Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Ağamalı bəy oğlu Əmiraslanov (22 dekabr 1900, Balahəsənli, Zəngəzur qəzası – 16 oktyabr 1962, Moskva) — geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru,

Əli Əmiraslanov

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Əmiraslanov

Əli Ağamalı bəy oğlu Əmiraslanov (22 dekabr 1900, Balahəsənli, Zəngəzur qəzası – 16 oktyabr 1962, Moskva) — geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü (1953).

Əli Əmiraslanov
Əli Ağamalı bəy oğlu Əmiraslanov
Doğum tarixi 1900
Doğum yeri Balahəsənli, Zəngəzur mahalı, Rusiya imperiyası
Vəfat tarixi 16 oktyabr 1962 (61–62 yaşında)
Vəfat yeri Moskva şəhəri, Novodeviçye məzarlığı
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Atası Ağamalı bəy Sultanov
Elm sahəsi geologiya
Elmi dərəcəsi
  • geologiya-mineralogiya elmləri doktoru
Elmi adı
  • Rusiya Elmlər Akademiyasının müxbir üzvü[d]
Təhsili
  • Moskva Mədən Akademiyası[d]
Mükafatları +

Həyatı

Əli Ağamalı bəy oğlu Əmiraslanov 1900-cü ildə Qubadlı rayonunun Balahəsənli kəndində anadan olmuşdur.

1930-cu ildə Moskva Mədən Akademiyasını bitirmişdir.

Əli Əmiraslanov 1930-38-ci illərdə Uralda, Qazaxıstanda, Orta Asiyada və Qafqazda əlvan metallar-sink, mis, qalay və s. yataqlarının öyrənilməsi ilə məşğul olmuş, bir sıra yataqların açılmasında iştirak etmişdir.

1938-54-cü illərdə müxtəlif elmi-tədqiqat geologiya institutlarında işləmiş, Moskva geologiya institutunda dərs demiş, "Sovetskaya Qeoloqiya" elmi jurnalının baş redaktorunun müavini olmuşdur.

Əli Əmiraslanov 1954-62-ci illərdə SSRİ-nin əlvan metallurgiya, geologiya və Yer təkinin mühafizəsi nazirliklərində rəhbər vəzifələrdə çalışmışdır. "Qurğuşun və sink yataqlarının əsas tipləri" (axtarış metodları kəşfiyyat və qiymətləndirmə) "Avstraliyanın qurğuşun-sink yataqları. Yerləşmə qanunauyğunluğu və geoloji xarakteri". "Faydalı qazıntıların axtarılmasının proqressiv metodları" və s. onlarla elmi əsərlərin müəllifidir.

Professor Əli Əmiraslanov orden və medallarla təltif olunmuş, 1962-ci ildə Moskva şəhərində vəfat etmiş və Novodeviçye məzarlığında dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Əmiraslanov haqqında məlumat. Əli Əmiraslanov nədir? Əli Əmiraslanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Seks simvol

  • Fevral 27, 2026

    Fındığan

  • Fevral 24, 2026

    2 sentyabr

  • Fevral 27, 2026

    Elektrum

  • Fevral 27, 2026

    Kutaisi quberniyası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst