Baraba dili və ya Baraba tatar dili - Sibirdə təxminən 8000 nəfərin danışdığı türk dili Sibir-tatar dilinə çox yaxındır. Bu səbəbdən bəzi dilçilər bu dilin tatar dilinin bir qolu olduğunu iddia edirlər.
| Baraba dili | |
|---|---|
| Orijinal adı | бараба татар теле |
| Ölkə | Rusiya |
| Regionlar | Novosibirsk vilayəti, Omsk vilayəti |
| Danışanların ümumi sayı | 8 min |
| Təsnifatı | |
| Kateqoriya | Avrasiya dilləri |
| |
| Yazı | yoxdur |
| Dil kodları | |
| Dilin strukturlarının dünya atlası | ttb |
| Atlas of the World’s Languages in Danger | 1334 |
| LINGUIST List | tat-bar |
| ELCat | 1123 |
| Glottolog | bara1273 |
Orta yaşlı şəxslər və gənc nəsil rus və Volqa-Ural tatar dillərində danışsa da, Baraba ləhcəsindən yalnız yaşlı nəsil istifadə edir.
Tarix
Ərəb qrafikası tarixən Sibir tatarının yazılması üçün istifadə edilmişdir. Latın qrafikası 1928-ci ildə qəbul edildi, lakin 1938-ci ildə kiril qrafikası ilə əvəz olundu.Standart Volqa tatar dili yerli məktəblərdə geniş şəkildə tədris olunsa da, Baraba tatar dili deyil.
Coğrafi paylanma
Baraba tatar dili əsasən Rusiyanın Novosibirsk vilayətində, Omsk vilayətində danışılır. Yerli tatar məktəblərində standart Volqa-Ural tatar dili tədris olunur.
Həmçinin bax
- Sibir tatar dili
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Baraba dili haqqında məlumat. Baraba dili nədir? Baraba dili nə deməkdir?