Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Balxaş gölü (köhnə türkcə. Terinğ köl; qaz. Balqaş Köli) —Cənub-Şərqi Asiyada Balxaş-Alakul çökəkliyində yerləşən göl. Su hövzəsi 413,000 km²-dir. Qazaxıstan sə

Balxaş gölü

  • Ana Səhifə
  • Vikipediya
  • Balxaş gölü

Balxaş gölü (köhnə türkcə. Terinğ köl; qaz. Balqaş Köli) —Cənub-Şərqi Asiyada Balxaş-Alakul çökəkliyində yerləşən göl. Su hövzəsi 413,000 km²-dir. Qazaxıstan sərhədləri içərisində olan, maksimum uzunluğu 605 km, maksimum genişlik isə şərqdə 74 km, qərbdə 19 km-dir. Sahəsi 16.996 km²-dir. Ən dərin nöqtəsi 25,6 metr ikən, ortalama dərinlik 5,8 metrdir. Sahillərinin uzunluğu 2.385 km-dir. Dənizdən yüksəkliyi 341,4 metrdir.

Balxaş
qaz. Balkaş
Balxaş gölü
Balxaş gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 340 m
Eni 9 km – 74 km
Uzunluğu 605 km
Sahil uzunluğu 2 385 km
Sahəsi 16 km²
Həcmi 112 km³
Dərin yeri 26 m
Orta dərinliyi 5,8 m
Axan çay yoxdur
Şəffaflığı 1-5,5 m
Yerləşməsi
46°32′27″ şm. e. 74°52′44″ ş. u.HGYO
Ölkə  Qazaxıstan
Balxaş xəritədə
Balxaş
Balxaş
Balxaş (Qazaxıstan)
Nöqtə
Balxaş
Balxaş gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Balxaş gölü iki hissəyə ayrılır. Qərb hissəsi dayaz və enli, sahilləri çox parçalanmışdır. Suyu şirindir. Şərq hissəsi nisbətən dar, sahilləri az girintili-çıxıntılıdır. Burada su bir qədər şordur. Balxaş gölünün şimal sahilləri hündür və sıldırımlı, cənub sahilləri alçaq və hamardır. Gölə İli çayı, Qaratal, Aksu, Lepsa və s. çaylar tökülür. Səhra iqlimi var. Orta temperatur iyulda təqribən 24°C, yanvarda isə -8°C-dir. Noyabrdan aprelin ortalarınadək donur. Suyun temperaturu dekabrda 0 °C, iyulda 28°C olur. İllik yağıntının miqdarı təqribən 180 mm-dir.

Balxaş gölünün heyvanlar aləmi az inkişaf etmişdir. Suf, marinka və xanı balığı tutulur. Çəki balığı, Aral nərəsi və s. yetişdirilir. Su quşları çoxdur. Bu, göl gəmiçiliyə yararlıdır. Burılbaytal və Burli-Tobe mühüm əhəmiyyət kəsb edən limanlarıdır. Balxaş şəhərindəki mədən-metallurgiya kombinatında gölün suyundan istifadə edilir.

Gölün tarixi

Göl uzun illər boyunca Çin hakimiyyətində idi. Çinin cənub-şərqdəki ən uc sərhədini təşkil edirdi. Lakin 1864-cü ildə çinlilərin "Haqsız andlaşma" dedikləri razılaşma ilə Balxaş gölü Rusiyaya verildi. SSRİ-nin dağılması ilə göl rəsmi olaraq Qazaxıstan sərhədləri içində qaldı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Balxaş gölü haqqında məlumat. Balxaş gölü nədir? Balxaş gölü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İman

  • Fevral 27, 2026

    Quba mahalı

  • Fevral 27, 2026

    E.ə. 385

  • Fevral 23, 2026

    XVIII əsr

  • Fevral 27, 2026

    Kalavun

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst