Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ballıqaya qətliamı — Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 28 avqust 1992-ci il tarixdə dinc əhaliyə qarşı soyqırımı.

Ballıqaya qətliamı

  • Ana Səhifə
  • Vikipediya
  • Ballıqaya qətliamı

Ballıqaya qətliamı — Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 28 avqust 1992-ci il tarixdə dinc əhaliyə qarşı soyqırımı.

Ballıqaya qətliamı
Qarabağ münaqişəsi
Ballıqayada soyqırım günü: Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyində soyqırıma aid hadisədən sonra çəkilmiş bir neçə şəkildən düzəldimiş kollaj
Tarix 28 avqust 1992-ci il
Yeri Yuxarı Ballıqaya, Goranboy rayonu, Azərbaycan
Səbəbi Ərazidə məskunlaşan dinc əhali arasında vahimə yaratmaq.
Nəticəsi Dinc sakinlər arasında çox sayda şəhid və yaralanlar oldu.
Ərazi dəyişikliyi Ərazidə dinc əhalinin yaşamasına son qoyuldu.
Ümumi itkilər
24 nəfər şəhid,
5 nəfər ağır yaralı,
4 nəfər yüngül xəsarət

    Mündəricat

    Hadisə öncəsi

    1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşdılar.

    Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi köçkün kimi məskunlaşdı.

    1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan, Azərbaycanın fərqli bölgələrində məskunlaşan, yaxın qohumluq münasibətləri olan bu ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan məsləhətləşmələr apardıqdan sonra heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədilə Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisində alaçıqda (çadırda) məskunlaşdılar.

    Hadisə günü

    Məskunlaşdıqdan üç gün sonra 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid oldu.

    Qətliamın canlı şahidlərindən olan Züleyxa Abdullayevanın Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyinin arxivində saxlanılan şahid ifadəsində deyilir:

    " 1992-ci il 27 avqust tarixindən 28 avqust tarixinə keçən gecə saat 5 radələrində güllə səslərinə ayıldıq. Ailə üzvlərim və mən finski evin sol otağında yatmışdıq, sağ otaqda isə Hümbətov Vəzir və onun ailəsi qalırdı. 6 uşağı və yoldaşı. Ev hər tərəfdən müxtəlif silahlardan atəşə tutulurdu. Birdən Hümbətov Vəzirin ailəsinin qaldığı otağın yandığını gördüm. Atəş səsləri təxminən yarım saat davam etdi. Biz səsimizi çıxarmadıq deyə, təsadüf nəticəsində sağ qaldıq.
    Züleyxa Abdullayeva
    "

    Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun üzvləri heç kəsin sağ qalmadığını zənn etsələrdə təsadüf nəticəsində ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr almışdılar. 5 nəfər ağır yaralandı, 4 nəfər isə yüngül xəsarətlər aldı.

    Hadisə zamanı hər iki valideynini itirən 3 az yaşlı uşaq xəsarət almışdır.

