Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Baltoro (urdu بلتورو گلیشیر) — qütblərdən kənarda yerləşən dünyanın ən böyük buzlaqlarından biri. Baltoro buzlağı Mərkəzi Karakorum silsiləsində, Baltoro Muztaq

Baltoro buzlağı

  • Ana Səhifə
  • Vikipediya
  • Baltoro buzlağı

Baltoro (urdu بلتورو گلیشیر) — qütblərdən kənarda yerləşən dünyanın ən böyük buzlaqlarından biri. Baltoro buzlağı Mərkəzi Karakorum silsiləsində, Baltoro Muztaq (şimalda) və Maşerbrum (cənubda) silsilələri arasında yerləşir. Ərazi Kaşmir ərazisi tərkibində olmaqla Pakistan tərəfindən nəzarətdədir. Avropalı tədqiqatçılar ilk dəfə Baltoro buzlağına XIX əsrdə gəlib çatmışlar. 1856-cı ilin avqustunda Adolf Şlaqintveyt ilk dəfə olara buzlağı tədqiq etmişdir.

Baltoro
urdu بلتورو گلیشیر
Baltoro buzlağının kosmosdan görünüşü
Baltoro buzlağının kosmosdan görünüşü
Ümumi məlumatlar
Tipi Dağ buzlağı
Uzunluğu 62 km
Sahəsi 524 km²
Qalınlığı 750 m
Yerləşməsi
35°44′11″ şm. e. 76°22′51″ ş. u.HGYO
Ölkə  Pakistan
Region
  • Gilgit-Baltistan
Baltoro xəritədə
Baltoro
Baltoro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Buzlağın uzunluğu 62 km, sahəsi 750 km²-dir. Baltoro buzlağının ümumi uzunluğu Cənubi Qaşerbrum axını ilə birgə hesablanır. Bu axın Qaşerbrum IV (7932) və Qaşerbrum III (7946) zirvələri arasından, 7200 metr hündürlüyə malik yayladan başlayır. Qaşerbrum IV massıvini cənubdan yvarlaqlaşdıraraq Baltoro şimaldan növbəti sağ axını olan Qodvin-Osteni qəbul edir (ing. Godwin Austen). Qodvin-Osten öz başlanğıcını dünyanın ikinci ən hündür zirvəsi olan K2-nin şərq yamaclarında yerləşən sirkdən alır. Buzlağın aşağı ətəyi dəniz səviyyəsindən 3400 metr yüksəklikdə yerləşir. Qar xəttinin hündürlüyü — 5100 metrdir.

4600-4650 metr hündürlükdə Baltoro və Qodvin-Ostin bulzaqlarının birləşdiyi yerdə geniş yastı ərazi formalaşıb. Bu ərazi Konkordiya adlanır. Konkordiyadan aşağıya Baltoro buzlağı 35 km məsafədə düz xətt üzrə qərbə uzanır və 3400 metr yüksəklikdə bitir. Buzlağın bitdiyi ərazidən Biafo çayı formalaşır. Orta axarda çay Braldu, Hind çayına tökülənə qədər isə Şiqar adlanır.

Baltoro buzlağına ondan çox axın birləşir. Bu axınların hər biri özlüyündə mürəkkəb dərə buzlaqlarıdır.

Baltoro buzlağı hövzəsinin xəritəsi. Kosmosdan çəkiliş.

XIX əsrin əvvəllərində Baltoro buzlağından və onun sağ axını olan Muztaqdan karvan yolu keçirdi. Yol Muztaq (5860) aşırımından keçərək Kaşmirin Yarkend çayı vadisinə düşür. Sonrakı dövrlərdə qar axınlarının böyüməsi nəticəsində karvan yolu yararsız vəziyyətə düşmüşdür.

XX əsrdə buzlaq yetərincə geriləmiş (1929-58-ci illərdə 300 metr). Kosmik çəkilişlərə əsasən 1970-ci ildən buzlaq dilinin vəziyyəti dəyişməyib.

Baltoro buzlağından bir çox dağ zirvələrinə gedən marşrut keçir. Mərkəzi Karakoruma gedən ekspedisiyanı, eləcə də, Tranqo Tauer, Muztaq Tauer (7276), Çaqori (8611), Skyanq Kanqri (7545), Broud Pik (8051), Qaşerbrum IV (7932), Qaşerbrum III (7946), Qaşerbrum II (8034), Xidden Pik (8080) və Maşerbrum (7821) zirvələrinə gedən marşrutları misal göstərmək olar.

Şəkillər

  • Çaqori tərəfdən buzlağın görünüşü
    Çaqori tərəfdən buzlağın görünüşü
  • Buzlağın ümumi görünüşü
    Buzlağın ümumi görünüşü
  • Urdukas keminqindən buzlağın görünüşü
    Urdukas keminqindən buzlağın görünüşü
  • Buz köbələyi
    Buz köbələyi
  • Blafo çayı
    Blafo çayı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Baltoro buzlağı haqqında məlumat. Baltoro buzlağı nədir? Baltoro buzlağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    İkinci Milli

  • Mart 01, 2026

    Co Elvin

  • Fevral 24, 2026

    Ayaz Mütəllibov

  • Fevral 28, 2026

    Bernard Luis

  • Fevral 27, 2026

    Əbdülvahab Yurdsevər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst