Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yas və ya matəm – sevilən insanın itkisinin ardınca baş verən kədərin təcrübi, habelə emosional ifadəsi.

Əzadarlıq

  • Ana Səhifə
  • Vikipediya
  • Əzadarlıq

Yas və ya matəm – sevilən insanın itkisinin ardınca baş verən kədərin təcrübi, habelə emosional ifadəsi.

Əksər mədəniyyətlərdə matəm simvolu kimi qəbul olunan qara lent

Bir ifadə kimi yas həm də vəfat edən şəxsin ardınca təşkil olunan və bir sıra məxsusi elementlər və hərəkətlər toplusu ilə müşayiət olunan rəsmi və ya qeyri-rəsmi tədbirləri də ifadə edir. Bu zaman, əksərən qara rəngli libaslardan istifadə olunur. Lakin dünyanın fərqli yerlərində başqa formada paltarların da məxsusi olaraq yas, yaxud matəm üçün seçildiyi də müşahidə olunur. Şəxsin itkisinin emosional təsirlərinə ən çox məruz qalan şəxs, ya da şəxslərdə sosial fəaliyyətlərdən çəkinmə, özünə qapanma, vəfat edənin xatirəsini yad etmə kimi psixoloji məqamlar özünü büruzə verir. Bəzən sözügedən hadisədən mütəəssir olanların dini rituallara yönəldiyi də məlumdur.

Yas mərasimlərinin forması mədəni, coğrafi, habelə dini amillərlə birbaşa bağlıdır. Bununla yanaşı, qeyd olunan mərasimlərin mahiyyəti arasında da bir sıra fərqlər mövcuddur. Məsələn, bəzən hansısa dövlət rəhbərinin vəfatı üzərinə ölkə miqyasında rəsmi matəm elan oluna bilər. Bu zaman bir sıra xüsusi protokol qaydaları əsasında ölmüş rəhbərin xatirəsi ailə üzvlərinin, rəsmi şəxslərin, zaman-zaman kütlələrin iştirakı ilə yad edilir.

Matəm saxlamağın sosial normaları və qaydaları cəmiyyətdən cəmiyyətə dəyişir. Məsələn, Yaxın Şərqdə yas mərasimləri zamanı əsasən qara rəngli libaslar geyinildiyi halda, Uzaq Şərq ölkəsi olan Çində matəmin rəngi ağdır. Buna baxmayaraq, bir qayda olaraq məxsusi libasların geyilməsi, aksesuarlardan istifadə, yaxud mərasimlərin keçirilməsi bu hadisəyə xas olan əlamətlərdəndir. Bəzi mədəniyyətlərdə mərasimlər dəfnin ardınca qısa, bəzilərində isə daha uzun zaman kəsiyini əhatə edə bilir.

Etimologiyası

"Yas" sözü Azərbaycan dilinə qədim türk dilindən keçmişdir. "Matəm" sözü ərəbmənşəlidir və "cənazə mərasimi, cənazə mərasimində ağı deyən bir qrup qadın" mənasını daşıyan "مأتم" sözündən gəlmişdir.

Həmçinin bax

  • Onlayn yas

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əzadarlıq haqqında məlumat. Əzadarlıq nədir? Əzadarlıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Toxmaq (Altınova)

  • Fevral 27, 2026

    Bakı arxipelaqı

  • Fevral 27, 2026

    Ziyadoğlular

  • Fevral 27, 2026

    Qriqor Nazianzen

  • Fevral 27, 2026

    Kinetik enerji

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst