Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abbaszadə Bayraməli Abbas oğlu (1869, Duniq, Şərqi Azərbaycan ostanı – 4 iyun 1926, Bakı) — görkəmli mollanəsrəddinçi şair, "Qızıl qələmlər" ədəbi cəmiyyətinin

Bayraməli Abbaszadə

  • Ana Səhifə
  • Vikipediya
  • Bayraməli Abbaszadə

Abbaszadə Bayraməli Abbas oğlu (1869, Duniq, Şərqi Azərbaycan ostanı – 4 iyun 1926, Bakı) — görkəmli mollanəsrəddinçi şair, "Qızıl qələmlər" ədəbi cəmiyyətinin üzvü (1919).

Bayraməli Abbaszadə
Bayraməli Abbas oğlu Abbaszadə
Doğum tarixi 1869(1869)
Doğum yeri
  • Duniq, Sərab şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 4 iyun 1926(1926-06-04) (56–57 yaşında)
Vəfat yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Dəfn yeri
  • Bakı
Fəaliyyəti şair
Vikimənbənin loqosu Bayraməli Abbaszadə Vikimənbədə

Mündəricat

Həyatı

Bayraməli Abbaszadə 1869-cu ildə Cənubi Azərbaycanın Sərab mahalının Dünni kəndində rəncbər ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənd mollaxanasında almış, ilk satirik şerini "Mirzə Gülzar", "Gülzari-Sərabi" imzaları ilə yazmışdır. Sərabdan Bakıya ilk gəlişi XX əsrin əvvəllərinə təsadüf edir. Burada "Qafqaz Merkurisi" körpüsündə liman fəhləsi işləmişdir. İlk publisistik yazısını "Molla Nəsrəddin" səhifələrində "Hambal" ləqəbi ilə çap etdirmişdir (1906). Təbrizə gedib və Məşrutə inqilabında iştirak edib. Səttar xanın məşrutə hərəkatına qoşulması onun bir şair kimi formalaşmasına ciddi təsir göstərmişdir. Təbriz dövri mətbuatında "Azərbaycan" (1906), "Əncümən" (1907), "Mücahid" (1907), "Azad" (1907), "İttihad" (1908), "Naleyi-millət" (1908), "Müsavat" (1908), "İstiqlal" (1909), "Buqələmun" (1909) və s. qəzet və jurnallarda cəsur səttarxançıları tərənnüm, məşrutə hərəkatını ləkələyən ikiüzlü, satqın, xarici və daxili düşmənləri ifşa edən şerlərini dərc etdirmişdir.

1909-cu ilin aprelində təqib edildiyindən yenidən Bakıya qayıtmış, ömrünün axırınadək burada İçəri şəhərdə yaşamışdır. "Tazə həyat", "İttifaq", "Zənbur", "Səda", "Məzəli", "Məşəl", 1920-ci ildən sonra isə "Kommunist", "Yeni yol", "Yeni fikir", "Kəndçi qəzetəsi", "Molla Nəsrəddin" səhifələrində "Hambal", "Rəncbər-hambal", "Hambal Azərbaycani", "Hambali-Gülzari Sərabi", "Bayraməli Abbaszadə Hambal" və b. imzalar ilə əsərlərini çap etdirmişdir. Ədəbi dərnəklərdə fəal çalışmışdır. "Qızıl qələmlər" cəmiyyətinin üzvü olmuşdur. Zəngin ədəbi irs yaratmışdır. 1926-cı il iyunun 4-də uzun xəstəlikdən sonra Bakıda vəfat etmiş, köhnə Əhmədli qəbiristanlığında dəfn olunmuşdur. 1970-ci ilin payızında Azərbaycanda şairin anadan olmasının 100 illik yubileyi təntənə ilə keçirilmişdir. Tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Tufanlardan keçən ömür" (Bakı, "Sabah", 1995,132 səh.) monoqrafiyasını görkəmli Mollanəsrəddinçi şair, hürriyyət fədaisi Bayraməli Abbaszadənin həyat və yaradıcılığına həsr etmişdir.

Əsərləri

  1. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1948, 104 səh.
  2. Seçilmiş şerlər. Bakı: Azərnəşr, 1964, 124 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bayraməli Abbaszadə haqqında məlumat. Bayraməli Abbaszadə nədir? Bayraməli Abbaszadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    LG

  • Fevral 27, 2026

    Tərcümə proqramları

  • Fevral 27, 2026

    Qeyri-bədii

  • Mart 01, 2026

    Pavel Pestel

  • Fevral 27, 2026

    Kastilyalı Yuanna

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst