Bağdad Universiteti (ərəb. جامعة بغداد) — İraqın paytaxtı Bağdadda yerləşən dövlət tədqiqat universitetidir. O, İraqın ən böyük universiteti və ərəb dünyasında onuncu ən böyük universitetdir. İlk tərkib hissəsi 1908-ci ildə açılmış, daha sonra digər təhsil müəssisələri yaradılmışdır. Bağdad Universiteti mühəndislik, tibb elmləri, humanitar elmlər və dini təhsil kimi müxtəlif sahələr üzrə akademik proqramlar təqdim edir. Universitetin şəhər daxilində Əl-Cədriya, Bab əl-Müəzzəm, Vəziriyyə və Nəhdə Yolunda yerləşən dörd kampusu var.
| Bağdad Universiteti | |
|---|---|
| |
| Əsası qoyulub | 21 avqust 1957 |
| Tələbə sayı | 80.000 |
| Ölkə | |
| Sayt | uobaghdad.edu.iq |
| 33°16′12″ şm. e. 44°22′54″ ş. u.HGYO | |
![]() | |
Tarixi
İslam Elmləri Kolleci öz mənşəyinin eramızın 1067-ci ilinə, Əbu Hənifə adına təsis edilmiş elm mərkəzinə dayandığını iddia edir. Bağdad Universitetinin ilk tərkib hissəsi olan Hüquq Kolleci isə 1908-ci ildə təsis edilmişdir.
1921-ci ildə Mühəndislik Kolleci, 1923-cü ildə Ali Müəllim Hazırlığı Kolleci və Aşağı Təhsil Kolleci, 1927-ci ildə Tibb Kolleci və 1936-cı ildə Əczaçılıq Kolleci yaradılmışdır. 1942-ci ildə qızlar üçün ilk ali təhsil müəssisəsi olan Kraliça Aliyə Kolleci yaradılmışdır. 1943-cü ildə yeni kolleclərin açılması ilə bağlı təkliflər irəli sürülmüş, bunun nəticəsində 1949-cu ildə İncəsənət Kolleci və Elm Kolleci, 1950-ci ildə isə Əbu Qreyb Kənd Təsərrüfatı Kolleci təsis edilmişdir.
Universitet binasının tikintisi 1950-ci illərin sonlarında İraq Krallıq Hökuməti tərəfindən sifariş edilmiş, Dəclə çayının sahilində yerləşir. Binalar Memarlar Birliyindən Valter Qropius, Luis Makmillen və Robert Makmillan tərəfindən layihələşdirilərək 1959-cu ildən 1960-cı ilə qədər inşa edilmişdir. Memarların yeni universitet kampusu üçün hazırladıqları baş plana Mühəndislik, Elm və Humanitar Elmlər məktəbləri daxil. Kampus ümumilikdə 6 800 tələbə üçün nəzərdə tutulmuşdur. Kampus 1982-ci ildə 20.000 tələbəni qəbul etmək üçün genişləndirilmişdir. Memarlar Hişam Aşkuri və Robert Ouen bütün kampus üçün akademik məkanlar proqramını hazırlamışdılar.
Bağdad Universiteti 2003-cü ildə İraqın işğalı və sonrakı işğal dövründə ciddi zərər çəkmiş, bəzi dərslərdə tələbələrin 90%-dən çoxu təhsili yarımçıq qoymuşdur.
2018-ci ilin sentyabr ayında universitet ilk dəfə olaraq dünyanın ən yaxşı 1 250 universitetinin illik reytinqi olan "Times Higher Education World University Rankings" siyahısınada yer almışdır.
Rektorları
Aşağıda Bağdad Universitetinin indiki və keçmiş rektorlarının siyahısı verilmişdir:
- Dr. Matti Aqraşi — 5 oktyabr 1957 – 1 avqust 1958
- Dr. Abdul Cabbar Abdulla — 19 mart 1959 – 8 mart 1963
- Dr. Abed əl-Əziz əl-Duri — 10 fevral 1963 – 27 noyabr 1965 və 10 sentyabr 1966 – 7 avqust 1968
- Dr. Kassem Məhəmməd əl-Kəllaf — 9 sentyabr 1968 – 8 avqust 1970
- Dr. Abed Lətif əl-Bədri — 8 avqust 1970 – 1 mart 1971
- Dr. Saad Abed əl-Bəkki əl-Ravi — 15 iyun 1971 – 23 yanvar 1974
- Dr. Taha İbrahim əl-Abdalla — 14 mart 1974 – 15 oktyabr 1977
- Dr. Sultan Abed əl-Qadir əl-Şavi — 18 oktyabr 1977 – 1 mart 1978
- Dr. Taha Teyh Diab əl-Nəəmi — 30 iyun 1980 – 27 dekabr 1990
- Dr. Adil Şakir əl-Tai — 10 iyul 1990 – 28 fevral 1991
- Dr. Xidir Casim əl-Duri — 1 mart 1991 – 10 noyabr 1993
- Dr. Abed əl-İllah Yusif əl-Kəşşab — 14 noyabr 1993 – 7 iyun 2001
- Dr. Məhəmməd Abed Allah Fəlah əl-Ravi — 12 iyun 2001 – 30 aprel 2003
- Dr. Sammi Abed əl-Mehdi əl-Müzəffər — 24 may 2003 – 28 sentyabr 2003
- Dr. Musa Cuvad Əziz əl-Musəvi — 28 sentyabr 2003 – 20 noyabr 2012
- Dr. Əlaa Abdulrəsul əl-Kəşvan — 20 noyabr 2012 – 13 may 2019
- Dr. Qusi əs-Suheyl — may 2019-dekabr 2019
- Dr. İmad Hüseyn Mirzə — dekabr 2019-avqust 2020
- Dr. Munir Həmid əs-Saadi — avqust 2020-yanvar 2024
- Prof. Dr. Bəhaa İbrahim Ənsaf — 3 yanvar 2024-indiyədək
Kampusları
Əl-Cədriyə kampusu
- Mühəndislik Kolleci
- Əl-Xarəzmi Mühəndislik Kolleci
- Elm Kolleci
- Siyasi Elmlər Kolleci
- Bədən Tərbiyəsi Kolleci
- Qadınlar üçün Elm Kolleci
- Qadınlar üçün Təhsil Kolleci
- Şəhərsalma və Regional Planlaşdırma İnstitutu
- Genetik Mühəndislik İnstitutu
- Mühasibat və Maliyyə Araşdırmaları İnstitutu
- Kənd Təsərrüfatı Kolleci
Bab Əl-Muəzzəm kampusu
- Tibb Kolleci
- Stomatologiya Kolleci
- Əczaçılıq Kolleci
- Tibb Bacıları Kolleci
- Təhsil Kolleci – İbn Rüşd
- İncəsənət Kolleci
- Dil Kolleci
- İnformasiya Kolleci
- İslam Elmləri Kolleci
Əl-Vəziyyə kampusu
- Qadınlar üçün Bədən Tərbiyəsi Kolleci
- Hüquq Kolleci
- İdarəetmə, Biznes və İqtisadiyyat Kolleci
- Təhsil Kolleci – İbn əl-Heysəm
- Gözəl İncəsənət Kolleci
- Baytarlıq Kolleci
Nəhda Yolayırıcı kampusu
- Əl-Kindi Tibb Kolleci
Görkəmli məzunları
- Səddam Hüseyn – İraqın sabiq prezidenti
- Əbdürrəhman Vahid – İndoneziyanın sabiq prezidenti
- Əhməd Avəd ibn Mübarək – Yəmənin baş naziri
- Məhəmməd Əlkobaisi — İslam alimi
- Hişam Aşkuri — memar
- Sərvan Baban – Kürdüstan Regional Hökumətinin naziri
- Venus Faiq (1963-cü il təvəllüdlü) – İraq-Kürd əsilli holland yazıçı, jurnalist və şair
- Əbdürrəhman əl-Bəzzaz – İraqın sabiq baş naziri
- Müzəffər Al-Nəvab – İraq şairi və yazıçısı
- Əməd Zəki Yəhya – beynəlxalq neft məsləhətçisi və Neft Nazirliyində rezervuar mühəndisliyi üzrə sabiq prezident
- Səadun əl-Duleymi – İraqın sabiq müdafiə naziri
- Səlva Cərrah – yazıçı və BBC Ərəb xidmətində aparıcı
- Qanim Əl-Cumaili – Cənubi Nyu Hempşir Universitetində mühəndislik professoru, İraqın Səudiyyə Ərəbistanındakı sabiq səfiri
- Qəssən Muhsen – diplomat və rəssam
- Əhməd Obeidat – İordaniyanın sabiq baş naziri
- Sinan Əl-Şəbibi – İraq Mərkəzi Bankının sabiq sədri
- Rihab Taha – bioloji silahlar üzrə rəhbər
- Cəlal Tələbani – İraqın sabiq prezidenti
- Donni Corc Yuxanna – arxeoloq
- Müntəzər əl-Zeydi – jurnalist
- Haşim Casin – Pan-Malaysia İslami Partiyasının Ruhani rəhbəri
- Suad Cavad– "Dublaj Kraliçası"
- Aqil əl-Mosavi – stomatoloq, yazıçı və fotoqraf
- Hazim Abdullah Xedr – tarixçi və Əndəlus ərəbcəsi ədəbiyyatı üzrə tədqiqatçı
- Muştak Əl-Ətəbi – mexanika mühəndisliyi professoru
- Məhəmməd N. S. Hadi – mühəndislik professoru
- Şaul Sassun – Səddam Hüseyn dövründə Sənaye Nazirliyində baş mühəndis
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bağdad universiteti sözünün mənası, bağdad universiteti haqqında məlumat. bağdad universiteti nədir? bağdad universiteti nə deməkdir?