    Soyqırım qurbanları

    № Soyadı, adı, atasının adı Təvəllüdü Doğum yeri Yaşı Dəfn olunduğu yer
    1 Abdullayev Abdulla Bədəl oğlu 1934 Nağdalı, Laçın rayonu 58 Qaradəmirçi, Bərdə rayonu
    2 Abdullayev Fərman Abdulla oğlu 20.03.1962 Nağdalı, Laçın rayonu 30 Qaradəmirçi, Bərdə rayonu
    3 Abdullayeva Səadət Abdulla qızı 01.12.1973 Nağdalı, Laçın rayonu 19 Qaradəmirçi, Bərdə rayonu
    4 Alməmmədova Kəmalə Şəmil qızı 12.03.1976 Nağdalı, Laçın rayonu 16 Tumaslı, Bərdə rayonu
    5 Alməmmədova Minarə Əbülqasım qızı 1930 Nağdalı, Laçın rayonu 62 Tumaslı, Bərdə rayonu
    6 Alməmmədova Zeynəb Şəmil qızı 02.02.1972 Nağdalı, Laçın rayonu 20 Tumaslı, Bərdə rayonu
    7 Hümbətov Bəxtiyar Vəzir oğlu 23.01.1982 Nağdalı, Laçın rayonu 10 Güllücə, Ağdam rayonu
    8 Hümbətov Canpolad Vəzir oğlu 06.03.1992 Nağdalı, Laçın rayonu 6 aylıq Güllücə, Ağdam rayonu
    9 Hümbətov Elçin Vəzir oğlu 09.01.1980 Nağdalı, Laçın rayonu 12 Güllücə, Ağdam rayonu
    10 Hümbətov İsmayıl Vəzir oğlu 22.02.1984 Nağdalı, Laçın rayonu 8 Güllücə, Ağdam rayonu
    11 Hümbətov Nəbati Vəzir oğlu 01.02.1986 Nağdalı, Laçın rayonu 6 Güllücə, Ağdam rayonu
    12 Hümbətova Gülnar Vəzir qızı 20.02.1988 Nağdalı, Laçın rayonu 4 Güllücə, Ağdam rayonu
    13 Hümbətova Hürzaman Qara qızı 10.09.1959 Nağdalı, Laçın rayonu 33 Güllücə, Ağdam rayonu
    14 Mehdiyev Fikrət Hümbət oğlu 10.10.1961 Nağdalı, Laçın rayonu 31 Nazırlı, Bərdə rayonu
    15 Mehdiyev Hümbət Əbülqasım oğlu 1930 Nağdalı, Laçın rayonu 62 Nazırlı, Bərdə rayonu
    16 Mehdiyev Mehdi Hümbət oğlu 01.01.1973 Nağdalı, Laçın rayonu 19 Nazırlı, Bərdə rayonu
    17 Mehdiyev Rəhbər Məhəmməd oğlu 1953 Nağdalı, Laçın rayonu 39 Nazırlı, Bərdə rayonu
    18 Mehdiyeva Ayna Hümbət qızı 30.10.1967 Nağdalı, Laçın rayonu 25 Nazırlı, Bərdə rayonu
    19 Mehdiyeva Bəyim Aydın qızı 1959 Şamkənd, Laçın rayonu 33 Nazırlı, Bərdə rayonu
    20 Mehdiyeva Gülayə Əli qızı 1925 Şamkənd, Laçın rayonu 67 Nazırlı, Bərdə rayonu
    21 Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahimxəlil qızı 1935 Nağdalı, Laçın rayonu 57 Nazırlı, Bərdə rayonu
    22 Kəlbalıyeva Nübar Muradxan qızı 01.12.1952 Kürdhacı, Laçın rayonu 40 Nazırlı, Bərdə rayonu
    23 Mehdiyeva Suraya Məhəmməd qızı 14.09.1956 Nağdalı, Laçın rayonu 36 Nazırlı, Bərdə rayonu
    24 Vəliyeva Zeynəb Hüseyn qızı 1882 Nağdalı, Laçın rayonu 110 Tumaslı, Bərdə rayonu

    Cinayət işinin açılması

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü - soyqırım, 107-ci - əhalini deportasiya etmə və ya məcburi köçürmə, 113-cü - işgəncə, 115-ci - müharibə qanunlarını və adətlərini pozma, 116-cı - silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaq, 120-ci - qəsdən adam öldürmə, 214-cü - terrorçuluq və digər müxtəlif maddələrlə müvafiq şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə göndərilmişdir.

    Hadisədən sonrakı illər

    Ermənilər tərəfindən törədilmiş bu soyqırım hadisəsinə aid açılmış cinayət işinin materialları və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyində qorunub saxlanılır.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Nağdalı kənd klubuna Mehdiyev Rəhbər Məhəmməd oğlunun adı verilmişdir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ballıqaya qətliamı sözünün mənası, ballıqaya qətliamı haqqında məlumat. ballıqaya qətliamı nədir? ballıqaya qətliamı nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      II Şahnəzər

    • Mart 06, 2026

      Bonistika

    • Fevral 27, 2026

      Emil Yanninqs

    • Fevral 27, 2026

      Porto Alegre

    • Mart 05, 2026

      Barokko rəssamlığı

    Trend Mahnılar
    • Mart 07, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Mart 07, 2026

      Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

    • Mart 07, 2026

      Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

    • Mart 07, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Mart 07, 2026

      Şəbnəm Tovuzlu - Sən Də Gəl

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst