Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

II Şahnəzər — Vərəndə məliki və Qarabağ xanı Pənahəli xanın Xəmsə məlikləri arasında əsas müttəfiqi.

II Şahnəzər

  • Ana Səhifə
  • Vikipediya
  • II Şahnəzər

II Şahnəzər — Vərəndə məliki və Qarabağ xanı Pənahəli xanın Xəmsə məlikləri arasında əsas müttəfiqi.

Məlik II Şahnəzər
Vərəndə məliki
1743/1747 – 1792
ƏvvəlkiMəlik Hovsep və ya Məlik Mirzəbəy
SonrakıMəlik Cümşüd
Şəxsi məlumatlar
Doğum tarixi 1725/26 və ya 1731
Vəfat tarixi 1792
Vəfat yeri Vərəndə, Qarabağ
Atası Məlik Hüseyn
Anası Zöhrə xanım
Uşağı Məlik Cümşüd
Ailəsi Şahnəzərovlar (ata tərəf), Kəngərlilər (ana tərəf)
Dini xristian

Mündəricat

Faəliyyəti

II Şahnəzərin anası Zöhrə xanım Naxçıvan xanının qızı idi. Zöhrəni Məlik Hüseyn qaçırmış və onunla evlənmişdi. Bir və ya iki il sonra Şahnəzər dünyaya gəlmişdi. Şahnəzər Nadir şahın ölümündən sonra atabir qardaşı olan Hovsepi öldürərək hakimiyyətə gəlmişdi. Azərbaycan tarixçiləri Mirzə Adıgözəl bəy və Əhməd bəy Cavanşirə görə isə o, qardaşını yox, əmisini öldürərək hakimiyyətə gəlmişdir. Daha sonra II Şahnəzər Hovsepin oğlu Sayı bəyi də öldürmüşdür.

II Şahnəzər Qarabağ xanı Pənahəli xanın hakimiyyətini qəbul etmişdir. O, qızı Hurizad xanımı Pənahəli xanın oğlu İbrahimxəlil xanla evləndirərək Qarabağ xanlığı ilə ittifaqını daha da gücləndirmişdir.

II Şahnəzərin qanuni yolla hakimiyyətə gəlməsi haqqında fikir də mövcuddur. Tarixçi Pavel Çobanyanın fikrinə görə, Azərbaycan tarixçiləri Mirzə Adıgözəl bəy və Əhməd bəy Cavanşir onun qanunsuz yolla hakimiyyətə gəldiyini göstərərək Qarabağ xanlarının və onların övladlarının irsi hüquqlarını təsdiq etmək və Məlik-Şahnəzərlərin Rusiya hakimiyyəti qarşısında nüfuzdan salmaq istəyirdilər. Buna baxmayaraq, Azərbaycan tarixçilərinin II Şahnəzərin qanunsuz yolla hakimiyyətə gəlməsi haqqında fikirləri erməni müəllifləri tərəfindən qəbul edilmiş və təkrarlanmışdır.

Mirası

Erməni müəllifi Raffi II Şahnəzəri qohumlarını öldürdüyü, Vərəndədə hakimiyyəti zorla ələ keçirdiyi və Qarabağ xanı Pənahəli xanla müttəfiq olduğu üçün "xain və cani" adlandırır. Raffiyə görə, II Şahnəzər şəxsi həyatında farsların çoxarvadlılıq adətlərini qəbul etmiş, bununla da xristian mənşəli insanların dini hislərinə təsir etmiş, digər məliklərin nifrətinə səbəb olmuşdur. Qarabağa səfər etmiş erməni səyyahı Yosef Emin qeyd edir ki, II Şahnəzərin müttəfiqi Mirzə xanın arvadı məliyi "Pənahəli xanın həqiqi dostu, fars dilində təhsil almış və müsəlmanların bizim dağlarımızda təsisçisi" kimi təsvir edirdi. Qadının fikrinə görə, II Şahnəzər xristian adına layiq deyildi. II Şahnəzər xalq hekayələrində təlxək Pele Puği vasitəsilə gülməli vəziyyətlərə düşərək ələ salınmışdır. O, Amaras monastırını təmir edərək, bəzi müəlliflərə görə, günahlarının bağışlanacağına ümid etmişdir.

II Şahnəzərin oğlu Məlik Cümşüd Qarabağ xanı İbrahimxəlil xanın Qacarlara qarşı mübarizəsinə kömək etmişdir. Cümşüd 1805-ci ildə İbrahimxəlil xanın rusların hakimiyyətini qəbul etməsinə kömək etmiş, İbrahimxəlil xan Qacar şahzadəsi Abbas Mirzənin tərəfinə keçəndə Dmitri Lisaneviçlə birlikdə onu öldürmüşdür.

Ədəbiyyat

  • Akimova, Lada. "Karen Shakhnazarov: 'Ia ne ėkraniziruiu svoiu zhiznʹ'". Izvestia (rus). 8 may 2006. 28 may 2009 tarixində .
  • Beknazaryants, Apres. Gaghtnikʻ Gharabaghi: patmakan hushagrutʻyun [Secrets of Karabakh: a historical memoir] (erməni). Stepanakert: Dizak plyus hratarakchʻutʻyun. 2018. ISBN 978-9939-1-0770-7.
  • Bournoutian, George A. A History of Qarabagh: An Annotated Translation of Mirza Jamal Javanshir Qarabaghi's Tarikh-e Qarabagh. Costa Mesa: Mazda Publishers. 1994. ISBN 978-1568590110.
  • Bournoutian, George A. Two Chronicles on the History of Karabagh: Mirza Jamal Javanshir's Tarikh-e Karabagh and Mirza Adigözal Beg's Karabagh-name. Costa Mesa: Mazda Publishers. 2004. ISBN 978-1-56859-179-7.
  • Chobanyan, Pavel. "Problema legitimnosti karabakhskikh khanov v kontekste politicheskoĭ istorii Shushi" [The question of legitimization of the Karabakh khans in the context of the political history of Shushi]. Patma-Banasirakan Handes (rus) (1). 2014: 164–182.
  • Emin, Joseph. Apcar, Amy (redaktor). Life and Adventures of Emin Joseph Emin 1726–1809, Written by Himself (Second). Calcutta: Baptist Mission Press. 1918.
  • Hasan-Jalaliants, Sergius [Sargis]. A History of the Land of Artsakh. English translation by Kaʼren V. Ketendjian; historical introduction, editing, maps, charts and annotations by Robert H. Hewsen. Costa Mesa: Mazda Publishers. 2013. ISBN 978-1-56859-174-2.
  • Hayrapetyan, Tamar. Suvaryan, Yu. (redaktor). Gharabaghi aṛakakhos Pěl Pughu sotsʻial-kʻaghakʻakan ergitsankʻě [The Social and Political Satire of Jester Pele Pughi from Kharabakh]. Historical-Cultural Heritage of the Armenian Highland (erməni). Yerevan State University Press. 2012. 83–85. ISBN 978-5808416055.
  • Hewsen, Robert H. "The Meliks of Eastern Armenia: A Preliminary Study". Revue des Études Arméniennes. Nouvelle série. IX. 1972: 285–329.
  • Lalayan, Yervand. "Varanda". Azgagrakan Handes (erməni). II. 1897: 4–244.
  • Maghalyan, Artak. Artsʻakhi melikʻutʻyunnerě ev melikʻakan tnerě XVII-XIX dd [The melikdoms and melikal houses of Artsakh in the 17th–19th centuries] (erməni). Yerevan: HH GAA "Gitutʻyun" hratarakchʻutʻyun. 2007. ISBN 978-5-8080-0714-7.
  • Maghalyan, Artak. "The Origin of the Khanate of Karabakh". Journal of the Society for Armenian Studies. 29 (1–12). 27 fevral 2024: 1–12. doi:10.1163/26670038-12342801. eISSN 2667-0038.
  • Montgomery, Isobel. "Obituary: Georgy Shakhnazarov". The Guardian. 28 may 2001. 2 iyul 2023 tarixində .
  • Nersesov, Mirza Yusuf. Chsmartatsʻi patmutʻyun [A Truthful History] (erməni və ingilis). Translation, introduction and commentary by K. P. Kostikian. Yerevan: Zangak-97. 2000. ISBN 978-99930-2-137-7.
  • Raffi. Erkeri zhoghovatsu [Collected works]. 10. Yerevan: Haypethrat. 1964.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, II Şahnəzər haqqında məlumat. II Şahnəzər nədir? II Şahnəzər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dor (mifologiya)

  • Fevral 27, 2026

    Hollivud

  • Fevral 28, 2026

    Türkeşlər

  • Fevral 26, 2026

    Orasio Vekki

  • Fevral 23, 2026

    4 iyun

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst