Bakı oğrusu — Anar Nağılbaz tərəfindən 1997-ci ildə çəkilmiş musiqili psixoloji-triller.
| Bakı oğrusu | |
|---|---|
| |
| Janr | dram cinayət musiqili |
| Rejissor | Anar Nağılbaz |
| Ssenari müəllifi | Anar Nağılbaz |
| Baş rollarda | Anar Nağılbaz Əhməd Salahov Validə |
| Operator | Ayaz Qocayev |
| Bəstəkar | Anar Nağılbaz |
| İstehsalçılar | "Virtuoz" TRK "Canlı Klip" şou t. |
| İlk baxış tarixi | 1997 |
| Filmin növü | tammetrajlı bədii film |
| Müddət | 99 dəq. |
| Ölkə | |
| Dil | azərbaycanca |
| İl | 1997 |
| Texniki məlumatlar | videofilm |
| Rəng | rəngli (ağ-qara kadrlarla) |
Film repçi Anar Nağılbazın konsertlərdən yığdığı pullarla çəkilib.
Nağılbaz 2017-ci ildə eyniadlı yeni bir kinolayihəyə başlamaq niyyətində olduğunu bildirib və tizer paylaşıb.
Məzmun
Filmdə həbsxanadan yeni çıxan Anar (Anar Nağılbaz) dostu Əhməd (Əhməd Salahov) tərəfindən xəyanətə uğrayır və başa düşür ki, həbsxana azadlıqdan daha ədalətliymiş. Belə vəziyyət filmin qəhrəmanının özünün məhvinə gətirib çıxarır.
Həmçinin, filmdə narkotik vərdişlər tənqid olunur.
Film haqqında
Filmdəki hadisələrin çoxu həqiqətdə baş vermişdir.
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Anar Nağılbaz
- Rejissor: Anar Nağılbaz
- Operator: Ayaz Qocayev
- Bəstəkar: Anar Nağılbaz
- Montaj: Yafət Xeyirov
Rollarda
- Anar Nağılbaz – Anar
- Əhməd Salahov – Əhməd
- Validə — Elnarə
- Telman Adıgözəlov – əcnəbi
- Arif Quliyev – molla
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bakı oğrusu haqqında məlumat. Bakı oğrusu nədir? Bakı oğrusu nə deməkdir?
