Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Baştağ — binanın girişində, yuxarı hissəsində xüsusi fiqurlar və ya yazı elementləri ilə qapanan mütənasib biçimli memarlıq elementi.

Baştağ

  • Ana Səhifə
  • Vikipediya
  • Baştağ

Baştağ — binanın girişində, yuxarı hissəsində xüsusi fiqurlar və ya yazı elementləri ilə qapanan mütənasib biçimli memarlıq elementi.

Çağlar memarlıqda girişin iki növü formalaşmışdı: baştağlar və portallar. Portalların ən bitkin növünə qədim yunan memarlığında, baştağlara isə qədim Misir memarlığında rast gəlinir.

Memarlıq alimi Rayihə Əmənzadə XI əsrdən sonra Azərbaycanda milli memarlıq məktəblərinin formalaşdığı dövrdə yaranan baştağları 8 qrupa bölüb: taxça, üz, haşiyə, həcm-məkan, ayrıca dayanan, eyvan, balaxana ilə birləşdirilən və darvaza baştağlar.

Mündəricat

Azərbaycan memarlığında baştağlar

Azərbaycan memarlığında haşiyə ilə çevrələnmiş dərin taxça quruluşlu baştağlar XII əsr abidələrində qeydə alınıb, XIV əsrdə Naxçıvandakı, sonralar Bakı və Ərdəbil, Təbriz və Bərdədəki abidələrdə özünü göstərib. Üz baştağların klassik örnəklərinin yaradılması memar Əcəmi Naxçıvaninin adı ilə bağlıdır. Bu nümunələrə Naxçıvan, Marağa, Qəbələ abidələrində rast gəlmək olur. Haşiyə baştağlar işğal altında olan Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonlarında qalan tarixi abidələrdə daha çoxdur.

Həcm-məkan baştağlar

Həcm-məkan baştağlara Bakıda Şirvanşahlar sarayını, Şamaxı abidələrini göstərmək olar. Ayrıca dayanan baştağlardan Naxçıvandakı Qarabağlar kompleksini, Güney Azərbaycanın Sultaniyyə və Təbriz abidələrini, Bakıda Şirvanşahlar sarayının Şərq darvazasını, Gəncədə İmamzadə kompleksini, Buzovnadakı turbəni memarlar daha yüksək dəyərləndirilər.

Eyvan baştağlar

Eyvan baştağlar yenə Şirvanşahlar sarayı məscidində, Qusar, Quba rayonlarındakı türbələrdə, Nardaranda, Gəncədəki qədim tikililərdə özünü göstərir. Balaxana ilə birləşdirilmiş baştağlara Bakıda, Ordubadda, Qubada, Ramanada, Səngəçalda qorunan abidələrdə rast gəlinir.

Darvaza baştağlar

Darvaza baştağlardan Şuşa, Şamaxı, Gəncə, Ordubad bölgələrinin memarlığında daha çox istifadə olunub.

Bakının İstiqlaliyyət küçəsində İsmailiyyə binasının, Ədəbiyyat Muzeyi binalarındakı baştağlar bu binaların möhtəşəm görünüşündə mühüm rol oynayır.

Həmçinin bax

  • Portal (memarlıq)
  • Atabəylər Memarlıq Kompleksi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Baştağ haqqında məlumat. Baştağ nədir? Baştağ nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Edam cəzası

  • Fevral 27, 2026

    İfrikiyyə

  • Fevral 28, 2026

    Henri Fyusli

  • Fevral 27, 2026

    Nar

  • Fevral 27, 2026

    Qüstav Kaybott

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst