Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Balahəsənli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Teymur Müskənli kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub.

Balahəsənli

  • Ana Səhifə
  • Vikipediya
  • Balahəsənli

Balahəsənli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Teymur Müskənli kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub.

Balahəsənli
39°25′35″ şm. e. 46°31′38″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qubadlı
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Balahəsənli xəritədə
Balahəsənli
Balahəsənli

Mündəricat

Tarixi

Balahəsənli etimologiyası, bu kəndin əsasını qoyan Balahəsənlilər nəslinin adı ilə bağlıdır (nəsil şəcərəsi; Həsən bəy Sultanov, Məşədi Paşa Sultanov, Səlim Həsənov, Murad Həsənov, Turabxan Həsənli). Həsən bəyin nəvəsi Səlim kişinin sözlərinə görə, bu nəslin ailə başçısı olan Həsən bəyin adı ilə kənd Həsənin yurdu mənasında Balahəsənli, kəndin ətrafındakı dağlar isə bəyin bacısı Şərəfağanın adına hörmət əlaməti olaraq Şərəfağa dağları adlandırılmışdır.

Yaşlı kənd sakinlərinin sözlərinə görə, bu kəndin əsasını 1918-ci ildə Qərbi Azərbaycanın Ağvani kəndində didərgin salınmış Azərbaycanlı ailələr salmışdır.

Arıq dərə, Kor bulaq, Şurreyin şəlaləsi, Çinarlı dərə, Qarluq, Ocaq dərəsi, Novlar, Ağzı gen, Daranlar, Quru dərə, Sulu dərə, Hüseyin dərəsi, Gödək dərə, Çəvlik, Çəmənli, Pərinc quzeyi, Taxta yol, Bərələr, Haqq kahası, Bacalı, Çəmənli, Yazı düzü, Yazı bulağı, Şor bulaq, Sarı qaya və.s. kimi yer adlarının bu gün belə Balahəsənlilər arasında xatırlanması, bir daha daş yaddaşımızın unudulmadığına dəlalət edir.

Ərazisi

Balahəsənli kəndi Bərgüşad çayının sahilində, Qarabağ yaylasının ətəyində yerləşir. Balahəsənli kənd yolunun altından burulan Bazarçay, bu ərazidən başlayaraq Bərgüşad adı altında axmaya başlayır. Kəndin ortasından keçən ana yolla qonşu kəndlərlə əlaqə saxlayan bu kiçik dağ kəndinin insanları, rayon mərkəzi ilə olan gediş-gəlişdə hər hansı ciddi bir problem yaşamırdılar.

Əhalisi

Ucqar dağ kəndi olan Balahəsənli, 1918-ci ilə kimi "köhnə qışlaq" deyilən yerdə yerləşmişdir. Tarixi faktlar da sübut edir ki, Andranik Ozanyanın rəhbərliyindəki Erməni Daşnakları 1917-ci ilin payızında keçmiş Zəngəzur qəzasında misli görülməmiş vəhşiliklər törətmişdir. Bu vandalizmdən əziyyət çəkənlərdən biri də Balahəsənli sakinləri olmuşdur. Qarabağ general-qubernatorunun AXC Daxili İşlər nazirinə göndərdiyi 1920-ci ilin 19–26 yanvar tarixləri arasında ermənilər tərəfindən Zəngəzur qəzasında yandırılmış və dağıdılmış Azərbaycan kəndlərinin siyahısında Balahəsənli kəndinin də adı çəkilir. Ələ keçirilən ərazilərdə əsl soyqırımı həyata keçirən ermənilər digər kəndlər kimi Balahəsənli kəndini də yandırmış və əhalisinə olmazın işgəncəsin vermişdir. Bu vaxta kimi 300-dən çox evə sahib olan kənd camaatının çoxu, bu hadisədən sonra ya kəndi tərk etmiş ya da ki, xəstəliklərdən tələf olmuşdur. 31 avqust 1993-cü ildə Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilərkən kənddə 11 evin olması bu söylədiklərimizin əyani sübutudur. Yerli kənd sakinlərinin sözlərinə görə, XX əsrin 50-ci illərinin sonlarına kimi köçəri maldarlıq və əkinçiliklə məşğul olan Balahəsənlilər, bu illərdən etibarən köçəri maldarlıqdan uzaqlaşıb oturaq təsərrüfatla məşğul olmaya üstünlük vermişlərdir. Kənd zəhmətkeşləri əkin-biçin yeri olaraq Yazı düzünün geniş otlaq sahələrindən istifadə edirdilər. Uzun və sərt keçən qış günlərində xırda və iribuynuzlu heyvanların ota olan təbii ehtiyacını bu yolla təmin edirdilər. Məhsuldar meyvə bağlarına sahib olan kənd camaatı, diğər bir tərəfdən də mövsümlük tərəvəz məhsullarının becərilməsinə xüsusi ilə önəm verirdi. Demək olar ki, kənardan hər hansı bir qida və yeyinti məhsulları almırdılar. Bərəkətli torpaqlar və insanların zəhmətsevərliyi bu mənada bir-biri ilə çuğlaşmışdı.

Ziyarətgahları

Ocaq Dərəsindəki "Cicimli" ocağı.

Abidələri

Zəngəzur ərazisində ən qədim yaşayış yeri Qubadlı rayonunun Balahəsənli kəndində aşkar olunmuşdur. Xatırladaq ki, IV əsrə aid edilən "Sığınacaq" tipli bu yaşayış yeri Daranlar deyilən ərazidə yerləşir.

Şəxsiyyətləri

1. SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü (1953) professor Əli Əmiraslanov.

2. Azərbaycan SSRİ Nazirlər Sovetinin Birinci Müavini (1951–1954) Möhbalı Əmiraslanov.

Həmçinin bax

  • Qubadlı rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Balahəsənli haqqında məlumat. Balahəsənli nədir? Balahəsənli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    II Axsitan

  • Fevral 27, 2026

    Statinlər

  • Fevral 27, 2026

    Əminə Ərdoğan

  • Fevral 27, 2026

    Satıbəy

  • Fevral 27, 2026

    Dərəçiçək

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst