Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Behbud ağa Şahtaxtinski (1881, Şahtaxtı, Naxçıvan qəzası və ya İrəvan quberniyası – 30 may 1924, Tiflis) — Azərbaycan ictimai-siyasi xadimi və diplomat.

Behbud Şahtaxtinski

  • Ana Səhifə
  • Vikipediya
  • Behbud Şahtaxtinski

Behbud ağa Şahtaxtinski (1881, Şahtaxtı, Naxçıvan qəzası və ya İrəvan quberniyası – 30 may 1924, Tiflis) — Azərbaycan ictimai-siyasi xadimi və diplomat.

Behbud ağa Şahtaxtinski
Zaqafqaziya Ali Arbitraj Komissiyasının üzvü
Vəzifədədir
1923-cü ildən
    Naxçıvan SSR Xalq Komissarları Şurasının sədri
    yanvar 1922 – 3 mart 1922
    ƏvvəlkiAbbas Qədimov
    SonrakıTeymur Əliyev
    Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədr müavini
    Noyabr 1921 – ?
    Azərbaycan SSR xalq fəhlə-kəndli müfəttişliyi komissarı
    21 iyun 1920 – ?
    ƏvvəlkiDadaş Bünyadzadə
    Azərbaycan SSR-in RSFSR-dəki fövqəladə və səlahiyyətli nümayəndəsi
    15 iyul 1920 – ?
    Azərbaycan SSR xalq ədliyyə və əmək komissarı
    12 iyun 1920 – 21 iyun 1920
    ƏvvəlkiƏliheydər Qarayev
    SonrakıVəzifə ləğv edildi.
    Naxçıvan Qaçqınlar Komitəsinin sədri
    Dekabr 1918 – İyun 1920
    Hümmət Partiyası (bolşeviklər) Mərkəzi Komitəsinin sədri
    11 iyun 1918 – Sentyabr 1918
    Hümmət Partiyası (bolşeviklər) Mərkəzi Komitəsinin sədr müavini
    7 yanvar 1918 – 11 iyun 1918
    Şəxsi məlumatlar
    Doğum tarixi 1881(1881)
    Doğum yeri
    • Şahtaxtı, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası və ya
    • İrəvan quberniyası, Rusiya imperiyası
    Vəfat tarixi 30 may 1924(1924-05-30) (42–43 yaşında)
    Vəfat yeri
    • Tiflis, Tiflis qəzası, Gürcüstan Sovet Sosialist Respublikası[d], ZSFSR, SSRİ
    Dəfn yeri
    • Görkəmli Azərbaycanlılar panteonu
    Fəaliyyəti diplomat, siyasətçi
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Haqqında

    Behbud ağa Şahtaxtinski 1905–1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917–1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, Hümmət Partiyası Mərkəzi Komitəsinin sədri olmuşdur.

    Behbud ağa Şahtaxtinski 1918-ci ilin mayında Bakı qəzası kəndli deputatları sovetlərinin qurultayında 15 nəfərdən ibarət İcraiyyə Komitəsinin heyətinə daxil edilmiş və şəxsən kəndlərdə yaranan hakimiyyət orqanlarının işinin düzgün təşkilinə ciddi səy göstərərək, kəndli sovetlərinin canlanıb qüvvətlənməsində yaxından iştirak etmişdir. 1918-ci ilin avqust-sentyabr aylarında Bakıda Sentrokaspi Diktaturası hakimiyyət uğrunda mübarizə apararkən Bakını müdafi edən Behbud ağa Şahtaxtinski həbs olunmuş, bir neçə vaxtdan sonra Bakıdan Gəncəyə göndərilmiş və 3 ay həbsdə qaldıqdan sonra azad olunub Naxçıvana gəlmişdir.

    1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar Vladimir Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni Vladimir Lenin və Behbud ağa Şahtaxtinski 1920-ci ilin 30 sentyabr tarixində imzalamışdılar.

    Kommunist İnternasionalın 2-ci konqresinə nümayəndə seçilmişdi.

    Behbud ağa Şahtaxtinski 1921–1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Xalq FKM komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. kimi vəzifələrdə çalışmışdır.

    Moskva və Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur. Qars müqaviləsini Azərbaycan SSR adından Behbud ağa Şahtaxtınski imzalamışdır.

    1924-cü ildə Tiflisdə vəfat etmişdir və köhnə müsəlman qəbiristanlığında (hazırda Görkəmli Azərbaycanlılar panteonu ərazisi) dəfn olunmuşdur.

    Həmçinin bax

    • Şahtaxtinskilər

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Behbud Şahtaxtinski haqqında məlumat. Behbud Şahtaxtinski nədir? Behbud Şahtaxtinski nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 24, 2026

      Gürcüstan-İmeretiya quberniyası

    • Fevral 27, 2026

      Muğanlı (Ağstafa)

    • Fevral 27, 2026

      Hekayə

    • Fevral 27, 2026

      İnzibati-ərazi bölgüsü

    • Fevral 27, 2026

      Art Nouveau

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst