Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Balkan dağları (bolq. Ста́ра планина́, serb. Стара планина / Stara planina) — Bolqarıstanın qərbindən şərqinə doğru uzanaraq ölkəni iki yerə bölən dağ. Dağın uz

Balkan dağları

  • Ana Səhifə
  • Vikipediya
  • Balkan dağları

Balkan dağları (bolq. Ста́ра планина́, serb. Стара планина / Stara planina) — Bolqarıstanın qərbindən şərqinə doğru uzanaraq ölkəni iki yerə bölən dağ. Dağın uzunluğu 600 km-dir.

Balkan dağı
Balkan Dağları
Balkan Dağları
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2376 m
Yerləşməsi
42°47′03″ şm. e. 24°58′34″ ş. u.HGYO
Ölkə  Bolqarıstan
Vilayət
  • Balkan yarımadası
Balkan dağı xəritədə
Balkan dağı
Balkan dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Balkan dağları Dəmirqapı boyunca Dunay çayının keçdiyi cənubi Karpat dağlarının təbii davamıdır. Bu dağlar "Balkan yarımadası" və "Balkanlar" coğrafi adlarının əsasını təşkil etmişdir. Bu dağ ölkəsinin ərazisi XX əsrin 70-ci illərinin sonlarından sovet və Bolqarıstan coğrafiyaşünasları tərəfindən etibarən tədqiq olunmağa başlanmışdır. Elmi işlər Stara Planina və Qafqazın ərazilərinin müqayisəli tədqiqatı proyektinin bir hissəsi idi və ona SSRİ EA Coğrafiya İnstitutunun direktoru İ. P. Gerasimov və Bolqarıstan EA Coğrafiya İnstitutunun direktoru J. S. Qlıbov rəhbərlik edirdi.

Qədim dövrlərdə dağ silsiləsi Hem, Em (q.yun. Αἶμος, lat. Haemus, İordan buranı Hemus и Emus adlandırmışdır), bəzən Hemmimont (Haemimontium, İordanın əsərlərində Emimontium) deyilirdi. Ovidə görə, Trakyanın mifoloji kralı Hem tanrıların cəzası olaraq bu dağlara çevrilmişdir.

Mündəricat

Zirvəsi

Ən hündür nöqtəsi Botevdir (2376 m). Bu dağda çoxlu müharibələr olmuşdur. Balkan dağları balkan yarımadasında yerləşdiyi üçün Balkan dağı adlanır.

Milli parkları

Balkan dağlarında 4 milli park vardır.

  • Sinite Kamani
  • Balgarka
  • Vrancanski Balkan
  • Stranina Planina

Bu milli parklarda dağın fauna və florası qorunur. Antik dövlərdə Balkan dağları Hemus (bolqar dilində Xemus), yunanca aimos, latınca Haemus adlandırılmışdır.

Relyefi

balkan sıra dağları 600 km uzanaraq Tuma gölünə qədər davam edir. Sıradağ Trakya ərazisinin təbii sərhəddinin təşkil edir. Dağın bəzi hissələrinin hündürlüyünün az olması burada keçidlərin yaranmasına şərait yaratmışdır. bu keçidlərdə ən vacibi Şipka dövlət keçididir. Burada bir çox vadilər vardır. Onlardan ən məşhuru İskar vadisidir. Ən yüksək nöqtəsi 2376 m-dir. Dağ 3 hissəyə bölünür: Qərbi Balkan, Orta Balkan və Şərqi Balkan

İskar Nehri ve Vadisi

Karst mağaraları

Balkan dağlarında karst, xüsusilə də qərb hissəsində inkişaf edib. Aşağıda ən böyük və ən məşhur mağaralar göstərilib:

  • Divar yazıları olan Maqura
  • Sıyeva dupka
  • Ledenika və s.

Faydalı qazıntıları

Burada mis, qurğuşun-sink və dəmir filizləri, kömür və qəhvəyi kömür yataqları yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Balkan dağları haqqında məlumat. Balkan dağları nədir? Balkan dağları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Sun Microsystems

  • Fevral 23, 2026

    Stokholm

  • Fevral 24, 2026

    Türk lirəsi

  • Fevral 19, 2026

    Oslo

  • Fevral 23, 2026

    Eyzenax

Trend Mahnılar
  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst