapartla sevgi yaşamağa başlayan Klementina atasının qarşı çıxması səbəbilə evlənə bilmədi. Yalnız atasının 1909-cu ildəki vəfatından sonra cütlük nişanlandı və 1910-cu ildə evləndilər. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.

Birinci Dünya müharibəsi başladığı əsnada Klementina və ailəsi Böyük Britaniyaya sığındılar. Müharibənin ardından Belçikaya qayıdan Klementina xeyriyyə işləriylə məşğul oldu. Tez-tez əriylə birlikdə Turin və Romaya səyahət etdi. Ərinin 1926-cı ildə iflic keçirərək vəfat etməsinin ardından onun Fransa taxt-tacındakı iddiasını davam etdirmək istəsə də, heç bir siyasi uğur qazana bilmədi. 1937-ci ildən etibarən Fransada yaşamağa başlayan Klementina 1955-ci ildə Nitsada vəfat etdi.

Övladları

  • Mariya Klotilda Bonapart (20 mart 1912 – 14 aprel 1996)
  • Lüdovik Bonapart (23 yanvar 1914 – 3 may 1997)

Qalereya

  • Özü, 1880-ci il
    Özü, 1880-ci il
  • Əri Şahzadə Napoleon Viktor, 1900-cü illər
    Əri Şahzadə Napoleon Viktor, 1900-cü illər
  • Atası II Leopold və özü, 1909-cu il
    Atası II Leopold və özü, 1909-cu il
  • Uşaqlarıyla birlikdə, 1921
    Uşaqlarıyla birlikdə, 1921
  • Özü, 1930-cu il
    Özü, 1930-cu il

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Belçikalı Klementina haqqında məlumat. Belçikalı Klementina nədir? Belçikalı Klementina nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tadao Ando

  • Fevral 27, 2026

    Titan

  • Fevral 27, 2026

    İlam

  • Fevral 27, 2026

    Avis sülaləsi

  • Fevral 27, 2026

    Çinovnik

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst