Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor.
Bakı funikulyoru | |
|---|---|
![]() Bakı funikulyoru | |
| İstismarı | 5 may 1960 |
| Sürəti | 2,5 m/saniyə |
| Tətbiqi | Sərnişindaşınma |
| İnfrastrukturu | Elektrik şəbəkəsi, rels və kanat yolu |
Tarixi

Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir.
Stansiyaları
"Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.). 2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Təmiri
Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir.
1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilmişdir. Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilmişdir. 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdi. 2011-ci ilin aprelində isə yenidən təmirə dayandırılmışdır. 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər. 2018-ci lin noyabr ayında bir müddət profilaktika işləri ilə əlaqədar fəaliyyətini dayandırıb. 2020-ci ilin mart ayında pandemiya ilə əlaqədar fəaliyyətini 21 ay müddətinə dayandırmışdır.
Qalereya
Bakı funikulyoru 2020-ci ildə
Bakı funikulyorunun qatarı
Qatarlarından biri (21 mart 2014)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bakı funikulyoru haqqında məlumat. Bakı funikulyoru nədir? Bakı funikulyoru nə deməkdir?
